DÜNYA XƏBƏRLƏRİ
İdman

DÜNYA XƏBƏRLƏRİ

ÇİN LİDERİ ÖLKƏSİNİN MÜHARİBƏYƏ HAZIRLAŞDIĞINI AÇIQLAYIB

Çin Xalq Respublikası müharibəyə hazırlaşır. “Reportagentliyinin məlumatına görə, bunu Çin lideri Si Cinpin parlamentin iclasında çıxışı zamanı bəyan edib. Dövlət başçısı bildirib ki, dünya bu məsələni ciddi qəbul etməlidir.

Verilən xəbərə görə, Çinin müdafiə büdcəsi son 10 ildə 7,2 faiz artıb. Həmçinin hazırda ölkənin taxıl idxalından asılılığını azaltmaq üçün planlar qurulur.

Eyni zamanda vurğulanıb ki, Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarının tikilməsi planlaşdırılır. Bununla yanaşı, bütün ölkə boyunca yeniMilli Müdafiə Səfərbərliyiofisləri yaradılıb.

Məlumata görə, müharibənin konkret hansı ölkə ilə aparılacağı açıqlanmayıb.

Qeyd edək ki, Çin Müdafiə Nazirliyi bu ərəfədə Rusiya ilə əməkdaşlığın gücləndiriləcəyini bildirərək, ABŞ-a xəbərdarlıq edib.

 

SERGEY LAVROV TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7- Türkiyəyə səfər edəcək. “TRTtelekanalının verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada həftəlik mətbuat konfransında Sergey Lavrovun gələn həftə proqramı barədə açıqlama ilə çıxış edib.

Mətbuat katibinin sözlərinə görə, Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə bu ölkəyə səfər edəcək. “Görüşlər zamanı ticarət, enerji turizm daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti müxtəlif  mövzuların müzakirəsi planlaşdırılır”, - deyə Mariya Zaxarova əlavə edib.

Bununla yanaşı, səfər zamanı Rusiya-Türkiyə əməkdaşlığının inkişafı, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, həmçinin Ukraynadakı müharibə, eləcə Suriyadakı vəziyyətlə bağlı müzakirələrin aparılması planlaşdırılır.

 

BVF RƏHBƏRİ: QLOBAL İQTİSADİYYAT TƏLATÜMLÜ VƏZİYYƏTDƏDİR

Qlobal iqtisadi artımın 2023- ildə  Ukraynadakı müharibənin təsiri pul-kredit siyasətinin sərtləşməsinin davam etməsi nəticəsində 3 faizdən aşağı enəcəyi gözlənilir. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgieva Çində keçirilən forumda çıxışı zamanı bildirib.

Eyni zamanda, Kristalina Georgieva hesab edir ki, 2023- il daha bir çətin il olacaq. Onun sözlərinə görə, qlobal iqtisadiyyat artıq bir müddətdir ki, təlatümlü vəziyyətdədir şok ardınca şok yaşayır.

Uzun müddət davam edən aşağı faiz dərəcələrindən inflyasiya ilə mübarizə üçün lazım olan daha yüksək dərəcələrə sürətli keçid bəzi inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında bank sektorunda qarışıqlığa səbəb olmaqla vəziyyəti daha da çətinləşdirdi”, - deyə BVF rəhbəri vurğulayıb.

Kristalina Georgieva hesab edir ki, qarşıda duran çətinliklərlə əməkdaşlıq həmrəylik yolu ilə mübarizə aparmaq olar.

 

AVROPA ÖLKƏLƏRİNDƏN MİQRANTLARA QARŞI QEYRİ-İNSANİ RƏFTAR

Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin illik hesabatında bildirilir ki, Avropa İttifaqına gələn miqrantlar polis ya sərhədçilər tərəfindən fiziki zorakılıqlara məruz qalıblar.

Bu şəxsləri yerə uzadaraq bədənlərinin yaxınlığına güllə atmaq kimi qeyri-insani ləyaqəti alçaldan rəftarın digər formaları  tətbiq edilib. Bundan başqa, miqrantları əlləri bağlı vəziyyətdə suya atmaq, paltarlarını ayaqqabılarını çıxarmaq, bəzi hallarda isə hətta sərhədi keçərək tam çılpaq gəzməyə məcbur etmək halları da baş verib”, - deyə hesabatda vurğulanıb.

Komitənin açıqlamasında qeyd edilib ki, Avropa sərhədindən zorla geri göndərildiyini iddia edən insanların sayı da artıb. “Geri göndərilmələr qeyri-qanunidir, qəbuledilməzdir dayandırılmalıdır”, - deyə komitənin rəhbəri Alan Mitçel bildirib. O əlavə edib ki, miqrantların həbsi yalnız son tədbir kimi istifadə edilməlidir.

Eyni zamanda, komitə Avropa Şurasına üzv dövlətləri hər bir insanı fərdi qeydiyyatdan keçirmək, insanlara sığınacaq üçün müraciət etmək imkanı verməklə, miqrantların hüquqlarını təmin etməyə çağırıb.

 

ABŞ-IN BAŞ QƏRARGAH RƏİSİNDƏN ÇİNLƏ BAĞLI ETİRAF

Çinin nüvə silahı imkanları narahatlıq doğurur ABŞ-ın Pekinin nüvə inkişaf proqramını yavaşlatmaq, dayandırmaq, eləcə məhv etmək üçün edə biləcəyi heç bir şey yoxdur”. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu ABŞ-ın baş qərargah rəisi, general Mark Milli bəyan edib.

Eyni zamanda, general Çin-Rusiya yaxınlaşmasının da narahatlıq doğurduğunu diqqətə çatdırıb. O deyib: “İçində olduğumuz strateji durumda ikisinin bir-birinə yaxınlaşdığını görürük. Bunu sözün tam mənasındaəsl ittifaqadlandırmazdım, lakin onların bir-birinə yaxınlaşdığını görürük bu, narahatlıq yaradır”.

Bununla yanaşı, Mark Milli Çinin nüvə potensialının hələ ABŞ-la rəqabət apara biləcək vəziyyətdə olmadığına diqqət çəkib: “Onların ciddi nüvə qabiliyyəti var ABŞ-a qədər gələ bilən qitələrarası ballistik raketlərə malikdirlər. Bu, açıq şəkildə narahatedicidir. Beləliklə, hazırda nüvə silahına malik iki böyük dövlətlə üz-üzəyik”.

ABŞ-ın baş qərargah rəisinin sözlərinə görə, “soyuq müharibədən qalma çəkindirmə prinsipləri hələ qüvvədədir, lakin iki nüvə dövləti ilə qarşı-qarşıya gəlmək durumu mürəkkəbləşdirir.

 

MOLDOVADA FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİNİN MÜDDƏTİ UZADILIB

Moldovada fövqəladə vəziyyət aprelin 5-dən daha iki ay müddətinə uzadılacaq. Bu barədə Moldova parlamentinin martın 30-da keçirilən iclasında qərar qəbul edilib.

Məlumata əsasən, hökumətin fövqəladə vəziyyətin müddətinin uzadılması təklifi 61 deputatın səsi ilə təsdiqlənib.

Bununla yanaşı, Moldova hökuməti bəyan edib ki, Ukraynada müharibə davam etdiyi üçün belə bir addımın tətbiqi zəruridir.

Eyni zamanda, ölkənin baş naziri Dorun Reçan bildirib ki, Ukraynada davam edən müharibənin nəticələri Moldovada da hiss olunur.

Baş nazir əlavə edib ki, Rusiya raketləri Moldova hava məkanını pozmaqda davam edir bu, ölkə sakinlərinin həyatı sağlamlığı üçün ciddi təhlükə yaradır.

 

BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ ÜZRƏ İLKİN RAZILAŞMA ƏLDƏ EDİLİB

Avropa Şurası Avropa Parlamentinin bərpa olunan enerji mənbələri ilə bağlı danışıqların iştirakçıları ilkin razılığa gəliblər. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, danışıqlarda bir sıra məsələlərə toxunulub. Məsələn, bəzi ölkələr israr ediblər ki, atom enerjisindən istifadə etməklə hasil edilən hidrogen bərpa olunan hesab edilsin.

Bununla yanaşı, -nin 2030-cu ilə qədər bərpa olunan enerjinin payı üzrə hədəf göstəricisinin 32 faizdən ən azı 40 faizə qədər yüksəldilməsi müxtəlif növ bioyanacaqlara dair fikirlər müzakirə olunub.

Məlumata görə, Avropa İttifaqı ölkələrinin Avropa Parlamentinin nümayəndələri -nin bu il bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə məqsədlərini müəyyənləşdirmək üçün danışıqların yekun mərhələsini keçiriblər.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.