DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ PREZİDENTİ FİNLANDİYA İLƏ BAĞLI PROTOKOLU İMZALAYIB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb qərar aprelin 1-Resmi Gazete dərc olunub. “Reportagentliyinin verdiyi xəbərə görə, Madrid razılaşmasına əsasən, vədlərin yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5- Brüsseldə imzalanmışFinlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokoltəsdiq olunub.

Eyni zamanda, məlumatda Finlandiyanın terrora münasibətinin Türkiyə tərəfindən nəzarətdə saxlanıldığı bildirilib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya daxil olmasını martın 31- təsdiqləyib. Parlamentdə qəbul edilən qanunResmi Gazete dərc olunduqdan sonra qüvvəyə minib. Qərar rəsmiləşdikdən sonra Finlandiyanın NATO-ya üzvlük prosesi Brüsseldə davam edəcək. Bundan əvvəl NATO-ya üzv olan 29 ölkə Finlandiyanın üzvlüyünü qəbul etmişdi.

Türkiyənin Finlandiyaya yaşıl işıq yandırmasından sonra rəsmi Helsinki alyansa qoşulmaqla ölkəsinin təhlükəsizliyinin güclənəcəyini bildirib. Finlandiya hökuməti NATO çərçivəsində Baltik regionu Şimali Avropada sabitliyin daha da artacağı qənaətindədir.

 

BVF UKRAYNAYA YENİ YARDIM PAKETİNİ TƏSDİQLƏYİB

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukraynaya 115 milyard dollarlıq ümumi dəstək paketi çərçivəsində 15,6 milyard dollarlıq maliyyələşdirməni təsdiqləyib. “TRTtelekanalının verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondu açıqlama yayıb.

Məlumata əsasən, açıqlamada BVF İcraçı Direktorlar Şuranın qərarı ilə təxminən 2,7 milyard dolların dərhal ödənilməsinə icazə verildiyi bildirilib.

Qeyd edək ki, BVF ötən həftə Ukrayna ilə sözügedən maliyyə paketi ilə bağlı razılığın əldə edildiyini açıqlamışdı.

Xatırladaq ki, Ukrayna rəsmilərinin tələbi əsasında Qevin Qreyin başçılıq etdiyi BVF nümayəndə heyətinin martın 8-15- Polşada Ukrayna səlahiyyətliləri ilə 4 illik iqtisadi proqramla bağlı danışıqlar aparıb.

 

EV AMERİKALILARI TƏCİLİ RUSİYANI TƏRK ETMƏYƏ ÇAĞIRIB

Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bütün amerikalıları, o cümlədən jurnalistləri təcili Rusiyanı tərk etməyə çağırıb. “Reportagentliyi xəbər verir ki, bu barədəCNNtelekanalı məlumat yayıb.

Con Kirbinin sözlərinə görə, bütün ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, səfərlərinin məqsədindən asılı olmayaraq, Rusiya ərazisini təcili şəkildə tərk etməlidirlər.

Əgər siz Rusiyadasınızsa - ya istirahət üçün, səfərin məqsədindən asılı olmayaraq oranı dərhal tərk etməlisiniz”, - deyə Ev rəsmisi vurğulayıb.

Xatırladaq ki, bu ərəfədə ABŞ dövlət katibi Entoni Blinken Rusiyadakı bütün Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

 

ÇİN ABŞ ŞİRKƏTİNƏ QARŞI TƏHQİQATA BAŞLAYIB

Çin hakimiyyəti yaddaş çipləri istehsalçısı olan ABŞ şirkətiMicron Technologyə qarşı təhqiqata başlayıb. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə Çinin Kibertəhlükəsizliyə Nəzarət İdarəsinin yaydığı məlumatda qeyd olunur.

Aparıcı informasiya infrastrukturunda tədarük zəncirlərinin təhlükəsizliyini qorumaq gizli kibertəhlükəsizlik təhdidlərinin qarşısını almaq, həmçinin milli təhlükəsizlik üçünMicron Technologytərəfindən Çində satılan məhsullara qarşı yoxlamaya başlanılıb”, - deyə departamentin açıqlamasında vurğulanır.

Məlumata əsasən, bu, agentliyin son bir neçə il ərzində xarici şirkətlə bağlı ilk belə araşdırmasıdır.

Qeyd edək ki, “Micron Technologyşirkəti dünyanın ən böyük yaddaş çipləri istehsalçılarından biridir. Şirkətin məlumatına görə, gəlirinin təxminən 10 faizi Çin bazarından əldə edilir.

 

URSULA FON DER LYAYEN NATO-YA RƏHBƏRLİK EDƏ BİLƏR

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen NATO-nun baş katibi Yens Stoltenberqin vəzifəsini tərk etməsindən sonra Alyansa rəhbərlik edə bilər. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük BritaniyanınThe Sunnəşri mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Yens Stoltenberqin səlahiyyət müddəti 2023- ilin sentyabrında başa çatır. Baş katib doqquz ildir ki, alyansa rəhbərlik edir.

Diplomatik mənbənin açıqlamasına görə, NATO üzvü olan bir sıra ölkələr Ursula Fon der Lyayenə bu ilin oktyabrında alyansın idarəçiliyini təhvil almağı təklif ediblər”, - deyə nəşr vurğulayıb.

Bununla belə, Böyük Britaniya Ursula Fon der Lyayenin Almaniya silahlı qüvvələrinin rəhbərliyində olan zaman zəif göstəricilərini əsas gətirərək onun namizədliyinə veto qoya bilər.

 

TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRLİYİ DANİMARKADAKI TƏXRİBATI PİSLƏYİB

Türkiyənin Milli Müdafiə Nazirliyi Danimarkada Quran kitabına Türkiyə bayrağına qarşı törədilən təxribatı pisləyib. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə nazirliyin açıqlamasında qeyd olunur.

Məlumata əsasən, Müdafiə Nazirliyi NATO üzvü olan Danimarkanıümumbəşəri dəyərləri təhdid edən terrorizmin növbəti təzahürü olan islamofobiya təzahürlərinə qarşı məsuliyyətsiz münasibətindən dərhal əl çəkməyəçağırıb.

Eyni zamanda, rəsmi Ankara Türkiyə səfirliyinin yaxınlığında Türkiyə bayrağına 1,5 milyarddan çox dünya müsəlmanları üçün müqəddəs olan Quran kitabına qarşı törədilmiş növbəti çirkin təxribata diqqət çəkib.

Türkiyə tərəfinin bütün xəbərdarlıqlarına baxmayaraq, Danimarka hakimiyyətinin nifrət cinayətinə məhəl qoymamağı, bunu demokratiya ifadə azadlığının təzahürü kimi təqdim etməsi xüsusi narahatlıq doğurur”, - deyə açıqmlamada bildirilir.

Bununla yanaşı, Türkiyənin Milli Müdafiə Nazirliyi bu cür düşmən düşüncə hərəkətlərin Avropada demokratik dəyərlər, tolerantlıq dinc yanaşı yaşama mədəniyyətini məhv etdiyini vurğulayıb.

 

İRANLA SƏRHƏDDƏ PAKİSTAN ORDUSUNUN ƏSGƏRLƏRİ ÖLDÜRÜLÜB

İranla sərhəddə Pakistan ordusunun 4 əsgəri öldürülüb. “Aljazeeratelekanalının verdiyi xəbərə görə, bu barədə Pakistan ordusununISPRmedia orqanı məlumat yayıb.

Verilən xəbərə əsasən, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib.

Açıqlamaya əsasən, İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistanla İran sərhədi boyunca fəaliyyət göstərən ölkənin təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib.

Bildirilir ki, terrorçulara qarşı effektiv tədbir görülməsi gələcəkdə belə hadisələrin qarşısının alınması üçün İran tərəfi ilə lazımi danışıqlar aparılır.

Məlumata görə, hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Pakistanın İranla sərhədi 900 kilometr təşkil edir. Həmçinin, bir müddət öncə İran Pakistan sərhədində təhlükəsizliklə bağlı insidentlər baş verib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.