AZƏRBAYCAN  dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN  dünya mediasında

Sputnik-Tacikistan: Azərbaycan Tacikistan dövlət başçılarının iştirakı ilə əməkdaşlıq haqqında sənədlər imzalanıb

Sputnik-Tacikistan xəbər verir ki, Azərbaycan Tacikistan dövlət başçılarının iştirakı ilə hər iki ölkə arasında çirkli pulların yuyulmasına qarşı mübarizədən turizmin qardaşlığın inkişafına qədər müxtəlif sahələr üzrə əməkdaşlıq aktları imzalanmışdır. Tacikistan Azərbaycanın yüksək səviyyəli rəsmi nümayəndələri arasında aparılan danışıqlar zamanı 14 əməkdaşlıq sənədi imzalanıb. Agentliyin Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumatda bildirilir ki, sənədlərin imzalanma mərasimi iki dövlətin rəhbərləri - İlham Əliyev Emoməli Rəhmonun iştirakı ilə keçirilib. Bu kataloqda hökumətlər arasında geodeziya, kartoqrafiya, torpaq idarəçiliyi, kadastr uzaqdan torpaq müşahidəsi sahəsində əməkdaşlıq haqqında saziş yer alıb. Həmçinin iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlıq haqqında Saziş, Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında daşınan mallar nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili üzrə gömrük orqanlarının imzalanan protokol yeni aktlardan biridir. Bundan başqa, maliyyə orqanları arasında cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması, əsas cinayətlər terrorizmin maliyyələşdirilməsi ilə bağlı yaranan maliyyə çətinliklərinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb.

 

Anadolu Agentliyi: "Togg" Azərbaycan Prezidentinə təqdim edildi

Türkiyənin Anadolu Agentliyi "Dağüstü Park"da təşkil edilən mərasimdə Prezident İlham Əliyevə "Togg" avtomobilinin təqdim edilməsi ilə bağlı məlumat yayıb. Tədbirdə Sənaye texnologiya naziri Mustafa Varank, "Togg" İdarə Heyətinin sədri Rifat Hisarcıklıoğlu, sədr müavini Tuncay Özilhan Bülent Aksu, baş direktoru Gürcan Qaraqaş idarə heyətinin üzvü Murat Yalçıntaş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak ediblər.

Nazir Mustafa Varank ölkə başçımıza "Togg"un açarını xüsusi qutuda təqdim edib. "Togg" İdarə Heyətinin sədri Rifat Hisarcıklıoğlu Prezident İlham Əliyevə avtomobilin istehsal edilməsinin qısa tarixçəsini danışıb. Daha sonra cənab Prezident sükan arxasına keçərək "Togg" avtomobilini idarə edib. Türkiyədən Prezident Rəcəb Tayyib Ərdoğandan salam gətirdiyini ifadə edən M.Varank: "İkinci avtomobili sizə təhvil veririk. Türk xalqı bundan çox məmnundur. Uğurlar, inşallah yaxşı vaxtlarda istifadə edərsiniz", - deyə fikirlərini söyləyib.

 

Tarix boyu ermənilərin türklərə qarşı soyqırımlarına göz yumulub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminarda çıxış edib. Türkiyənin "Haymana gazetesi" bu barədə yazı dərc edib. Məqalədə ermənilərin türklərə qarşı törətdikləri qırğınlara tarix boyu məhəl qoyulmadığı vurğulanıb. Bildirilib ki, tarix ermənilərə qarşı hansısa soyqırımının olmadığını sübut etsə , xarici qüvvələr bunun əksini iddia edir erməni məsələsi uzun illərdir siyasi alət kimi istifadə olunur.

Yazıda o da vurğulanıb ki, Türkiyənin Ermənistanla əlaqələri Ermənistan-Azərbaycan münasibətləri ilə sıx bağlıdır. 30 il dünya Azərbaycanın səsini eşitməsə , Türkiyə hər zaman Azərbaycanın yanında olub bundan sonra da belə olacaq.

Xəbərdə qeyd olunub ki, Ermənistan ona uzadılmış sülh dostluq əlini tutmalıdır. Onlar bilməlidirlər ki, bu, həm özləri, həm qlobal sülh əmin-amanlıq üçün vacibdir.

 

"Modern Diplomacy": Azərbaycan -nin yaşıl enerji təchizatçısı olmaq yolunda irəliləyir

Avropanın məşhur xəbər saytı "Modern Diplomacy" bu yaxınlarda Azərbaycan, Gürcüstan, Macarıstan Rumıniyanın yaşıl enerjilə bağlı strateji tərəfdaşlığın qurulması haqqında saziş imzalaması barədə məqalə dərc edib. Sözügedən yazıda, həmçinin qeyd edilib ki, sənədə əsasən, bu dörd ölkə Qara dənizin dərinlikləri ilə 1195 kilometr uzunluğunda sualtı elektrik kabelinin çəkilməsi üçün birgə işləyəcək beləliklə, Azərbaycan Gürcüstandan keçməklə Rumıniya Macarıstana səmərəli şəkildə enerji ötürülməsi dəhlizi yaradacaq. Avropa üçün bu, istifadə edilməli olan qızıl fürsətdir.

Beynəlxalq Valyuta Fondu bildirir ki, Avropanın enerji sistemləri görünməmiş böhranla üz-üzədir. İstilik, sənaye prosesləri enerji üçün mühüm əhəmiyyət kəsb edən Rusiya qazının tədarükü bu il 80 faizdən çox azalıb. Elektrik enerjisi qazın topdansatış qiymətləri 2021-ci ilin əvvəlindən bəri 15 dəfəyə qədər bahalaşıb, bu, ev təsərrüfatlarına biznesə ciddi təsir göstərib. Vəziyyət daha da pisləşə bilər.

Bu səbəbdən Avropa yaşıl enerji təchizatına mümkün qədər tez keçməlidir ki, Ukrayna böhranından sonra Rusiya qazı neftindən asılılığını azaltsın. Bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycan kimi daha yaxşı strateji tərəfdaşlara arxalanaraq Avropaya enerji ehtiyaclarını ödəməyə imkan verəcək.

Qara dənizin dibində bu sualtı elektrik kabelinə malik olmaqla Azərbaycan təkcə Macarıstan Rumıniyanı deyil, layihə genişləndirilərsə, Avropanın qalan hissəsini yaşıl enerji ilə təmin edə bilər. Bərpaolunan enerji üzrə dünya lideri kimi İsrail Azərbaycanın -nin yaşıl enerji təchizatçısına çevrilməsində rol oynaya bilər, çünki layihə Azərbaycandan enerji ötürülməsi üçün infrastruktur yaratmağı tələb edir. İsrail isə Azərbaycana bu sahədə kömək edə bilər.

İsrail həm günəş, həm külək enerjisindən istifadə imkanlarına malik Azərbaycanda mövcud ekoloji şəraiti nəzərə alaraq, yaşıl enerjinin bütün Avropaya boru kəmərləri tankerlər vasitəsilə nəqlinə kömək edə, beləliklə, qitədə enerji böhranına son qoyula bilər. Son illərdə Avropa neft qazdan uzaqlaşaraq daha davamlı enerjiyə keçməyə çalışır. Əldə edilən razılaşma ilə bu səylər öz bəhrəsini verməyə başlayır. Belə ki, 2021-ci ildə Avropada istehlak edilən ümumi yekun enerjinin 22%-dən çoxu bərpaolunan enerjidən əldə edilib. Bununla belə, Avropanın ayrı-ayrı ölkələri müxtəlif səviyyələrdə uğur qazanır. Məsələn, İsveç enerji tələbatının 60%-ni bərpaolunan enerji hesabına ödəyir, lakin Macarıstan bərpaolunan enerjidən yalnız 10%-15% arasında istifadə edə bilər. Buna baxmayaraq, ümid edilir ki, Qara dənizin dibi ilə çəkiləcək bu yeni sualtı elektrik kabeli ilə bu statistika bütün Avropa İttifaqında yaxşılaşmağa başlayacaq bu, Avropaya Rusiya hegemonluğundan azad olaraq həqiqi enerji müstəqilliyi əldə etməyə imkan verəcək.

 

"Panaroma Armenia": Ötən il Ermənistanda hökumət əleyhinə etiraz aksiyalarında polis həddindən artıq güc tətbiq edib

Ermənistanın xəbər saytı "Panaroma Armenia" Amnesty İnternationalın dünyada insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatını yayıb. Amnesty International 2022-2023- il üzrə hesabatında Ermənistan da daxil olmaqla 156 ölkədə 2022-ci il üçün insan haqlarının vəziyyətini təhlil edərək hərəkətə keçməyə çağırıb. Hesabatda qeyd olunur ki, keçən il Ermənistandakı etirazlara qarşı hüquq-mühafizə orqanlarının zorakı qeyri-mütənasib reaksiyası ilə dinc toplaşmaq azadlığı məhdudlaşdırılıb.

"Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlara görə, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aprel-iyun aylarında hökumət əleyhinə bir sıra etiraz aksiyaları keçirilib. Etirazçılar tez-tez küçələri bağlayıb çadırlar quraraq genişmiqyaslı nümayişlər təşkil ediblər. "Hökumətin reaksiyası bəzi hallarda qeyri-mütənasib olub, yüzlərlə insan həbs edilib, onlarla insan yaralanıb", - deyə Amnesty International bildirib.

Hesabatda qeyd olunur ki: "İyunun 3- baş verən toqquşmalarda polis minlərlə nümayişçinin Ermənistan parlamentinin binasına yaxınlaşmasının qarşısını almaq üçün səs-küylü qumbaraatanlardan istifadə edib həddindən artıq güc tətbiq olunub. 50 nəfərin, o cümlədən 34 polisin tibbi yardıma ehtiyacı olduğu bildirilir onlarla insan kütləvi "zorakılıq"da iştirak etdikləri üçün həbs olunub".

O da vurğulanır ki, media nümayəndələri aprel-iyun aylarında etirazları işıqlandırarkən ən azı 11 jurnalist yaralanıb, bəzilərinin nümayişləri işıqlandırmasına maneçilik törədilib.

"Respublika".