Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına öz töhfəsini verir
Digər xəbərlər

Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına öz töhfəsini verir

Azərbaycanın dünyada getdikcə artan nüfuz göstəricilərindən biri ölkəmizin evsahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdir. Respublika Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş "Dünya bu gün: çağırışlar ümidlər" mövzusunda X Qlobal Bakı Forumu da məhz belə ənənəvi beynəlxalq tədbirlərdən biridir. Son bir neçə il ərzində Qlobal Bakı Forumu aparıcı beynəlxalq forumlardan birinə çevrilib. Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Bakı Forumunu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı ilə müqayisə edərək birmənalı olaraq bildirmişdir ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Tədbirdə 60 ölkədən 350 nəfər təmsilçinin, o cümlədən 50-dən artıq hazırkı sabiq prezident baş nazirin iştirakı müzakirələrin səviyyəsinin kifayət qədər yüksək olacağından xəbər verirdi.

Prezident İlham Əliyevin çıxışında yer alan fikirlər Forumda müzakirə olunan mövzuların mahiyyətinə aydınlıq gətirilməsi həmin məsələlərə münasibətdə Azərbaycanın prinsipial mövqelərinin nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Qeyd olunmalıdır ki, əvvəlki illərdə Qoşulmama Hərəkatı əslində mövcud potensialın verdiyi imkanlardan heç tam istifadə etmir əksər hallarda daha çox passivlik nümayiş etdirərək dünyada gedən prosesləri daha çox müşahidəçi qismində izləməklə kifayətlənirdi. Lakin bu vəziyyət 2019-cu ildən dəyişməyə başladı. Azərbaycan Hərəkatın sədrliyini üzərinə götürdüyü ilk günlərdən beynəlxalq müstəvidə bura üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət beynəlxalq hüququn qorunması istiqamətində effektiv əməli addımlar atıb. O cümlədən Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında adekvat cavab verilməsi üçün ciddi səylər göstərib.

Ölkəmiz Qoşulmama Hərəkatının institusional inkişafının təmin olunması məqsədilə mütəmadi olaraq önəmli təşəbbüslərlə çıxış edib. O cümlədən Azərbaycanın təşəbbüsü ilə burada Parlament Şəbəkəsi yaradıldı ilk dəfə bu təsisatın "Dünyada sülhün dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan konfransı 2022-ci il iyun ayının 30-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təsisatın daimi katibliyinin Bakıda yerləşəcəyinə dair qərar qəbul olundu. Hər iki tədbir Hərəkatın institusional inkişafı üçün vaxtında atılmış məqsədyönlü addımlardır. Azərbaycanın irəli sürdüyü təşkilata üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs ABŞ-da, Nyu-York şəhərində Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bütün bu təşəbbüslər Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha da artmasına xidmət etmişdir.

Forumun açılış mərasimində çıxış edən dövlətimizin başçısı münaqişələrin həlli mövzusunda fikirlərini bölüşərək bildirdi ki, Azərbaycan 30 ilə yaxın müddət ərzində Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışdı. Halbuki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdu. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın məcburi köçkünə çevrilmişdir. Bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş vermiş, lakin dünya birliyi Ermənistana qarşı heç bir təsirli tədbir görməmişdir. Nəticədə cəzasızlıq mühitindən himayədarlarının dəstəyindən azğınlaşan Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymadı beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. Artıq bundan sonra Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, BMT Xartiyasının 51-ci maddəsindən istifadə edərək güc yolu ilə öz ərazilərini azad etdi.

2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra Azərbaycan sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdi.

Bu, bəlkə Ermənistana öz gələcəyini qurmaq üçün verilmiş sonuncu şans ola bilər. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev öz çıxışında bu məqamı da xüsusi olaraq vurğuladı ki, ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən bu iki ölkənin bir-birinin suverenliyinə ərazi bütövlüyünə hörmət edəcəklərinə dair razılığın əldə olunması əslində, sülhə nail olmaqda heç bir maneə olmadığını göstərir. Sadəcə olaraq sülh sazişinin imzalanması sonrakı proseslərin artıq sivil məcraya yönəldilməsi üçün Ermənistan tərəfinin konstruktiv yanaşma siyasi iradə nümayiş etdirməyi tələb olunur.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.