Anım tədbiri
Digər xəbərlər

Anım tədbiri

Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımıları, etnik təmizləmə deportasiya siyasəti mənfur qonşularımızın tarix boyu "böyük Ermənistan" xülyası ilə yaşadıqlarını hər zaman torpaqlarımıza göz dikdiyini təsdiqləyir. Bu barədə YAP Şəki rayon təşkilatı tərəfindən gənc partiya fəalları ilə keçirilən tədbirdə bildirilib.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə ekskursiya edərək müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyəti haqqında geniş məlumat alıb, fotoeksponat kitablarla tanış olublar.

Təşkilatın sədri Daşqın Mikayılov keçirilən bu tədbirlərin gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu qeyd edib.

Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Pərvanə Rəhimova bildirib ki, xalqımız 31 Mart Soyqırımını qeyd etməklə, bir daha tarixi keçmişə qayıdır xalqımıza qarşı açıq-aşkar həyata keçirilən soyqırımı qurbanlarının xatirəsini ehtiramla anır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış ifşa olunmuşdur. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparıcı dünya dövlətləri nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması müdafiəsi istiqamətində ardıcıl məqsədyönlü işlər görülür.

M.QULUYEV,

"Respublika".