Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində də, müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, bu sahəni hər zaman prioritet hesab etmişdir.
Ümumilli liderimiz yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirləri, tarixi tövsiyələri bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verir.
Heydər Əliyev ideyalarının mənimsənilməsi gənclərimizin Azərbaycanın tarixini öyrənməsinə, gələcəyimizin etibarlı olmasına zəmin yaradır.