Faktlar və rəqəmlər
İQTİSADİYYAT

Faktlar və rəqəmlər

2023- ilin yanvar-fevral aylarında ÜDM istehsalı

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023- ilin yanvar-fevral aylarında ölkədə 19812,5 milyon manatlıq ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz artmışdır.

ÜDM istehsalının 50,3 faizi sənaye, 8,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı balıqçılıq, 16,9 faizi digər sahələrin payına düşmüş, məhsula idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olmuşdur.

 

12,7 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023- ilin yanvar-fevral aylarında 12,7 milyard manatlıq məhsul istehsal edilmişdir.

Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 21,5 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz buxar istehsalı, bölüşdürülməsi təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı isə 0,9 faiz artmışdır.

 

Əsas kapitala yönəldilmiş vəsait

2023- ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 206,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 60,1 faiz çox vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,3 dəfə artmışdır. İstifadə olunmuş vəsaitin 1125,5 milyon manatı ya 51,0 faizi məhsul istehsalı sahələrinə, 968,5 milyon manatı (43,9 faizi) xidmət sahələrinə, 112,9 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1657,3 milyon manatını ya 75,1 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1626,4 milyon manatı ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə təşkilatların vəsaitləri 44,8 faiz, büdcə vəsaitləri 42,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, bank kreditləri 1,8 faiz, sair vəsaitlər isə 3,9 faiz təşkil etmişdir.

"Respublika".