Milli Məclisin komitəsi avropalı parlamentariləri konstruktiv dialoqa çağırıb
Digər xəbərlər

Milli Məclisin komitəsi avropalı parlamentariləri konstruktiv dialoqa çağırıb

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin -Azərbaycan əlaqələrinə dair qəbul etdiyi qətnaməyə qətiyyətlə etiraz edir şiddətlə qınayır.

Parlamentin mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2023- il martın 15- qəbul edilən qətnamənin mətni Avropa Parlamentinin insan hüquqları, əsas azadlıqlar, yaxşı idarəetmə digər mövzular üzrə Azərbaycana münasibətdə səsləndirdiyi özünəməxsus aldadıcı şərhləri təkrarlayır. Təəssüf ki, eyni zamanda, qətnamə Azərbaycanın sülhə nail olmaq səylərini qəsdən gözdən salmağa, Ermənistandakı revanşist qüvvələri təhrik etməyə bütövlükdə Cənubi Qafqazda, xüsusən Azərbaycanın Qarabağ iqtisadi rayonunda vəziyyətin destabilizasiyasına yönəlmiş yalan təhqiredici ritorika ilə doludur. Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu sənədin qəbul edilməsinin qarşısını ala bilməmiş, həm xaos müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilib. Bu isə dərin məyusluq hiddət doğurur.

Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa, eləcə bu qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir. Ən əsası isə sənədin bu formada qəbul olunması, heç şübhəsiz, onun Avropanın xərçəng şişinə çevrilmiş Ermənistan diaspordan qaynaqlandığının bariz göstəricisidir.

Bu qətnamənin mətnindən gələn dözülməz korrupsiya qoxusu, ölkəmizə qarşı nifrət, onun tarixinə beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləmələrə, Xocalı soyqırımına, bir milyondan artıq qaçqın məcburi köçkünün taleyinə, tamamilə yerlə-yeksan edilmiş şəhər kəndlərə, dağıdılmış tarixi, mədəni dini irsə münasibətdə etinasızlıq qətnamədə özünü bütün çılpaqlığı ilə büruzə verir. Laçın yolunun bağlanması "humanitar fəlakət"in baş verməsinə dair erməni nağıllarının böyük həvəslə təkrarlanması Avropa Parlamentinin deputatlarının qədər məsuliyyətsiz qərəzli olduğunu göstərir.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsi qətnaməyə dair aparılmış müzakirələr zamanı Avropa İttifaqının Qonşuluq Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin səsləndirdiyi mövqeyi qeyd etməyi zəruri hesab edir. Avropalı komissar regionda cərəyan edən hadisələrin qiymətləndirilməsinə tarazlı yanaşma nümayiş etdirib. Qərəzli deputatlar tərəfindən göstərilən inanılmaz təzyiqlərə baxmayaraq, o, -nin etibarlı tərəfdaşı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirib.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsi avropalı parlamentariləri yenidən düşünməyə, odun üstünə yağ tökməməyə, revanşist qüvvələri bəsləməməyə, qarşılıqlı hörmət anlaşmaya əsaslanan konstruktiv dialoqa çağırır.