Azərbaycan dünya mediasında
Digər xəbərlər

Azərbaycan dünya mediasında

Avropa Almaniyanın etibarlı tərəfdaşı

Türkiyənin xəbər portalı olan Anadolu Agentliyi martın 14- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun birgə mətbuat konfransı keçirmələri ilə bağlı məlumat yayıb.

Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun nitqinə yer verilən məlumatda Azərbaycan Ermənistan arasındakı sülh prosesi, artan iqtisadi əlaqələr ölkəmizin Avropaya qaz, bərpaolunan enerji ixracının artırılması vurğulanıb. Berlində 30-a yaxın alman adamı ilə görüşün baş tutduğunu qeyd edən agentlik ölkə başçımızın Azərbaycana yatırımlara marağın artdığını görməkdən məmnun olduğunu bildirib. Avropa ilə enerji əməkdaşlığı sahəsində xoşməramlı memorandum imzaladıqlarını deyən İlham Əliyev: "Biz Avropaya qaz ixracımızı artırırıq. Biz bu il qaz ixracını 8 milyard kubmetrdən 12 milyard kubmetrə qədər artırmaq niyyətindəyik. Bu, bizim bütün ixracımızın yarısını təşkil edəcəkdir". Bununla yanaşı, İlham Əliyev Ermənistanın ərazilərimizi 30 ilə yaxın işğal altında saxladığını, 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan xilas edildiyini alman jurnalistlərinə bildirib. Xəbərdə ölkə başçımızın sülh təklifinin Ermənistan tərəfi üçün şans olduğu da qeyd edilib

 

İran səfiri AzərbaycanXarici İşlər Nazirliyinə çağırılıb

İspaniyanın "Europa Press" xəbər saytı Azərbaycanın hava məkanının pozulması ilə bağlı İran səfirini çağırması barədə məlumat yayımlayıb. Məlumatda iki ölkə arasında gərginliyin yeni epizodunda İran qırıcı təyyarəsinin Azərbaycanın hava məkanına daxil olmasından sonra İranın bu ölkədəki səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı açıqlanıb.

Sözügedən məqalədə bildirilir ki, Azərbaycan tərəfi İran təyyarəsinin uçuşu əvvəlcədən xəbərdarlıq etmədən beynəlxalq təcrübəyə zidd şəkildə, mülki aviasiyanın təhlükəsizliyini təhdid edərək həyata keçirdiyini bunun ikitərəfli münasibətləri daha da gərginləşdirdiyini bəyan edib.

 

Azərbaycan Türkiyəyə qaz ixracını artırır

Beynəlxalq "Reuters" xəbər agentliyi Azərbaycanın xarici ölkələrə enerji tədarükü ilə bağlı məqalə dərc edib. Yazıda qeyd edilib ki, rəsmi Bakı bu il Türkiyəyə təbii qaz tədarükünü 8,4 milyard kubmetrdən təxminən 19 faiz artıraraq 10 milyard kubmetrə çatdırmağı planlaşdırır. Əsas məqsəd isə Türkiyənin İran qazına asılılığını minumuma endirməkdir. Çünki İrandan Ankaraya edilən tədarük tez-tez "texniki nasazlıqlar" səbəbindən kəsilir. Məqalədə bildirilib ki, Azərbaycandan Türkiyəyə qaz Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə nəql olunur. Ölkələr əlavə sərmayə hesabına növbəti dörd ildə marşrutun ötürücülük qabiliyyətini ildə təxminən 32 milyard kubmetrə çatdırmağı nəzərdə tutur.

 

Azərbaycan XİN-dən Ermənistana cavab

Türkiyənin "Daily Sabah" saytında Azərbaycan XİN-in Paşinyana verdiyi cavab haqqında məlumat yayımlanıb. Məlumatda Azərbaycanın Ermənistanı beynəlxalq səviyyədə tanınmış Qarabağ ərazisini işğal etdiyi 30 il ərzində sülh danışıqlarına "maneə yaratdığına" görə tənqid etdiyi bildirilib. Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin fikirləri yer alıb: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı müddəalarla çıxış etməsi onların sülh sazişinə maraqlı olmadığını göstərir. Ermənistan hətta saziş hazırlanarkən belə gələcək pozuntular üçün imkan yaradır".

Xəbərdə, həmçinin Ermənistan tərəfinin əsassız olaraq "beynəlxalq mexanizmlər" "beynəlxalq zəmanət institutu" kimi ideyalar irəli sürdüyü qeyd olunub.

 

Bakıda islamofobiya ilə mübarizə üzrə forum keçirilib

Rusiyanın rəsmi "İslam News" xəbər saytı Ümumdünya İslamofobiya ilə Mübarizə Gününün ildönümü münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi G20 Dinlərarası Forumu ilə birgə "İslamofobiya irqçiliyin ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilməsi ilə bağlı məqalə dərc edib. Yazıda bildirilir ki, dünyanın 31 ölkəsindən alimlər, beynəlxalq ekspertlər, dini liderlər qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə islamofobiya ilə mübarizəyə dair müxtəlif yanaşmalar, bəzi Avropa ölkələrində islamofobiya təzahürləri, dünya mediasında yayılan islamofobiya mövzuları müzakirə olundu. Xəbərdə, həmçinin qeyd edilib ki, konfransın əsas məqsədi beynəlxalq milli səviyyədə müsəlmanları müsəlman əhalisi olan ölkələri hədəf alan narahatlıq doğuran tendensiyaların müzakirəsi üçün akademik platforma yaratmaqdır.

"Respublika".