HEYDƏR ƏLİYEV VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR
Siyasət

HEYDƏR ƏLİYEV VƏTƏNƏ HƏSR OLUNMUŞ ÖMÜR

(əvvəli 30 mart tarixli sayımızda)

Heydər Əliyev xatırlayırdı ki, bu müsahibədən sonra Sov. İKP MK-nın baş katibi L.İ.Brejnev ona telefon zəngi edərək "mənə xəbər veriblər ki, Heydər Əliyev "sosializmə xas olmayan" təzahürlərə qarşı mübarizə aparır", - demişdi. 40 dəqiqəyə qədər davam edən telefon danışığı zamanı Heydər Əliyev L.İ.Brejnevi öz mövqeyinin düzgünlüyünə inandıra bilmişdi. Bu gün sosializmə xas olan ictimai bəlalardan hamı danışır, lakin o zaman bunu ancaq Heydər Əliyev deyə bilərdi.

Heydər Əliyev işlərinin çox olmasına baxmayaraq, yeni tikilən obyektlərin açılışında iştirak edirdi. Məsələn, Nəsimi rayonunda xoreoqrafik məktəbin açılışında Heydər Əliyev balaca uşaqları bağrına basaraq onlarla birlikdə sevinir fəxrlə deyirdi ki, onlar bizim gələcəyimizdir. Heydər Əliyev gələcək nəslin düzgün yetişdirilməsindən tutmuş, böyük nəsildə incəsənətə maraq yaratmağa kimi hər şeyi vacib sayırdı. Məhz Heydər Əliyev Azərbaycan Dövlət Filarmoniyasında musiqi gecələrinin keçirilməsinin təşəbbüskarı olmuşdu. Həmin günlərdə Azərbaycanın rəhbərliyi bütün musiqisevərlərlə birlikdə olurdu.

Belə bir hadisəni yada salmaq istərdim. Moskvada olarkən Heydər Əliyev vətənindən ötrü çox darıxırdı. Ona görə Moskvada rəhbər vəzifələrdə çalışdığı vaxtlarda yay məzuniyyətini 5 il dalbadal Azərbaycanda keçirmişdi. Ümummilli lider yeni tikilən obyektlərlə tanış olur, kollektivlə görüşlər keçirirdi. Bizim üçün bu, illik hesabat xarakteri daşıyırdı. Bilirdik ki, Heydər Əliyev bir dəfə görüşdüyü insanın adını soyadını belə xatirində saxlaya bilirdi. Bir dəfə İçərişəhərdə bərpa işləri görülən yerə gələrkən, o, çoxsaylı insanlar arasında yaşlı bir qadını görüb ona yaxınlaşdı, ondan hal-əhval soruşdu: "Siz ki Razində yaşayırsınız, belə isti havada buraya gəlmək sizin üçün əziyyət deyilmi?", - deyə müraciət etdi. Qadın belə cavab verdi: "fikirləşdim ki, vaxtınızın azlığından bizim rayona gələ bilməzsiniz, buna görə sizinlə görüşə gəldim". Qeyd edim ki, bu xanım vaxtilə Heydər Əliyevə tibb bacısı kimi xidmət etmişdi.

İş elə gətirmişdi ki, Heydər Əliyev Azərbaycanda məzuniyyətdə olan zaman Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən Qara Qarayev, Niyazi, İmran Qasımov vəfat etmişdi. Heydər Əliyev şəxsən onların dəfn mərasimində iştirak etdi. Qara Qarayev torpağa tapşırılan gün hava çox isti idi. Heydər Əliyevin təşəbbüsü ilə cənazə Azərbaycan Dövlət Filarmoniyasından piyada Fəxri xiyabana aparıldı. Heydər Əliyev Qara Qarayevin dünya şöhrəti qazanmasına yardım göstərənlərdən biri idi. Heydər Əliyev deyirdi ki, Qara Qarayev Azərbaycanın fəxridir Üzeyir Hacıbəyovdan sonra o, Azərbaycanın musiqi aləmində ən layiqli yeri tutur.

Heydər Əliyev həmişə xalqın arasında idi - Azərbaycanın pis günlərində , yaxşı günlərində . Məhz onun rəhbərliyi dövründə Azərbaycan 14 dəfə ümumittifaq müsabiqəsində qələbə qazanmışdı. Azərbaycan Belorusiya ilə birgə yeganə respublika idi ki, ittifaq büdcəsinə borcu yox idi.

Qətiyyətlə demək olar ki, Heydər Əliyev hələ 1970-80-ci illərdə gələcəyin müstəqil Azərbaycanının əsaslarını yaradırdı. Təkcə C.Naxçıvanski adına məktəbin açılmasına Heydər Əliyev böyük qüvvə sərf etmişdi. Bütün SSRİ- bu məktəbin analoqu yox idi. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o, Azərbaycan gənclərinə məhz öz hərbi məktəblərimizdə təhsil almağın üstünlüyünü çatdırmaqla Azərbaycan Ordusunun gələcəyi haqqında fikirləşirdi. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan Ordusunun zabit heyətinin əksər hissəsi C.Naxçıvanski adına məktəbin yetirmələridir.

Heydər Əliyev bütün qüvvəsini Azərbaycanın gələcəyinə sərf edirdi. Dahi şəxsiyyət SSRİ-nin gec-tez dağılacağını artıq o vaxtlar hiss edirdi. 1970-80-ci illərdə Heydər Əliyev gələcəyi düşünərək qurub yaradırdı. Bu gün XXI əsrin zirvəsindən geriyə baxanda bu insanın qədər dahi olduğunu dərk edirik. Belə ki, xalqının gələcəyi naminə yaşayıb yaratmaq amalı onu 15 ittifaq respublikasından olan digər həmkarları sırasından seçilib daha yüksəkliklərə ucalmasına şərait yaratdı. Azərbaycanlı, müsəlman, sadə əmək adamlarının övladı Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvü seçildi. Həmçinin iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Moskvada işləyərkən Heydər Əliyev üzərinə düşən məsuliyyəti ağırlığı dərk edir bütün qətiyyəti ilə səylərini Azərbaycan xalqının rifahına yönəldirdi. Sov. İKP MK-nın Siyasi Bürosunda Heydər Əliyevə bərabər ola biləcək şəxsiyyət yox idi. Digərlərindən fərqli olaraq Heydər Əliyev bu yeri öz ağlı əməyi sayəsində qazanmışdı. Lakin hələ Stavropoldan erməniləri ətrafında cəmləşdirən Mixail Qorbaçov kommunist partiyasının baş katibi seçildikdən sonra Azərbaycanı parçalamaq, ən əsası Qarabağın ermənilərə verilməsini təmin etmək üçün onlara əlverişli şərait yaradırdı. Heydər Əliyev Moskvaya vəzifəyə aparılarkən onun yerinə Moskvanın sözü ilə oturub-duran Ə.Vəzirovun respublikaya rəhbərliyə gəlməsi küçə demokratlarının fəallaşması ermənilərin çoxdankı arzularının reallaşmasını təmin etdi.

Hələ XIX əsrin axırlarında Daşnaksütyun partiyası Azərbaycanın parçalanması Qarabağın Ermənistana birləşdirməsi planını qurmuş bunun reallaşdırılması üçün bir əsr mübarizə aparmışdır. XX əsrin sonlarında Mixail Qorbaçovun hakimiyyətə gəlməsi isə buna geniş imkan yaratdı. Lakin ermənilər bir şeyi yaxşı başa düşürdülər: qədər ki, Heydər Əliyev SSRİ rəhbərliyindədir, planlarını reallaşdıra bilməyəcəklər. Buna görə Mixail Qorbaçovun əli ilə Heydər Əliyevi tutduğu vəzifədən kənarlaşdırmağa nail oldular. Andrey Qromıko xatirələrində bildirirdi ki, Heydər Əliyev Siyasi Büronun dayağı onun ən layiqli üzvü idi. O, özünəməxsus tələbkarlığı, səmimiyyətinə görə Mərkəzi Komitənin əksəriyyət üzvlərindən çox fərqlənirdi. Öz-özümə fikirləşirəm, "Sovet İttifaqını idarə etmək üçün belə gənc enerjili rəhbər lazımdır". Belə böyük post üçün təkcə ağıl deyil, həm idarəçilik qabiliyyəti mühüm problemləri həll etmək bacarığı olmalı idi. Bu keyfiyyətlər isə Heydər Əliyevdə var idi.

Həmin dövrdə Nazirlər Sovetinin sədri N.Rıjkov da bildirmişdi ki, "heç kim mənimlə Heydər Əliyevin istefası ilə bağlı söhbət etməmişdi. O, çox yaxşı işləyirdi bir dəfə mən evə yollanarkən maşında telefon zəng çaldı. Zəng edən M.Qorbaçov idi. O dedi: "Heydər Əliyev vəzifəsindən azad olunur". M.Qorbaçov Heydər Əliyev böyüklüyünü sonralar qəbul edərək demişdi: "Heydər Əliyev ağıllı çox uzaqgörən siyasətçidir".

Beləliklə, Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılması ermənilərin Qarabağda genişmiqyaslı avantürasına yol açdı. Bu, ermənipərəst qüvvələrin məqsədyönlü siyasətinin başlanğıcı idi.

Heydər Əliyev siyasi rəhbərlikdən kənarlaşdırıldıqdan sonra ermənilər "Dağlıq Qarabağ" - "Artsax" planını reallaşdırmağa başladılar. Bu plandan ovaxtkı dövlət başçısı M.Qorbaçov, onun erməni köməkçiləri məsləhətçiləri - Sitaryan, Aqambekyan, Şahnəzərov digərləri xəbərdar idilər. Belə ki, 1987-ci ilin noyabrında M.Qorbaçovla Fransaya yollanan A.Aqambekyan Fransa Erməni Veteranları Assosiasiyasında çıxış edərək bildirmişdir ki, Dağlıq Qarabağı Ermənistana vermək lazımdır: "Bir iqtisadçı kimi hesab edirəm ki, Dağlıq Qarabağ Azərbaycandan çox Ermənistana bağlıdır".

Baxmayaraq ki, A.Mikoyan 70 il öncə - 1919-cu ildə yazırdı: "Erməni hökumətlərinin agentləri olan daşnaklar Qarabağın Ermənistana birləşdirilməsini istəyirlər. Lakin bu, Dağlıq Qarabağ əhalisinin həyat mənbəyindən - Bakıdan təcrid olunmasına gətirib çıxara bilər. Dağlıq Qarabağı Ermənistanla heç vaxt heç bağlamayıb". Həqiqətən Ermənistan Qarabağı işğal etdikdən sonra A.Mikoyanın fikirləri bir daha təsdiq olundu. Bununla əlaqədar "Azadlıq" radiosu 26 fevral 2001-ci ildə belə bir xəbər yaydı: "Ermənistanın işğal etdiyi ərazilərdə sovet rejimini xatırladan avtoritar rejim yaradılmışdır bu rejimin başında repressiv aparat durur. Əhali Qarabağı tərk edir. Onlar Qarabağın gələcəyini görmür, bir dənə olsun müəssisə işləmir". Bu sözlər Qarabağın Ermənistanla "əlaqəsi"nin hansı səviyyədə olduğunu göstərir. Bu ideyanın əsası avantüra idi bu avantüranın başında M.Qorbaçov dururdu.

Heydər Əliyevin həyatının Moskva, Kreml dövrü onun tərcümeyi-halının mühüm tərkib hissəsidir. Heydər Əliyevi bütün çoxmillətli dövlətlərdə sevirdilər. Bu gün ulu öndəri Sibirdə, BAM-da, Altayda, Tatarıstanda, Ukraynada, Mərkəzi Asiyada başqa regionlarda böyük hörmətlə yada salırlar. Xüsusən ziyalı təbəqənin arasında onun böyük hörməti vardı. Bu gün çoxları Heydər Əliyevin təhsil nazirliyinin kollegiyasında, SSRİ Elmlər Akademiyasının sessiyasında, nəqliyyat nazirliyində məruzələrini xatırlayır. O, Moskvada işləyən zaman dünyanın ən böyük şəxsiyyətləri, ictimai, siyasi dövlət xadimləri ilə yaxından tanış olmuşdu. Dahi lideri ABŞ-da, Fransada, Almaniyada, Böyük Britaniyada, İtaliyada digər ölkələrdə yaxşı tanıyırdılar.

M.Qorbaçov Heydər Əliyevin Mərkəzi Komitənin sıralarından çıxarılması məsələsini səsverməyə qoymağa macal tapmamış Heydər Əliyev söz alaraq tribunaya qalxdı. Onun söylədiyi kiçik nitq zalda əyləşənlərin əksəriyyətini şok vəziyyətinə saldı. İlk dəfə idi ki, Mərkəzi Komitənin üzvü Baş katibin üzünə onun haqqında fikirləşdiyini cəsarətlə deyirdi. Heydər Əliyevin sözlərindən sonra M.Qorbaçov özünü itirmiş, zala sakitlik çökmüşdü. Hamı nəyin baş verəcəyini gözləyirdi. Sonra isə baş verənlər şoka düşmüş Qorbaçovun vəziyyətini daha da ağırlaşdırdı. Qorbaçovun əsəbdən qızarmış sifətinə sakit təmkinlə baxan Heydər Əliyev dedi:

"Mixail Sergeyeviç, siz Əliyevin üzərinə nöqtə qoymağa tələsməyin. Siz mənim haqqımda hələ çox şey eşidəcəksiniz". Bu sözləri dedikdən sonra Heydər Əliyev Sov. İKP MK-nın plenumu keçirilən zalı tam sakitliyin müşayiəti ilə tərk etdi. Bu, can verən partiyanın M.Qorbaçov hakimiyyətinin sonu idi.

Sözügedən hadisədən sonra Heydər Əliyevin həyatında ağır günlər başladı. O, faktiki olaraq ev dustağı idi. Onun yanına getmək çoxlarına yasaq edildi. Heydər Əliyevə ictimai yerlərə getmək qadağan olunmuşdu. Buna baxmayaraq, hətta xəstə olan zaman Heydər Əliyev ölkədə, ələlxüsus da Azərbaycanda baş verən hadisələri diqqətlə izləyirdi. M.Qorbaçov onun ətrafı əks Konstitusiya fəaliyyətləri ilə Vilnüsdə, Tbilisidə, Moldovada kütləvi mitinqlərin keçirilməsinə şərait yaratdı. Qorbaçov "yenidənqurması"nın ən böyük faciəsi isə 1990- ilin yanvarında Bakıda baş vermiş qanlı hadisələr oldu. Belə ki, yanvarın 19-dan 20- keçən gecə M.Qorbaçovun əmri ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə 40 minlik ordu yeridildi. Əsas məqsəd mərkəzin ermənipərəst siyasətinə qarşı etiraz səsini ucaldan Azərbaycan xalqını yerinə oturtmaq idi. Ordunun başında həmin vaxt Bakıda olan SSRİ-nin müdafiə naziri D.Yazov (onun həyat yoldaşı da erməni idi) rəhbərlik edirdi. Onunla birlikdə Bakıya SSRİ-nin güc nazirliklərinin rəhbərlikləri gəlmişdilər. Azərbaycanın rəhbərləri Ə.Vəzirov, A.Mütəllibov, V.Hüseynov başqaları onlarla birlikdə idi. Qanlı qətl baş verən gecə Ə.Vəzirov təyyarə ilə Moskvaya qaçırılmışdı. Digərləri isə kreslo uğrunda mübarizəyə girişdilər, respublika rəhbərliyində təmsil olunanlardan heç biri istefa vermədi.

Qeyd edək ki, qonşu Gürcüstanda sovet ordusunun əsgərləri tərəfindən 1989-cu ilin aprelində törədilmiş müdaxilə nəticəsində 6 nəfər Gürcüstan vətəndaşı qətlə yetiriləndən sonra respublikanın rəhbəri Patiyaşivilli vəzifəsindən istefa vermişdi. Rəhbərin nümunəsinə respublikanın digər rəhbərləri analoji addım atmış, M.Qorbaçov gürcü xalqından üzr istəmişdir. Bizdə isə əksinə, nəinki törədilmiş qətliama görə üzr istənilmədi, əksinə kreslo uğrunda mübarizənin yeni dövrü başlandı. Bununla belə, 20 Yanvar hadisələrindən sonra Milli azadlıq hərəkatını əngəlləmək mümkün olmadı.

(davamı növbəti saylarımızda)

Ağalar ABBASBƏYLİ,

Bakı Dövlət Universitetinin

kafedra müdiri, professor.