Azərbaycan dünya mediasında
Digər xəbərlər

Azərbaycan dünya mediasında

Azərbaycanın enerji siyasətində mühüm dəyişiklik: yaşıl enerji ixracı

"Sputnik-Gürcüstan" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Azərbaycan Gürcüstana əlavə sərmayə qoymalıdır ki, Avropaya elektrik enerjisi ixracını artırsın. Azərbaycandan yaşıl enerjinin ixracı üzrə komitənin fevral ayında keçirilən iclasında bunun Xəzər dənizindəki dəniz külək elektrik stansiyalarından Avropa İttifaqına elektrik enerjisinin tədarükü üzrə kompleks layihə olacağı barədə razılıq əldə edilib. Bunun üçün Gürcüstanda elektrik xəttinin genişləndirilməsi lazımdır. Əks təqdirdə, bu, tamamilə faydasız olacaq". Dövlət başçısına istinadən bildirilir ki, Avropada, o cümlədən Almaniyada yaşıl enerjiyə tələbat artıb. Bütün bu amillər onu göstərir ki, Azərbaycanda yaşıl enerji tezliklə təbii qaz qədər vacib olacaq.

Agentlik, həmçinin qeyd edir ki, 2022-ci ilin dekabrında Gürcüstan, Azərbaycan, Rumıniya Macarıstan hökumətləri "yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq" haqqında Saziş imzaladılar. Söhbət Qara dənizin dibi ilə 1000 MVt gücündə 1195 km uzunluğunda elektrik kabelinin çəkilməsindən gedir ki, bu da Azərbaycan Gürcüstanda istehsal olunan elektrik enerjisinin Avropaya satışını dəstəkləyəcək. Sənəd dörd ölkənin maraqlarına xidmət edir. Layihə milli regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji təchizatı mənbələrinin şaxələndirilməsinə yönəlib.

 

Avropa İttifaqı Xocasən gölü ilə bağlı məlumat yayıb

Avropa İttifaqının ətraf mühit üzrə rəsmi səhifəsi çirklənmiş Xocasən gölü ilə bağlı görülən işlər, eləcə Azərbaycanla əməkdaşlıq perspektivləri barədə yazı dərc edib.

Məqalədə bildirilib ki, Azərbaycanın paytaxtı Bakının yaxınlığında yerləşən Xocasən gölü yüksək səviyyədə çirklənməyə məruz qalıb, bu isə gölün ekosistemini ciddi şəkildə təhdid edir. Gölün əvvəlki vəziyyətini bərpa etmək üçün həll yolu "İnteqrasiya edilmiş Göl İdarəçiliyi"ni həyata keçirməkdir. Azərbaycanın Ekologiya Təbii Sərvətlər Nazirliyi artıq Xocasən gölünün ətrafındakı məişət tullantılarının təmizlənməsi işlərinə başlayıb. Növbəti mərhələdə qrunt sularını gölə axıdılmamışdan əvvəl təmizləmək üçün sutəmizləyici qurğu tikiləcək təbii özünütəmizləmə nəticəsində gölə axıdılan tullantı suları onun ekosisteminə zərər vermədən tədricən təmizlənəcək. Hesabatda o da vurğulanıb ki, atılan addımlar yerli biomüxtəlifliyə Xocasən gölünün yaxınlığında yaşayan əhalinin sağlamlığına müsbət təsir göstərəcək.

Yekunda qeyd olunub ki, Avropa İttifaqı Azərbaycanda oxşar təşəbbüsləri təşviq edir yaxın perspektivdə alyansla rəsmi Bakı arasında təmasların artacağı planlaşdırılır.

 

Azərbaycan ordusu Qarabağda bəzi yollardan qanunsuz istifadə hallarına qarşı tədbirlər görür

Türkiyənin xəbər agentliyi "Anadolu Ajansı" Azərbaycan ordusunun Qarabağda bəzi yollardan qeyri-qanuni istifadə hallarına qarşı önləmlər alması ilə bağlı məlumat yayıb.

Məlumatda Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda qanunsuz silahlı birləşmələrin bəzi torpaq yollardan istifadə etməklə canlı qüvvə silah daşımasının qarşısının alınması üçün tədbirlər görüldüyünü açıqladığı bildirilir. Məqalədə qeyd olunub ki, Nazirliyin açıqlamasına görə, Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələrinə Ermənistandan canlı qüvvə, sursat, mina digər hərbi texnikanın daşınması cəmləşib bu daşımalar xüsusilə gecə saatlarında dumanlı hava şəraitindən istifadə edilməklə həyata keçirilir. Məlumata görə, bəyanatda bu məsələ ilə bağlı Azərbaycan tərəfindən çoxsaylı müraciətlərə danışıqlara baxmayaraq, silah digər hərbi texnikanın daşınmasının qarşısının alınması üçün lazımi tədbirlərin görülmədiyi bildirilib yaranmış vəziyyətlə bağlı Azərbaycan ordusunun Laçın yolunun şimalındakı torpaq yollardan Ermənistanın silah-sursat daşımasının qarşısının alınması məqsədilə yerli tədbirlər görülüb. Sözügedən məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da yer alıb Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində qanunsuz fəaliyyət təxribatların həyata keçirildiyi bildirilib. Xəbərə görə, bəyanatda vurğulanıb ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyətin qarşısının alınması üçün Laçın yolunun son nöqtəsində, Azərbaycan Ermənistan sərhədində keçid məntəqəsi yaradılmalıdır.

 

Qazaxıstanın Aktobe vilayəti Azərbaycanla xarici ticarət dövriyyəsini 7 dəfə artırıb

Aktobe vilayəti ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 7 dəfə artaraq 2022-ci ildə 28,6 milyon ABŞ dollarına çatıb. Bu barədə vilayət rəisi Yeralı Tuğcanovun Azərbaycanın Aktaudakı baş konsulluğunun rəhbəri Elçin Məmmədovla görüşündə elan edilib.

Yeralı Tuğcanovun sözlərinə görə, bu gün Aktobe vilayəti bir çox xarici ölkələrlə sıx əlaqələr saxlayır. "Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Nəqliyyat-logistika infrastrukturunun inkişafı məsələləri hər iki ölkə başçısının görüşündə müzakirə olunub. İnvestisiya sektorunda da böyük perspektivlər var". Bununla yanaşı, xəbərdə Elçin Məmmədovun nitqinə yer verilib: "Məqsədimiz biznesə daxil olmaqla müxtəlif əlaqələri inkişaf etdirməkdir. Ümid edirəm ki, bugünkü görüş ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək". 

Kazinformun paylaşdığı məlumatda son 5 ildə regiona 6 milyard ABŞ dollarından çox vəsait cəlb olunduğu Aktobenin ikili əlaqələr üçün önəmi vurğulanıb. Strateji mövqeyi çoxlu sayda faydalı qazıntı ehtiyatları ilə seçilən regionda 1100 xarici şirkət, o cümlədən transmilli korporasiyalar fəaliyyət göstərir.

 

Özbəkistan Azərbaycan 500 milyon dollarlıq birgə investisiya fondu yaradacaq 

Özbəkistanın rəsmi "Qazeta.uz" qəzeti iki ölkə arasında regionlararası forumda qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın inkişafına dair 11 sənəd imzalanması ilə bağlı məqalə dərc edib. Sözügedən yazıda tərəflər layihələrin vaxtında maliyyələşdirilməsi üçün 500 milyonluq birgə investisiya fondunun yaradılması barədə razılığa gəliblər. Həmçinin tədbirdə nümayəndə heyətlərinə Azərbaycandan iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edib.

Tədbir çərçivəsində iştirakçıların B2G B2BB formatında görüşləri Özbəkistan-Azərbaycan adamları şurasının 3- iclası təşkil olunubForumun yekunlarına əsasən, hər iki ölkənin ərazi inkişafının prioritet sektorları üzrə ümumilikdə 11 kommersiya iqtisadi sənəd imzalanıb. Sənədlərə Buxara Lənkəran, İva Şuşa, Akan Şəki, Səmərqənd Gəncə şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair, Daşkənd Bakı arasında əməkdaşlıq üzrə yol xəritəsi yer alıb. Son olaraq məqalədə ticarət əlaqələrinin genişləndirilməsi qarşılıqlı ticarətin 1 milyard dollara çatdırılmasının nəzərdə tutulduğu vurğulanıb.

"Respublika".