DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ FİNLANDİYANIN NATO-YA ÜZVLÜYÜNƏ RAZILIQ VERİB

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib. “Trendagentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

Məlumata əsasən, Ərdoğan qeyd edib ki, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq.

Türkiyə Finlandiya tarixən yaxşı əlaqələri olan iki dost ölkədir. 1924- ildə imzalanan anlaşma sənədi ilə təsis edilən əlaqələr daha da güclənib”, - deyə dövlət başçısı vurğulayıb.

Eyni zamanda, Ərdoğanın sözlərinə görə, Finlandiya prezidenti ilə danışıqlar zamanı NATO-nun genişlənmə prosesini dəyərləndiriblər. Ərdoğan bildirib ki, Türkiyə NATO-nunaçıq qapısiyasətini dəstəkləyir, lakin ölkəsinin haqlı təhlükəsizlik narahatlıqları var.

Xatırladaq ki, ötən il Türkiyə Finlandiya İsveçin NATO-ya üzvlüyünə uzun müddət qarşı çıxsa da, daha sonra müəyyən şərtlər müqabilində buna razılıq vermişdi.

 

ABŞ QARA DƏNİZDƏ KƏŞFİYYAT UÇUŞLARINI DAVAM ETDİRƏCƏK

ABŞ Qara dəniz üzərində kəşfiyyat uçuşları davam etdirməyi planlaşdırır. Bu, digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı zamanı Kiyevə kömək etmək üçün nəzərdə tutulub. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Mətbuat katibinin sözlərinə görə, Amerika Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla əlaqədar Qara dəniz regionunun hava məkanında tətbiq etdiyi məhdudiyyətlərə əməl etmək niyyətində deyil. “İstədiklərini elan edə bilərlər, qadağalarla bağlı istədiklərini deyə bilərlər. Gələcəkdə beynəlxalq hüquq normalarına uyğun olaraq uçuşlarımızı davam etdirəcəyik”, - deyə Ev rəsmisi əlavə edib.

Eyni zamanda, verilən xəbərə görə, ABŞ Qara dənizə yeniRQ-4 Global Hawkpilotsuz uçuş aparatı göndərib. Məlumata əsasən, PUA İtaliyanın Kataniya şəhəri yaxınlığındakı Siqonella aviabazasından havaya qalxıb. Hazırda PUA-nın Qara dəniz səmasında uçduğu bildirilib.

 

FRANSA İQTİSADİYYATI UÇURUMA SÜRÜKLƏNİR

Fransa digər ölkələr arasındakı qibtə olunası yerini çoxdan itirib uçuruma sürüklənməkdədir. “Trendagentliyinin məlumatına görə, bu barədə fransız iqtisadçı Olivye Babu açıqlama verib.

Məlumata görə, iqtisadçı Fransanın artıq öz iqtisadi ehtiyaclarını qarşılamaq iqtidarında olmadığını, ölkə administrasiyasının isə artıq effektivliyini itirdiyini vurğulayıb.

Bizim artıq səxavətli səhiyyə sistemimiz ola bilməz. Fransaya borc verənlər bir müddət sonra bunu etməyəcəklər, çünki bu, onlara çox baha başa gəlir”, - deyə ekspert bildirib.

Olivye Babunun sözlərinə görə, bu şərtlərdə Fransa iqtisadiyyatı tezliklə çökəcək, belə ki, kreditorlar ölkəyə subsidiya verməyi dayandıracaqlar, vergilərin tətbiqi isə işə yaramayacaq, çünki artıq vergi tətbiq ediləsi heç kəs qalmayacaq.

Bizim sidr ağacı olmayan Livana neftsiz Venesuelaya bənzəməyinmizə lap az qalıb”, - deyə iqtisadçı əlavə edib.

 

NATO-nun KEÇMİŞ BAŞ KATİBİNİN ERMƏNİSTANA PUL MÜQABİLİNDƏ SƏFƏRİ

Ermənistan hökuməti NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenə bu ölkəyə son səfəri üçün pul ödəyib. “Reportagentliyinin xəbərinə görə, bu barədə ermənistanlı jurnalis blogger Elison Tahmizyan MezeTwittersəhifəsində yazıb.

Elə bilirsiniz ki, Anders Foq Rasmussen Ermənistana ürəyi yandığından, altruizm hisslərindən, NATO-nu hər hansı bir statusda təmsil etmək üçün gəlmişdi? Ermənistan hökuməti ona bunun müqabilində pul ödəyib”, - deyə jurnalist qeyd edib.

Bildirilir ki, NATO-nun keçmiş baş katibinin gəlir deklarasiyasına əsasən, onun müştəriləri arasında Avropa İttifaqının Yaponiya Tayvandakı missiyaları, NorveçinEquinorneft şirkəti, “Viasat s. kimi Ermənistan da var.

Xatırladaq ki, “Rasmussen Globalkonsaltinq təşkilatının təsisçisi Anders Foq Rasmussen martın 13- Yerevana səfər edərək, orada rəsmi şəxslər, o cümlədən Ermənistanın baş naziri müdafiə naziri ilə görüşüb, ziddiyyətli bəyanatlar verib.

 

ALMANİYADA HÖKUMƏTİN İSTEFASI TƏLƏBİ İLƏ ETİRAZ AKSİYALARI BAŞLAYIB

Almaniyanın bir çox şəhərlərində hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilib. “Reportun Avropa bürosunun xəbərinə görə, etirazçılar şəhər bələdiyyələrinin qarşısına toplaşaraqYerimiz yoxdur”, “Qaçqın istəmirik”, “Daha çox qaçqın? Yox, çox sağ olun!” s. şüarlar səsləndirərək, hökumətdən dərhal qaçqın axınının dayandırmasını tələb edirlər.

Məlumata əsasən, bir neçə bölgədə etirazçılar şəhər rəhbərliyi ilə görüşərək, problemləri onlarla müzakirə ediblər. Aksiyanın təşkilatçıları bildiriblər ki, bəzi qəsəbələrdə qaçqınların sayı az qala yerli əhalinin sayına çatır. Bu da əlavə problemlər yaradır.

Eyni zamanda, verilən xəbərə görə, ölkədə kriminogen durum da mənfiyə doğru dəyişir. Oğurluq quldurluq cinayətlərinin artması müşahidə edilir. İnsanlar qorxu narahat bir şəkildə yaşayırlar.

Almaniya Daxili İşlər Nazirliyindən bildirilib ki, bəzi şəhərlərdə etirazçılar bələdiyyə binalarına girməyə cəhd ediblər. Onların qarşısı alınıb. Radikal milliyətçi nasist qrupların üzvü olduğu güman olunan bir neçə nəfər isə saxlanılıb.

 

PAKİSTAN NÜVƏ PROQRAMI İLƏ BAĞLI GÜZƏŞTƏ GETMƏK NİYYƏTİNDƏ DEYİL

Pakistan ölkənin təhlükəsizliyini təmin edən milli nüvə proqramında heç bir güzəştə getməyəcək. “AZƏRTACın xəbərinə görə, bu barədə Pakistan baş nazirinin dəftərxanası məlumat yayıb.

Bildirilir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin atom enerjisinin dinc məqsədlər üçün istifadəsi nüvə təhlükəsizliyi məsələsini müzakirə etmək üçün fevral ayında İslamabada səfəri bəzi media şərhlərində bəyanatlarda neqativ fonda işıqlandırılır bunun həqiqətlə heç bir əlaqəsi yoxdur.

Eyni zamanda, Pakistanın maliyyə gəlirlər naziri İshaq Dar da parlamentin yuxarı palatasında çıxışı zamanı bildirib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) nüvə silahı məsələsində İslamabadın güzəştə getməsi şərti ilə ölkəyə maliyyə yardımı ayıracağı barədə iddialar həqiqəti əks etdirmir.

Heç kəs raketlərinin mənzili ölkənin hansı nüvə silahına malik olması barədə Pakistana göstəriş verə bilməz”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, BVF ilə saziş imzalanan kimi onun mətni dərc olunacaq ictimaiyyətdən heç gizlədilməyəcək.

 

YUNANISTANIN KƏŞFİYYAT XİDMƏTİ RUSİYA CASUSUNU İFŞA EDİB

Yunanıstan Milli Kəşfiyyat Xidməti (EYP) ölən ölkə sakininin məlumatlarından istifadə edən Rusiya casusunu ifşa edib. Bu barədəReportagentliyi xəbər verib.

Məlumata görə, Mariya.T kimi tanınan qadın son bir neçə ildə özünü yunanıstanlı kimi təqdim edib, Afinada sənətkarlıq mağazası olub fotoqraf işləyib. Əslində, onun adı İrina A.S olub o, Yunanıstanda fəaliyyət göstərib.

Bildirilir ki, şübhəli şəxsin kimliyi kəşfiyyat orqanlarının üçüncü ölkə tərəfindən ölən Yunanıstan vətəndaşlarının məlumatlarına çıxış əldə etmək cəhdlərini aşkar etdikdən sonra məlum olub.

Casus qadın mərhum haqqında məlumatlar əsasında saxta sənədlər alıb. Qeyd olunub ki, hətta qohumları da onun əslində kim olduğunu bilməyiblər. Mariya həmçinin bir sıra Avropa ölkələrinə səyahət edib casus kimi fəaliyyət göstərib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.