MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Harbin Opera Teatrı

Çinin şimalında yerləşən, "Musiqi şəhəri" kimi tanınan Harbində inşa edilən futuristik bina "Harbin Opera Teatrı" adlandırılıb. Songhua çayı boyunca uzanan bataqlıqların mərkəzində tikilən kompleks "MAD Architects" bürosunun memarları tərəfindən layihələndirilib. Yerləşdiyi şəhərin relyefi təbiəti ilə vəhdət təşkil edən unikal bina sanki qum, su küləkdən yaranıb. Opera evinin dizaynında daha çox dalğalı hamar xətlərə üstünlük verilib. Tikintisi 5 il çəkən kompleksin açılışı 2015-ci ildə baş tutub.

Layihənin ümumi sahəsi 180 hektar, hündürlüyü isə 56 metrdir. 1600 nəfərlik tutuma malik opera evində 400 tamaşaçının yerləşdiyi konsert zalı da mövcuddur. Tamamilə alüminium panellərlə örtülmüş bina şəffaf kristal pəncərələr sayəsində geniş işıqlı görünür. Nəhəng kompleksin yaxınlığında kiçik gölməçələr var.

Çinin Harbin bölgəsində qış çox soyuq sərt olduğundan dünyaca məşhur "Buz Qar" festivalı da məhz burada keçirilir. 2015-ci ildə "Harbin Opera Teatrı" "ArchDaily" memarlıq saytının "İlin layihəsi" nominasiyasında "Ən yaxşı mədəniyyət binası" mükafatına layiq görülüb.

"Opus Office Tower

Dubayda inşa olunan orijinallığı ilə seçilən iki qüllədən ibarət heyrətamiz "Opus Office Tower" binası beynəlxalq səviyyədə tanınmış memar Zaha Hadid tərəfindən dizayn edilmişdir. Yaxın şərqin ən iddialı memarlıq abidəsi hesab edilən binanın tikintisi 2020-ci ildə başa çatmışdır.

"Opus Office Tower"in ümumi sahəsi 56000 kvadratmetr, hündürlüyü 93, eni 100, dərinliyi 67 metrdir. 21 mərtəbəli iki binanı birləşdirən assimmetrik körpünün eni 38, hündürlüyü isə 71 metrdir. Şüşə betondan tikilən bina xüsusi işıqlandırma sistemi ilə təchiz olunub. Belə ki, binanın şüşə fasadları gündüzlər güzgüyə bənzəyir, gecələr isə led lampalar sayəsində qeyri-adi görüntü ortaya çıxır. Burada, həmçinin yüksək temperatura dözümlü enerjiyə qənaət edən fasadla yanaşı, təkrar emal edilmiş materiallardan hazırlanmış mebellər, ventilyasiya işıqlandırma sistemlərinin avtomatik tənzimlənməsini təmin edən sensorlar mövcuddur.

"Opus Office Tower"in birinci mərtəbəsində ticarət mərkəzi, yuxarı mərtəbələrdə şəxsi ofislər, sonuncu mərtəbədə isə "sakit zona" - hovuzlar, idman zalları istirahət məkanları yerləşir.

Şençjen Müasir İncəsənət Şəhərsalma Muzeyi

2017 -ci ilin dekabrında açılan Şençjen Müasir İncəsənət Şəhərsalma Muzeyi şəhərin yeni simvollarından birinə çevrilib. Təkcə heyrətamiz quruluşu ilə deyil, həm unikal daxili dizaynı ilə seçilən bina Avstriyanın "Coop Himmelb(l)au" memarlıq bürosu tərəfindən layihələndirilib. İki müstəqil qurumu - Müasir İncəsənət Muzeyi Şəhərsalma Muzeyini birləşdirən binada bərpaolunan enerji mənbələri ekoloji cəhətdən təmiz sistemlərdən istifadə olunub.

Binanın damında quraşdırılan xüsusi avadanlıq günəş şüalarını tənzimlədiyi üçün zallarda sərgi salonlarında işığa olan tələbat minimuma enir. Belə ki, müasir texnoloji komponentlərin birləşməsi sayəsində bina təkcə maraqlı memarlıq obyekti kimi deyil, həm ekoloji layihə kimi böyük əhəmiyyət kəsb edir. Muzeydə, həmçinin intellektual multimediadan da istifadə edilir. Burada yeni texnologiya qabaqcıl avadanlıqlar vasitəsilə Şençjen şəhərinin inkişaf tarixinə memarlıq abidələrinə həsr olunmuş videoçarx nümayiş etdirilir. Ziyarətçilər muzeyin giriş hissəsindən keçdikdən sonra eskalator vasitəsilə geniş ekspozisiya bölməsinə daxil olurlar.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".