Qəhrəmanlıq dastanı
Türk dünyası

Qəhrəmanlıq dastanı

Birinci Dünya müharibəsi davam edərkən Osmanlı dövləti ilə Antanta arasında dəniz quru döyüşləri baş verdi. İttifaq ölkələri Osmanlının paytaxtı İstanbulu ələ keçirmək məqsədilə Çanaqqala boğazına girdilər. Boğazları tutmaqla ingilis fransız donanmalarının məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. İstanbulu ələ keçirməyin ən real yolu isə Çanaqqala boğazı idi.

1914- il noyabrın 3- ingilis fransız qüvvələri boğaza yaxınlaşdılar. İngilislər Seddülbahir Ərtoğrul qalalarını, fransızlar isə Anadolu yaxtasında Qumqala Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2- boğaza girdi 750 metr irəlidə yerləşən "Mesudiye" zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Britaniya hökuməti 1915-ci il yanvarın 28- Osmanlı ilə döyüş qərarı verdi bu qərara Paris qoşuldu. Fevralın 19-da düşmən döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi, martın 18- isə şiddətli döyüşlər başladı. Mecidiyye Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu.

Osmanlının tənəzzülündən yararlanmağa çalışan Avropa dövlətlərinin məqsədi Anadolunu türklərdən təmizləmək idi. Amma xeyli əraz itirmiş türk xalqı əzmkar mübarizəyə qalxdı düşmənləri geri oturtmağı bacardı. Bu dövrdə Mustafa Kamal Paşaya Anafartalar cəbhəsində ordu qruplarından birinə rəhbərlik etmək tapşırılmışdı. Həmin dövrdə cəbhədə vəziyyət ağır olaraq qalırdı. Lakin düşmən Osmanlı əsgərlərinin müqavimətini qıraraq İstanbulu boğazları tutmaq niyyətini həyata keçirə bilmədi. Qumqala, Beşike, Bolayır, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayır Anafartalarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itkilər verdi. Dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayan düşmən taktikanı dəyişərək Mustafa Kamal Paşanın dediyi kimi, Seddülbahirdən quruya qoşun çıxardı. Bir növ Çanaqqala boğazını gəmilərlə keçə bilməyəcəklərini anlayan İngilis, Fransız, Avstraliya Yeni Zelandiya əsgərləri 25 aprel 1915-ci ildə quruya çıxmağa başladılar. Çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Bu zaman Mustafa Kamal Qocaçiməndə, Conkbayırda döyüşürdü. Ağır döyüşlər gedərkən əsgərlərin mərmilərinin bitdiyini görən Mustafa Kamal onlara süngülərini tüfənglərinə keçirməyi əmr etdi əsrlər boyu türk millətinin yaddaşından silinməyəcək bu sözləri dedi: "Mən sizə hücum əmri vermirəm. Mən sizə ölməyi əmr edirəm". Beləliklə, tarixin ən böyük səngər müharibəsi başladı. Tezliklə dekabrın 20- Anafartalar Arıburnu cəbhəsi, 1916- il yanvarın 8-9-da Seddülbahir düşmənlərdən azad edildi. Qələbə arzusu ilə quruya girən birləşmiş düşmən ordusu 1916- ilin qışında məğlubiyyətə uğrayaraq döyüş meydanını tərk etməli oldu. Bir sözlə, pis silahlanmış, lakin son dərəcə döyüşkən əzmkar olan türklər o dövrün ən son hərbi texnikadan istifadə edən avropalıları geri oturtdu.

Bu şanlı döyüşdə azərbaycanlı oğulların da iştirak etdiyinə dair məlumatlar var. Doğrudur, həmin dövrdə millət amili əsas rol oynamadığından zaman-zaman azərbaycanlıların savaşda iştirak edib-etmədiyi müzakirə olunur. Amma Çanaqqala savaşının qəbiristanlığında azərbaycanlıların məzarlarının olması həmvətənlərimizin iştirakını təsdiqləyir. Sadəcə bu yaxınlıq millət yox, din birliyindən qaynaqlanırdı. Çünki o zamanlar Osmanlı sultanı təkcə Türkiyənin yox, Məkkə Mədinənin xəlifəsi sayılırdı. Onun bütün müsəlmanlara müraciət edərək cihada dəvət etmək imkanı var idi. Çanaqqala döyüşü müsəlman cəmiyyətinə çağırışın bir təzahürü idi. İstənilən halda, motivindən asılı olmayaraq azərbaycanlıların Çanaqqala döyüşlərinə töhfə verməsi danılmaz həqiqətdir.

Ümumilikdə, bu döyüşdə Osmanlı Türkiyəsi 253 min şəhid verdi. Bununla belə, Çanaqqalada türk əsgərlərinin göstərdiyi mətinlik cəsarət düşmən generallarını siyasi xadimlərini belə heyrətə gətirmişdi. İngiltərənin baş naziri Uinston Çörçill "Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar", ingilis generalı Oqlander isə "Türk əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu" demişdilər.

Bu savaşla bağlı xeyli maraqlı faktlar var. Məsələn, havada iki güllənin toqquşma ehtimalının 600 milyonda bir olmasına baxmayaraq müharibə sahəsində havada toqquşan yüzlərlə mərmi tapılmışdı. Dövrün universiteti kimi tanınan Darülfünunun bütün son sinif tələbələri şəhid olduğu üçün o il universitet məzun verməmişdi. Eyni zamanda, İngiltərə Fransa Çanaqqalanı keçə bilmədiyi üçün müttəfiqi çar Rusiyasına yardım edə bilməmiş ölkədə baş verən bolşevik inqilabı ilə birlikdə çar dövrü sona çatmışdı. Ona görə Çanaqqala savaşını dünya tarixinin gedişatını dəyişdirən xüsusi hadisə kimi qiymətləndirmək lazımdır.

Çanaqqala döyüşü həm ondan iki il əvvəl baş vermiş Balkan müharibələrindəki məğlubiyyətin revanşı hesab olunmalıdır. Çünki bu zəfərlə türk milləti keçdiyi çətin dövrlərdə itirdiyi özünəinam hissini bərpa etdi. Türk ordusunun Çanaqqala döyüşündə dastan yazaraq qazandığı zəfər isə türk millətinin vətən mövzusunda qədər həssas olduğunun ən bariz sübutudur.

Jalə QASIMZADƏ,

"Respublika".