TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

"Milli Hematologiya Transfuziologiya Mərkəzi" PHŞ 2023-cü il üzrə büdcə vəsaiti hesabına dərman vasitələri, reaktiv reagent maddələr, tibbi sərf tibbi ləvazimatların satınalınması üçün

AÇIQ TENDER ELAN EDİR*

Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 145 ünvanından (Əlaqələndirici şəxs: Canpolad Quliyev, telefon: +994124408640, e-mail: [email protected]) ala bilərlər.

Tender 1 lot üzrə keçirilir:

LOT-1. Dərman vasitələri, reaktiv reagent maddələr, tibbi sərf tibbi ləvazimatların satınalınması

İştirak haqqı:

LOT-1. 3000.00 (üç min) manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: "Milli Hematologiya Transfuziologiya Mərkəzi" publik hüquqi şəxs

VÖEN: 1405001401

Hesab: AZ74CTRE00000000000002128230

Dövlət Xəzinədarlıq Agentliyi

Bankın VÖEN-i: 1401555071

Kod: 210005

Müxbir hesabı: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.BIK - CTREAZ22

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə rekvizitləri;

4. Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;

5. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

6. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya ya icazəyə malik olması;

7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

8. İddiaçının tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra 60 (altmış) bank günü qüvvədə olmalıdır.

9. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır);

10. Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;

11. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 23.05.2023-cü il saat 18:00-a qədər, tender təklifi tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18.05.2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 128 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklifləri 01.06.2023-cü il saat 15:00 tarixində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 128 ünvanında yerləşən "Milli Hematologiya Transfuziologiya Mərkəzi (Talassemiya Mərkəzi)" publik hüquqi şəxsində açılacaqdır.

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

* "Respublika" qəzetinin 13 aprel 2023-cü il tarixli sayında dərc olunmuş tender elanı bu cür oxunmalıdır.