MÜASİR AZƏRBAYCANIN QURUCUSU
Siyasət

MÜASİR AZƏRBAYCANIN QURUCUSU

Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, millətin, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Ötən əsrin yeni minilliyin görkəmli siyasi dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev zamanın fövqündə duran belə nadir, fenomen şəxsiyyətlərdəndir.

Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühası, Heydər Əliyev qüdrəti, Heydər Əliyev qayğısı hiss edilməsin. Heydər Əliyev titanik fəaliyyəti ilə mənsub olduğu xalqı yeni minilliyə, qloballaşma əsrinə hazırlayıb çıxaran dahi, əzəmətli bir liderdir. Azərbaycanın ən yeni tarixinin bütöv bir mərhələsi ulu öndərin zəngin siyasi dövlətçilik fəaliyyəti ilə bağlıdır.

Onun 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövründə ölkə həyatında misli görünməmiş inkişaf, tərəqqi, canlanma baş vermiş, respublikamız əsrə bərabər inkişaf yolu keçmişdir. Heydər Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan keçmiş ittifaqda ən geridə qalmış respublikadan güclü bir məmləkətə çevrilmişdir. Bakıda, respublikamızın şəhər rayon mərkəzlərində nəhəng sənaye müəssisələri işə salınmış, minlərlə yeni yaşayış məntəqələri inşa olunmuş, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi geniş vüsət almışdır.

Totalitar rejimin sərt qadağalarına baxmayaraq fikir plüralizmi, azad, demokratik düşüncə tərzi, milli özünüdərk hissi inkişaf edərək formalaşmışdır. Heydər Əliyevin uğurlu, uzaqgörən siyasəti sayəsində o illərdə Azərbaycanın gələcək müstəqilliyinin təməli qoyulmuşdur.

1991-ci ilin oktyabr ayının 18- dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilsə mövcud hakimiyyət ölkəmizin müstəqilliyini, dövlətçiliyini qorumağa qadir deyildi. Meydan qəhrəmanlarının - AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlişi ölkəni bürümüş xaos, hərc-mərclik böhranı daha da gücləndirmişdi. Hətta Gəncədə vətəndaş qarşıdurması baş vermiş, qardaş qanı axıdılmışdı. Hakimiyyət böhranı ölkəni parçalanma, məhvolma həddinə gətirib çıxarmışdı. Qədim, müdrik xalq nicat yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. 1993- il iyun ayının 15- xalqın təkidli xahişi ilə Heydər Əliyev siyasi hakimiyyətə gəldi. Zəngin dövlətçilik təcrübəsinə, yüksək idarəçilik məharətinə malik olan ümummilli lider milli qurtuluş tariximizə yeni, parlaq səhifə yazdı. Qısa müddət ərzində dövlət hakimiyyət böhranı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. 1995-ci ilin noyabr ayında ümumxalq səsverməsi (referendum) yolu ilə ulu öndərin müəllifi olduğu ilk milli Konstitusiya qəbul edildi. Ölkədə azad demokratik seçkilər keçirildi.

Xəzərin Azərbaycan sektorunda karbohidrogen yataqlarının işlənilməsinə dair dünyanın iri neft şirkətləri ilə 20-dən çox kontrakt imzalandı. Ölkə iqtisadiyyatına milyardlarla dollar xarici investisiya cəlb edildi. Ulu öndərin işləyib hazırladığı neft strategiyası Azərbaycanın iqtisadi inkişafında güclü stimul yaratdı.

1995-ci ildən başlayaraq iqtisadi tənəzzül dayandırıldı, milli valyuta möhkəmləndirildi, əhalinin rifah halı yüksəldi. MDB məkanında ilk dəfə olaraq müstəqil Azərbaycanda torpaq aqrar islahatlar həyata keçirildi. İqtisadiyyatın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bütün sahələrdə davamlı, dinamik inkişaf, yüksəliş təmin olundu. Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu.

Ulu öndərin təşəbbüsü rəhbərliyi ilə hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycanın dünya birliyinə inteqrasiyası bütün sahələrdə köklü islahatların həyata keçirilməsi üçün qanunvericilik bazası yaradıldı. Ümummilli liderin imzası ilə yüzlərlə yeni qanun layihəsi Milli Məclisə təqdim edildi. Müdrik rəhbərin təşəbbüsü ilə Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi digər məcəllələr, "Məhkəmələr hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanunlar qəbul edildi. Beynəlxalq standartlara uyğun hazırlanmış bu qanunlar ölkəmizdə hüquqi təsisatların yeni dövrün tələblərinə uyğun formalaşdırılması üçün geniş imkanlar açdı.

Ulu öndərin yorulmaz, titanik fəaliyyəti sayəsində ölkəmizin müstəqilliyi əbədi dönməz prosesə çevrildi. 1993-2003- illərdə Azərbaycan siyasi, iqtisadi, sosial sahələrdə misilsiz uğurlar qazandı. Qərbə inteqrasiya gücləndi, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi.

Dahi öndər 2003- ilin prezident seçkiləri ərəfəsində xalqa müraciətində demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini iqtisadiyyatını gözəl bilən, enerjili təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu gün ölkə Prezidenti İlham Əliyev ulu öndərin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandıq. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Azərbaycanın çoxəsrlik tarixinə zəfər səhifəsi yazıldı. Üçrəngli şanlı bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda əzəmətlə dalğalanması ilə hər birimiz qürur duyuruq.

Ulu öndərin zəngin nəzəri dövlətçilik irsi yaşayır. Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında davamlı şəkildə, sürətlə inkişaf edir. Ölkəmiz güclü, qüdrətli, çiçəklənən bir diyara çevrilir. Günbəgün müasirləşən, gözəlləşən Azərbaycan parlaq gələcəyə doğru inamla addımlayır.

Davud AĞAYEV,

Lənkəran Rayon İcra

Probasiya Şöbəsinin rəisi.