Hayastanın bitməyən ərazi iddiaları
Digər xəbərlər

Hayastanın bitməyən ərazi iddiaları

Tarix boyu Hayastanın bəlli bir məskəni olmamış yerləşdiyi bütün əraziləri özününküləşdirməyə çalışmışdır.

Ötən əsrin əvvəllərində doğma dədə-baba torpaqlarımızda yerləşdirilən ermənilər burada yerli xalq tərəfindən qonaqpərvərliklə qarşılanıblar. Buna baxmayaraq, düşmən xalqımızın bu xoş niyyətindən sui-istifadə edib. Bu ərazilərdə müvəqqəti olduqlarını bildikləri halda günbəgün daha aqressivləşərək yerli azərbaycanlıları öz yurdlarından didərgin salıblar. Soydaşlarımız öz əcdadlarının yaşadıqları, doğulub boya-başa çatdıqları torpaqları tərk edib Azərbaycanın müxtəlif rayonlarına üz tutublar. Lakin Ermənistan öz xülyalarını təkcə Azərbaycana yox, həm bütün dünyaya qarşı tətbiq etməyə çalışır. Qonşu ölkələrdə, həmçinin Fransa Amerika kimi böyük dövlətlərdə məskən salan ermənilər oradakı ərazilərin onlara aid olduğunu iddia edirlər. Məsələ ilə bağlı politoloq Amid Əliyev bildirir ki, 30 illik işğal ərzində Ermənistan Qarabağda Azərbaycana qarşı həyata keçirdiyi ekosid, genosid siyasəti ilə yanaşı, Azərbaycan toponimlərinin erməniləşdirilməsi siyasətini icra edib. Şəhər, rayon kəndlərimizə erməni adları verilib. Azərbaycanın tarixi abidələrinin üzərindəki yazılar pozularaq erməni dilində yazılıb. Məscidlərimizin böyük əksəriyyəti dağıdılıb. Bu siyasət təkcə Azərbaycana qarşı deyil, regiondakı digər dövlətlərə qarşı da tətbiq olunub. Məsələn, Gürcüstanla həmsərhəd ərazilərdə yaşayan ermənilər indi həmin yerlərin onlara məxsus olduğunu iddia edirlər. Eləcə illərlə bu siyasət Türkiyəyə qarşı nümayiş etdirilib. Orada kompakt yaşayan ermənilərin hər zaman Türkiyə dövlətinə qarşı ərazi iddiaları olub. Burada əsas məqsəd saxta tarix üzərində ermənilərin Qafqazda məskunlaşmış etnos olduqlarını sübuta yetirməkdən ibarətdir. Kombinəedilmiş adətlər əsasında meydana çıxmış erməni cəmiyyəti bu günə qədər bu bəladan qurtara bilmir. Nəticədə isə Ermənistan bölgədə monoetnik, monokultur monodinə məxsus olan bir dövlətə çevrilib.

Ermənistan dövləti tərəfindən həyata keçirilən bu siyasətin əsasında reallığa uyğun olmayan "böyük Ermənistan" ideyası dayanır. Bir xalqın ki, tarixi, mədəniyyəti, incəsənəti dövlətçiliyi saxta faktlar üzərində qurulub, nəticədə belə münasibət ortaya çıxmalıdır. Lakin burada maraqlı fakt ondan ibarətdir ki, ermənilər yalnız bunu Azərbaycan, Türkiyə Gürcüstana münasibətdə daha çox qabardırlar. Lakin İranda Fransada nəzərəçarpacaq dərəcədə erməninin yaşadığı halda, nədənsə İrana Fransaya qarşı ərazi iddiaları irəli sürülmür. Nəzəri cəhətdən düşünsələr real olaraq siyasi səhnədə bunu reallaşdırmaqda heç həvəsli görünmürlər. Qloballaşan inteqrasiya edən müasir dünyada isə belə dövlətlərin inkişafetmə imkanları olduqca məhdud olur. Sonda onlar ya məhv olur, ya da digər dövlətlər tərəfindən assimilyasiyaya uğrayırlar, - deyə politoloq bildirib.

Vəhşi, acgöz yurdsuz ermənilər öz xülyaları olan "böyük Ermənistan" arzularını həyata keçirməyə çalışırlar. Bu isə əsla gerçəkləşməyəcək yuxudan başqa bir şey deyil.

Töhfə SƏMƏDOVA,

"Respublika".