Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə əzmini həmişə qoruyub saxlamış, bu yolda böyük məhdudiyyətlərə düçar olsa da, qurbanlar versə , mətin iradəsi sarsılmamışdır. İndi biz dövlət müstəqilliyi əldə etdiyimiz, öz taleyimizin sahibi olduğumuz bir dövrdə problemlərimizi özümüz həll etməliyik.

 

Bəzi siyasətçilərə ağıl-zəka ilə, digərlərinə qəlbən səs verirlər. Azərbaycan xalqı Heydər Əlirza oğlunu həm ağıl-zəka ilə, həm qəlbən seçmişdi. Öz Vətəninə hədsiz sadiq olan Heydər Əlirza oğlu özünü tamamilə bütünlüklə Azərbaycana həsr etmiş Azərbaycanın ulduzunun dünya səmasında parlaması üçün hər şeyi etmişdir. Şübhə yoxdur ki, onun başladığı nəzərdə tutduğu bütün işlər həyata keçəcəkdir.

Sergey STEPAŞİN,

Rusiya Federasiyası Hesablama Palatasının

sabiq sədri.

 

Suveren dövlətlər kimi Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsi naminə Prezident Heydər Əliyevin yorulmadan çəkdiyi zəhməti göstərdiyi müdrik dəstəyi Ukraynada xatırlayır yüksək qiymətləndirirlər. Bu münasibətlər, həqiqətən, Ukrayna Azərbaycan xalqlarının mənafelərinə xidmət edir.

Vladimir LİTVİN,

Ukrayna Ali Radasının sabiq sədri.

 

Cəsarət edib deyirəm ki, əzabkeş Azərbaycan xalqı Heydər Əlirza oğlunun simasında bütün milli tarixi ərzində miqyasına səviyyəsinə görə bənzəri olmayan qətiyyətli, etibarlı müdrik rəhbərə malik idi.

Hacı HƏMZƏTOV,

Rusiya Elmlər Akademiyasının

akademiki.

 

Heydər Əlirza oğlunun bütün həyatı aramsız qələbələr nailiyyətlərdən ibarət olmuşdur. O, qeyri-adi bacarığı fitri müdrikliyə malik olaraq, özünün bütün şüurlu həyatını Vətənə xidmətə həsr etmişdir. Müstəqil Azərbaycan üçün ağır vaxtlarda Heydər Əlirza oğlu Əliyev Vətənin gələcəyinə görə məsuliyyəti öz üzərinə götürdü qısa tarixi müddətdə xalqına sülh əmin-amanlığı, dövlətə yeniləşməni, sabitliyi inkişafı təmin etdi. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun yüksəlməsinə, Müstəqil Dövlətlər Birliyinin möhkəmlənməsinə təşəkkülünə onun töhfəsi misilsizdir. Heydər Əlirza oğlu Əliyevin adı işi milyonlarla insanın taleyində parlaq iz buraxmış, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin tarixinə həmişəlik yazılmışdır.

Yuri YAROV,

Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin

sabiq sədri.

 

 

Prezident Heydər Əliyevin çoxşaxəli fəaliyyəti öz ölkəsinin xalqının rifahının yüksəldilməsinə yönəlmişdi, onun sayəsində Azərbaycanda sülh həmrəylik bərqərar olmuşdur, dövlətçilik möhkəmlənmiş yeni inkişaf tapmış, iqtisadi sahədə mühüm islahatlar aparılmışdır.

Dağıstanlılar Heydər Əlirza oğlunu yaxşı tanıyırdılar onun Dağıstana xoş münasibətini həmişə xatırlayacaqlar, çünki onun bu münasibəti sayəsində xalqlarımız arasında dostluq mehriban qonşuluq ənənələri yaranmışdır uzun illərdən bəri mövcuddur.

Məhəmmədəli MƏHƏMMƏDOV,

Dağıstan Respublikası Dövlət Şurasının sabiq sədri.

 

Müxtəlif millətlərdən olan ən istedadlı gözəllik yaradanları birləşdirən akademiyamızın sənətkarları Azərbaycanın , digər MDB ölkələrinin mədəniyyətinin inkişafı işinə misilsiz köməyinə qayğısına görə , eləcə yaradıcılıq nailiyyətlərinin həyata keçirilməsində bir cox rəssamlara şəxsən kömək etdiyinə görə Heydər Əliyevə hədsiz minnətdarlıq hissini həmişə qoruyub saxlayacaqlar.

Zurab SERETELİ,

Rusiya Rəssamlıq Akademiyasının prezidenti.

 

Heydər Əliyev bizim yaddaşımızda Azərbaycan xalqının ləyaqətli, bütün həyatını ölkəsinin inkişafına çiçəklənməsinə həsr etmiş oğlu kimi qalacaqdır. Son on ildə Azərbaycandakı demokratik dəyişikliklər məhz onun adı ilə bağlıdır o, haqlı olaraq, müasir Azərbaycanın memarı hesab edilir.

Heydər Əliyev öz ölkəsinin hüdudlarından kənarda, beynəlxalq aləmdə böyük nüfuz hörmət sahibi olan parlaq siyasətçi kimi tanınmışdır.

Sergey STANİŞEV,

Bolqarıstan Sosialist Partiyası Ali Şurasının

sabiq sədri.

 

Azərbaycan Heydər Əliyevin yürütdüyü uzaqgörən daxili xarici siyasət nəticəsində dünya siyasətində strateji rol oynayır.

Erve de ŞARETT,

Fransanın sabiq xarici işlər naziri.