DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİLİN BAŞ NAZİRİ BAYDENİN MƏSLƏHƏTİNİ RƏDD EDİB

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Cozef Baydeninİsrail hakimiyyəti ölkədə müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatından imtina etməlidirməsləhətini qəti şəkildə rədd edib. Bu barədəReportagentliyi məlumat yayıb.

Baş nazirin sözlərinə görə, İsrail xaricdən, o cümlədən ən yaxşı dostlarından gələn təzyiqlərə əsaslanaraq deyil, öz xalqının iradəsi əsasında qərarlar verən suveren ölkədir.

Bununla yanaşı, Netanyahu vurğulayıb ki, o, Baydenlə şəxsi münasibətləri, ABŞ İsrail arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirir, lakin onun hökuməti lazım bildiyi islahatları ölkə daxilində davam etdirmək niyyətindədir.

İsrail ABŞ arasındakı müttəfiqlik sarsılmazdır hər zaman aramızda yaranan fikir ayrılıqları aradan qaldırılır. Mənim administrasiyam hökumətin üç qolu arasında həqiqi tarazlığı bərpa etməklə demokratiyanın möhkəmləndirilməsinə sadiqdir buna geniş konsensus vasitəsilə nail olmaq istəyirik”, - deyə Netanyahu əlavə edib.

Qeyd edək ki, Bayden Evdə jurnalistlərə açıqlamasında İsraildə məhkəmə islahatlarına qarşı çıxış edərək Netanyahunun bu layihədən imtina edəcəyinə ümid etdiyini bildirib.

 

ABŞ İRANLA BAĞLI BİR NEÇƏ HƏRBİ VARİANT HAZIRLAYIB

ABŞ-ın baş qərargah rəisi Mark Milli müdafiə naziri Lloyd Ostin Senatın Silahlı Qüvvələr Komitəsində 2024- ilin müdafiə büdcəsi ilə bağlı iclasda iştirak ediblər. “Teleqraf.comun xəbərinə görə, iclasda əsas müzakirələrdən biri İranın  fəaliyyətləri hızırkı rejimin dəstəklədiyi radikal qruplaşmaların İraq Suriyada ABŞ bazalarına hücumları olub.

İranın bölgədə qeyri-sabitliyə səbəb olan fəaliyyətlərlə məşğul olduğunu Amerika hərbçilərinin yerləşdiyi bazalara hücumlarını davam etdirdiyini qeyd edən Mark Milli rəsmi Tehranın nüvə silahları üçün lazım olan materialı iki həftədən az müddətdə əldə edə biləcəyini bildirib.

Bundan sonra onlara tam nüvə silahı yaratmaları üçün cəmi bir neçə ay lazımdır. ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməmək siyasətində qərarlıdır. İran nüvə silahı hazırlamaq qərarına gəlsə, ABŞ ordusu administrasiyanın nəzərdən keçirməsi üçün bir neçə hərbi variant hazırlayıb”, - deyə baş qərargah rəisi vurğulayıb.

 

QAZAXISTAN HÖKUMƏTİ İSTEFA VERİB

Qazaxıstanda Əlixan İsmayılovun rəhbərlik etdiyi hökumət istefa verib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev konstitusiyaya uyğun olaraq martın 19-da keçirilən parlament seçkilərindən sonra Əlixan İsmayılovun rəhbərlik etdiyi hökumətin istefasını təsdiq edən fərmanı imzalayıb.

Fərmanda bildirilib ki, parlament yeni kabinet üzvlərini təsdiq edənə qədər hökumət öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

Prezident Tokayev parlamentin aşağı palatasının 8-ci dövr açılış iclasında verdiyi açıqlamada seçkilərdə ən çox səs toplayan Əmanət Partiyasının baş nazir namizədinin təqdim edilməsinin siyasi məsuliyyətin zərurəti olduğunu ifadə edib.

 

BAEA: ZAPOROJYE AES- VƏZİYYƏT GETDİKCƏ PİSLƏŞİR

Hərbi əməliyyatların davam etməsi fonunda Zaparojye atom elektrik stansiyasında təhlükəsizliyin təmin olunması ilə bağlı vəziyyət yaxşılaşmır. “AZƏRTACın verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi stansiyaya səfərinin yekununa dair açıqlamasında bildirib.

AES-in yerləşdiyi rayonda hərbi əməliyyatlar şiddətlənir. Stansiyanı hər hansı hücumdan qorumaq üçün mümkün olan tədbirlər görülməlidir. Mən bütün tərəflərlə razılaşdırıla biləcək realistik tədbirlər hazırlamağa çalışıram. Radioloji nəticələrə səbəb olacaq nüvə qəzası heç kimə rəhm etməyəcək. Biz bundan yayınmalıyıq”, - deyə Rafael Qrossi jurnalistlərə bəyan edib.

Qeyd edilir ki, martın 29-da günorta saatlarında Rafael Qrossinin rəhbərlik etdiyi BAEA-nın 18 nəfərlik nümayəndə heyəti Zaparojye AES-ə gəlib. Səfərin məqsədi nüvə təhlükəsizliyi sahəsində vəziyyəti qiymətləndirmək stansiyada agentliyin mütəxəssislərinin müntəzəm rotasiyasını təmin etməkdir.

 

ÇİN LİDERİ ZELENSKİ TƏRƏFİNDƏN UKRAYNAYA SƏFƏRƏ DƏVƏT OLUNUB

Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpini ölkəsinə səfərə dəvət edib. “Teleqraf.comun xəbərinə görə, Ukrayna dövlət başçısı çinli həmkarını qəbul etməyə hazır olduğunu bəyan edib.

Biz onu burada görməyə hazırıq, onunla danışmaq istəyirəm. Onunla genişmiqyaslı müharibədən əvvəl əlaqə saxlamışdım. Lakin bir ildən artıqdır ki, heç bir əlaqəmiz olmayıb”, - deyə Zelenski bildirib.

Eyni zamanda, Ukrayna prezidenti rəsmi Moskvanın Si Cinpinin səfərindən gözləntilərinin özünü doğrultmadığını, buna görə Rusiya lideri Vladimir Putinin Belarusda taktiki raketlərin yerləşdiriləcəyini elan etməkləkiçik qələbəəldə etdiyini düşündüyünü vurğulayıb.

Bununla yanaşı, Volodimir Zelenski hesab edir ki, Putininİskəndərlərin Belarusda yerləşdirilməsi ilə bağlı bəyanatı diqqəti Çinin təminat verməməsindən yayındırmağa yönəlib: “Bunun mənası nədi? Bu o deməkdir ki, səfər Rusiyaya sərf etməyib”.

Məlumat üçün qeyd edək ki, Çin liderinin Rusiyaya səfərindən bir neçə gün sonra Zelenski ilə əlaqə saxlaması gözlənilirdi, lakin bu baş vermədi.

 

FRANSADAKI ETİRAZLARA 740 MİNDƏN ÇOX İNSAN QATILIB

Fransa şəhərlərində təxminən 740 min insan pensiya islahatları ilə razılaşmadığı üçün etirazlara qoşulub. “Reportagentliyinin xəbərinə görə, bu barədəBFMtelekanalı məlumat yayıb.

Paytaxt Parisdəki mitinqdə iştirak edən etirazçıların sayı 93 min nəfər təşkil edib. Paytaxtda təhlükəsizliyi təmin etmək üçün 5,5 minə yaxın polis əməkdaşı cəlb edilib.

Bununla yanaşı, Parisdə həmçinin digər şəhərlərdə polis nümayişçilər arasında toqquşmalar baş verib. Bir çox şəhərdə polis su şırnağından gözyaşardıcı qazdan istifadə edib.

Verilən xəbərə görə, Fransanın baş naziri Elizabet Born həmkarlar ittifaqlarını aprelin 4- ya 5- danışıqlara dəvət edib. Həmkarlar ittifaqları isə pensiya islahatlarına qarşı aprelin 6-da 11-ci ümummilli kütləvi tətil nümayiş üçün  çağırış  ediblər.

Xatırladaq ki, Fransada sosial sistemin maliyyə tarazlığını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını  nəzərdə tutan islahatlar yanvarda təqdim edilib.

 

ABŞ-IN QARA DƏNİZDƏ KƏŞFİYYAT İMKANLARI MƏHDUDLAŞIB

MQ-9 Reaperpilotsuz təyyarəsinin qəzaya düşməsi ilə bağlı insidentdən sonra ABŞ-ın pilotsuz uçan aparatlarının  Qara dəniz bölgəsində marşrutlarının dəyişdirilməsi ölkənin kəşfiyyat məlumat toplama imkanlarını məhdudlaşdırıb. “Reportxəbər verir ki, bu barədəCNNtelekanalı Pentaqondakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Marşrutların dəyişdirilməsi kəşfiyyat məlumat toplamaq qabiliyyətimizi mütləq şəkildə məhdudlaşdırır”, - deyə mənbə vurğulayıb.

Eyni zamanda, adı açıqlanmayan digər ABŞ rəsmisinin sözlərinə görə, Amerika tərəfinin bu cür tədbirləri Rusiya ilə birbaşa qarşıdurmaya səbəb ola biləcək insidentlərin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, 14 mart tarixində Qara dəniz üzərində Rusiyanın ikiSu-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ-a məxsus PUA-nın qarşısını almağa cəhd edib. NəticədəSu-27”lərdən biriMQ-9 Reaperdronuna çırpılıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.