EKOFƏALLARIN LAÇIN YOLUNDAN UCALAN HAQQ SƏSİ
Digər xəbərlər

EKOFƏALLARIN LAÇIN YOLUNDAN UCALAN HAQQ SƏSİ

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə keçirilən aksiyaların 98-ci günüdür. Gənc ekoloqlar gecə-gündüz yüksək fəallıq göstərirlər. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Buradan Rusiya sülhməramlılarına Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər keçir. Aksiya iştirakçıları yoldan çəkilərək keçid üçün dəhliz açır. Son sutkada 111 belə avtomobilin uğurlu keçidi baş verib. Bu fakt da Ermənistan mətbuatında yayılan etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlərin qarşı tərəfin növbəti dezinformasiyası olduğunu təsdiqləyir. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gün ərzində heç bir insident baş verməyib. Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri polislər yüksək səviyyədə təmin edirlər. Qeyd edək ki, ötən il dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

100 günə yaxındır davam edən haqlı etirazlar isə onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz.

Jalə QASIMZADƏ,

         "Respublika".