DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ TÜRKİYƏ PREZİDENTİNİN FİNLANDİYA İLƏ BAĞLI QƏRARINI ALQIŞLAYIB

ABŞ Finlandiyanın NATO-ya üzvlük müraciətinin Türkiyə parlamentində ratifikasiya prosesinə başlamaq qərarını alqışlayıb. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlama yayıb.

Birləşmiş Ştatlar prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiyanın NATO-ya üzvlük protokolunu parlamentə göndərəcəyi barədə açıqlamasını alqışlayır bu prosesin ən qısa zamanda yekunlaşmasını gözləyir”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Eyni zamanda, Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini istədiklərini qeyd edən Ceyk Sallivan Macarıstanı həm Finlandiya, həm İsveç üçün təsdiq prosesini gecikdirmədən tamamlamağa çağırıb.

Bununla yanaşı, ABŞ rəsmisi Finlandiya İsveçin NATO dəyərlərini bölüşən, Avropanın təhlükəsizliyinə töhfə verən güclü tərəfdaşlar olduğunu bildirib: “ABŞ hesab edir ki, hər iki ölkə ən qısa vaxtda NATO-ya üzv olmalıdır”.

 

RUSİYA TƏXRİBATA GÖRƏ DANİMARKADAN CAVAB GÖZLƏYİR

Danimarka tərəfininŞimal axınıqaz boru kəmərlərinə xələl gətirən təxribatı birgə araşdırmaqdan imtinasına baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi Kopenhagendən suallara cavab gözləyir. “Sputnikinformasiya aəentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 Mariya Zaxarovanın sözlərinə görə, yalnız Rusiya nümayəndələrinin iştirakı ilə aparılan beynəlxalq araşdırma təxribatın səbəbləri sifarişçiləri haqqında etibarlı məlumatlar təqdim edə bilər.

Bununla yanaşı, Rusiya XİN-i Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussenin Rusiya tərəfinəŞimal axını 1” Şimal axını 2” təxribatın təhqiqatında iştirakına icazə verməkdən imtinanı ehtiva edən bəyanatına diqqət çəkib.

Danimarka tərəfinin təxribatı birgə araşdırmaqdan imtina etməsinə baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi əvvəllər verilən suallara Kopenhagendən cavab axtarmağa davam edəcək. “Başını quma soxmaqlabu məsələ uğur qazanmayacaq", - deyə qurumun saytında yerləşdirilən açıqlamada qeyd olunur.

 

AVSTRALİYA ABŞ-dan 900 MİLYON DOLLAR DƏYƏRİNDƏ RAKET ALACAQ

ABŞ Dövlət Departamenti Avstraliyanın 220-dək uzaqmənzilliTomahawkqanadlı raketləri tələbini təsdiqləyib. “Reportun verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Beləliklə, Avstraliya Böyük Britaniyadan sonra bu tip Amerika raketlərini alan ikinci ölkə olacaq. Texniki qulluq maddi-texniki dəstək daxil olmaqla, saziş Avstraliyaya 895 milyon dollara başa gələcək.

Satış Avstraliyanın ABŞ-ın dəniz digər müttəfiq qüvvələri ilə qarşılıqlı əlaqəsini, eləcə maraq doğuran missiyalarda iştirak etmək imkanlarını təkmilləşdirəcək”, - deyə məlumatda bildirilir.

Bununla yanaşı, sazişə əsasən, ABŞ-ın Avstraliyaya ən azı üçVirciniyasinifli sualtı qayıq satacağı bildirilir. Bundan əlavə, Avstraliya Britaniya Hind-Sakit okean regionunda müttəfiqlərinin imkanlarını gücləndirmək üçün öz yeni nüvə sualtı qayıqları donanmasını yaradacaqlar. Avstraliyanın müdafiə naziri Pet Konroy silahların zəruri çəkindirmə vasitəsi olduğunu vurğulayıb.

 

UKRAYNAYA SİLAH TƏDARÜKÜ FRANSAYA GÖRƏ LƏNGİYƏ BİLƏR

Fransa hakimiyyəti Kiyevə ağır silah tədarükü məsələsinin həlliniləngidəbilər. “Sputnikinformasiya agentliyinin məlumatına görə, bunu fransız siyasətçi Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo bildirib.

Hər şey mümkündür. Lakin düşünürəm ki, bu, Fransa hökuməti üçün getdikcə çətinləşən məsələyə çevrilir. Belə ki, fransızlar, ictimai rəy sorğularından da göründüyü kimi, getdikcə daha çox danışıqlara Ukraynaya silah tədarükünün dayandırılmasına tərəfdardırlar”, - deyə Florian Filippo əlavə edib.

Bununla yanaşıfransalı siyasətçi vurğulayıb ki, hazırda pensiya islahatları ilə bağlı problemlər ölkənin səhiyyə sistemindəki böhran səbəbindən hökumətin Ukraynaya silah pul göndərməsi çətin olacaq.

Xatırladaq ki, bu əfərədə Rusiya XİN-i Qərbin Kiyevə verdiyi silahların Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcəyini bildirib. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev qeyd edib ki, UkraynayaLeopardtanklarının tədarükü ilə bağlı qərar münaqişənin yeni eskalasiya səviyyəsinə keçməsinə səbəb ola bilər.

 

ETİRAZÇILAR MAKRONA XVI LÜDOVİKİN AQİBƏTİNİ XATIRLADIBLAR

Fransada pensiya yaşının qaldırılmasına etiraz olaraq başlayan iki aydır davam edən kütləvi aksiyaları səngimir. “Teleqraf.comxəbər verir ki, yenidən paytaxt Paris küçələrinə çıxan çox sayda etirazçı Konkord meydanında toplaşıb.

Pensiya ilə bağlı islahatın geri götürülməsini tələb edən etirazçılar meydanda böyük tonqal qalayıblar. Fransa prezidenti Emmanuel Makronun maketini yandıran aksiya iştirakçılarıBiz XVI Lüdovikin başını kəsdik, bunu Makrona da edə bilərikşüarları səsləndiriblər.

Ərazidə barrikadalar quran polisə fişəng atan aksiyaçılara gözyaşardıcı qazla cavab verilib. Hadisələrdə 61 nəfərin saxlanıldığı bildirilir.

Digər tərəfdən, parlamentdə beş fərqli siyasi qrupu 88 deputatı olan radikal sağçı Milli Cəbhə Partiyası tərəfindən Fransa baş naziri Elizabet Börnə qarşı etimadsızlıq təklifi təqdim edilib.

Məlumata əsasən, təklifin bazar ertəsi günortadan sonra Milli Assambleyada müzakirəyə çıxarılacağı gözlənilir. Etimadsızlıq təklifi kifayət qədər deputat tərəfindən dəstəklənərsə, hökumət istefaya göndərilə bilər.

 

FREDDİSİKLONU 463 NƏFƏRİN HƏYATINA SON QOYUB

Fredditropik siklonu Afrikanın cənub-şərqində 463 nəfərin həyatına son qoyub. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Cənubi Afrika RespublikasınınSABCradiostansiyası məlumat yayıb.

Bildirilir ki, ən çox ziyan 360 nəfərin öldüyü Malaviyə dəyib. Minlərlə evin digər tikililərin dağılması nəticəsində dəymiş maddi zərər on milyardlarla dollarla qiymətləndirilir.

Xatırladaq ki, Hind okeanında formalaşmışFreddisiklonu 38 gün davam edib martın 14-ü axşam saatlarında səngiyib. Planetin bu hissəsində indiyədək qeydə alınmış ən uzunmüddətli siklon olanFreddinin episentrində küləyin maksimal sürəti 62,6 metr saniyəyə çatıb. 8000 kilometrdən çox məsafə qət edən siklon Mavriki, Madaqaskar, Malavi Mozambikə ziyan vurub.

 

RUSİYA QIRICISI SURİYADA ABŞ HƏRBİ BAZASI ÜZƏRİNDƏ GƏRGİNLİYƏ SƏBƏB OLUB

ABŞ bu ay Suriyada Rusiya hərbçilərinin aqressiv hava hücumlarında ciddi artım müşahidə edib. “Teleqraf.comun verdiyi xəbərə görə, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri, general Erik Kurilla bəyan edib.

Generalın sözlərinə görə, Rusiya hücum təyyarələri təxribat törətmək məqsədilə silahlarla dolu Amerika bazalarının üzərindən uçur. Erik Kurilla qeyd edib ki, bu cür uçuşlar hərbi peşəkarlığa ziddir. O, əlavə edib ki, belə manevrlərdə ciddi artım müşahidə olunur.

Eyni zamanda, Erik Kurilla hesab edir ki, Rusiyanın addımları ABŞ-la Suriya ilə əlaqəli əldə edilmiş hərbi anlaşmanı pozmaq cəhdidir.

Məlumat üçün qeyd edək ki, martın 14- ABŞ RusiyanınSU-27” qırıcısının Qara dənizdə onunMQ-9 Reaperpilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.