İqtisadi Şuranın növbəti iclası keçirilib
İQTİSADİYYAT

İqtisadi Şuranın növbəti iclası keçirilib

Martın 30-da Azərbaycan Respublikası İqtisadi Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində "Azərbaycan Respublikasının 2022-2026- illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planının icrasından irəli gələn yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə xammal aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması", həmçinin qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafı üçün strateji investisiya layihələrinin istiqamətləri təşviq mexanizmləri digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda gündəlikdəki məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi Şura üzvlərinin rəy təklifləri dinlənilib.

Sonda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub aidiyyəti qurumlara tapşırıqlar verilib.