MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ
Maraqlı

MÜRƏKKƏB MÜKƏMMƏL MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Şanxay Elm Texnologiya Muzeyi

Çinin ən çox ziyarət edilən muzeylərindən biri - Şanxay Elm Texnologiya Muzeyi Pudonq şəhərində yerləşən məşhur Əsr parkının yaxınlığında inşa olunub. Uçan boşqaba bənzəyən futuristik bina şüşə betondan hazırlanıb. Ən son texnologiyanın tətbiq edildiyi muzeyin tikintisində ekoloji təmiz materialdan istifadə edilib.

Modern üslubda inşa olunan unikal muzeyin ümumi sahəsi 38000 kvadratmetrdir. Yuxarıya doğru yüksələn spiral şəklində dizayn edilmiş bina beş mərtəbədən ibarətdir. Elmin texnoloji tərəqqinin rəmzi olan kompleksin mərkəzində yerləşən nəhəng şüşə kürə həyatın sudan başlanğıcını simvolizə edir. Muzeyin biometriya süni intellekt texnologiyaları ilə əlaqəli bölməsində 70-ə yaxın müxtəlif meteorit hissələri, ay, Mars Vesta asteroidinin artefaktları sərgilənir. Ekspozisiyanın özü isə üç tematik qrupa bölünür: elm, gələcəyin texnologiyası canlılar aləmi. "Canlılar aləmi" bölməsində minlərlə məməlilərin, həmçinin suda quruda yaşayan canlıların mumiyaları yer alır.

Geniş ərazini əhatə edən Şanxay Elm Texnologiya Muzeyində onlarla sərgi salonları, kinoteatrlar, kafe dükanlar fəaliyyət göstərir.

 

"Co Rik Mansueto" Kitabxanası

Çikaqo Universitetinin məzunları Cozef Rikki Mansuetonun adını daşıyan "Co Rik Mansueto" Kitabxanasının açılışı 2011-ci ilin sonlarında baş tutub. Çikaqolu memar Jan Hellmut tərəfindən dizayn edilmiş kitabxananın qəfəs şəklində olan şəffaf günbəzini isə məşhur mühəndis Verner Sobek hazırlayıb.

Unikal memarlıq nümunəsinin 3,5 milyon nüsxəlik ümumi kolleksiyası kompleksin beş mərtəbədən ibarət yeraltı kitab deposunda yerləşir. Hündürlüyü 15, uzunluğu isə təqribən 70 metr olan kitabxananın günbəzi 15,2 santimetr diametrli polad borulardan hazırlanıb. 180 yerlik oxu zalının yerləşdiyi kitabxananın şimal hissəsində 6000 kvadratmetr sahəsi olan bərpa şöbəsi fəaliyyət göstərir. Birbaşa tavana qalxan rəflər avtomatlaşdırılmış axtarış sistemi ilə təchiz edilib. Bir neçə robot kran tərəfindən həyata keçirilən axtarış sistemində robotların hər sorğu üçün sürəti orta hesabla 3 dəqiqədir. Bütün sifarişlər elektron "kitabxanaçı" tərəfindən qəbul edilir.

Futuristik kitab evini hər il minlərlə insan ziyarət edir.

 

Yaşıl bina

İspaniyanın Malaqa şəhərində inşa olunan qeyri-adi görünüşə malik "Yaşıl bina" "Ezar Arquitectura y Diseno" bürosu tərəfindən layihələndirilib. Tamamilə yaşıl konsepsiyada dizayn edilmiş layihənin baş memarı Juan Blasquesdir. Onun sözlərinə görə, bu forma enerji istehlakını azaltmaq üçün nəzərdə tutulub.

Ətraf mühitlə ahəng təşkil edən binanın damında istifadə olunmamış enerjini saxlaya bilən günəş panelləri quraşdırılıb. Burada, həmçinin yağış suyunu toplamaq üçün xüsusi sistem fəaliyyət göstərir ki, bu da suya qənaət etmək baxımından çox əlverişlidir. Ağıllı binada səmərəli işıqlandırma kondisionerdən, istilik üçün günəş enerjisindən, təkrar emal edilmiş yağış damcılarından istifadə olunur.

Binanın memarının fikrincə, belə tikililərin daha çox inşa edilməsi həyat keyfiyyətinin yaxşılaşdırılmasına zəmanət verəcək. Elə bu səbəbdən , yerli hakimiyyət orqanları gələcəkdə Malaqada bütün dövlət idarələri ofisləri üçün nəzərdə tutulan binaların bu formada tikilməsini planlaşdırır.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".