Ekofəallar tələblərində israrlıdırlar
Digər xəbərlər

Ekofəallar tələblərində israrlıdırlar

Azərbaycanın Qarabağ İqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən aksiya 122 gündür ki, davam edir. Gənc ekofəallar yüksək əhvali-ruhiyyə ilə öz mübarizələrini davam etdirirlər. Aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə heç bir maneə törətmədən sivil qaydada şüarlar səsləndirməklə etirazlarını bildirirlər

Hər səhəri Azərbaycanın Dövlət Himninin sədaları altında açan aksiyaçıların tələbləri dəyişməz olaraq qalır. Onlar aksiyaya başladıqları ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa ermənilərin törətdiyi ekoloji terrora son qoymağa çağırırlar. Aksiyanın keçirildiyi bu uzun zaman ərzində ekofəallar bütün çətinliklərə sinə gərdilər. Onlar sərt qışın qarlı-boranlı havasında belə bir an öz məqsədlərindən yayınmadılar. Yazın xoş havasında da hər günlərini eyni iradə əzmlə başa vurur, ermənilərin bütün hədyan yalanlarına baxmayaraq, dinc şəkildə mübarizələrini davam etdirirlər. Yolda heç bir blokadadan söhbət gedə bilməz. Mülki şəxslər, sıravi vətəndaşlar yoldan istədikləri vaxt sərbəst şəkildə istifadə edə bilirlər. Çünki Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır. Onların ərazidə hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Ekofəalların mübarizəsi Azərbaycan torpaqlarını talayaraq  sərvətlərini istismar edən, təbiətini məhv edərək, ekoloji terrorla məşğul olanlara qarşıdır. Bəllidir ki, ötən müddət ərzində Ermənistan torpaqlarımızı talamaqla yanaşı, həm gizli yollarla Qarabağa silah-sursat daşımaqla da məşğul idi. Onlar bölgəni minalamaq işini davam etdirir bölgəyə silahlı dəstələr yerləşdirirdilər. Bu da əlbəttə kiyeni müharibənin alovlanması deməkdir. Aksiya iştirakçılarının tələbləri isə çox sadədir: torpaqlarımızı sərvətlərimizi qorumaq, düşmən ölkənin ərazilərimizə qarşı ekoloji terroruna son qoymaq

Azərbaycanlı gənclərin etiraz aksiyası ötən il dekabr ayının 12-dən etibarən başlamışdır. Ekofəallar, ictimaiyyət nümayəndələri rus sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Onların əsas tələblərindən biri ermənilərin Azərbaycan torpaqlarında ekoloji terroruna son qoyulması, Qarabağda yerləşən "Qızılbulaq" "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılması üçün azərbaycanlı mütəxəssislərə lazımi şərait yaradılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd gömrük nəzarəti postlarının yaradılması ölkəmizin ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Onu da qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə etiraz notası göndərib. Notada Azərbaycan nümayəndələrinin adıçəkilən yataqlara maneəsiz getmələrini təmin etməyə çağırış əks olunub. Həmçinin buna maneə yaratmağın ya hər hansı şərtlər irəli sürməyin yolverilməz olduğu vurğulanıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən Azərbaycan Respublikasının suverenliyinə ərazi bütövlüyünə ciddi riayət edilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Ramidə YAQUBQIZI,

"Respublika".