Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
Digər xəbərlər

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.

YAP Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması cari məsələlər çıxarılıb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə iclas iştirakçılarına təqdim edib. Tahir Budaqov bildirib ki, ötən il yeni maliyyə-uçot sisteminə keçid olub 2022- il üzrə partiyanın maliyyə hesabatları bu sistem əsasında hazırlanıb.

Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov Arif Rəhimzadə çıxış edərək maliyyə hesabatının şəffaf mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. 2022-ci il üzrə maliyyə hesabatları İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə çatdırıb.

Sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər. 38 nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Daha sonra partiyanın Gəncə şəhər təşkilatının sədri Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barədə ərizəsinə baxılıb müvafiq qərar qəbul edilib. YAP İdarə Heyətinin üzvləri Musa Quliyev Eldar İbrahimov R.Orucova şəfa diləyərək partiyadakı fəaliyyətinə görə təşəkkürlərini bildiriblər.

Sonda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri iclas iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı işlərində uğurlar arzulayıb.

Xaqani KOSAYEV,

Respublika”.