Digər xəbərlər

"Heydər Əliyev İli" çərçivəsində tədbirlər

Yeni Azərbaycan Partiyası

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi yeni nəslə aşılanması məqsədilə Göygöl rayonunda tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının məlumatında bildirilir ki, tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev ulu öndər Heydər Əliyevin ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisi üçün geniş imkanlar yaradıb, torpaqlarımız işğaldan azad edilib, ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır.

Daha sonra tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, Göygöl şəhər Musiqi məktəbi ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva çıxış etdilər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Xaqani KOSAYEV,

"Respublika".

 

Yevlax

Yevlaxda ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023- ilin "Heydər Əliyev İli" elan olunması münasibətilə silsilə tədbirlər davam edir. Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan növbəti tədbir "Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi" mövzusuna həsr olunub.

Maraqlı format əsasında təşkil edilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov,YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatları Ağalar Vəliyev, İlham Məmmədov, həmçinin ictimaiyyət nümayəndələri gənclər iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Yevlax şəhərinin qəhrəman oğullarının uyuduğu Şəhidlər Xiyabanını da ziyarət ediblər. Ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş tədbir şəhərdəki "KOB EVİ"ndə davam etdirilmişdir. Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra "Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi" adlı videoçarx nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Heydər Əliyevin xidmətlərindən danışmışdır.

Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zahid Xəlil, Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov digər iştirakçılar ümummilli lider Heydər Əliyevin yevlaxlılarla keçirdiyi görüşlərdən geniş söhbət açmışlar.

Zabit XƏLİLOV,

"Respublika".

 

 

Dövlət Təhlükəsizliyi Xidməti

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən "Heydər Əliyev İli" çərçivəsində Şəki şəhərində "Heydər Əliyev təhlükəsizlik orqanları" mövzusunda növbəti tədbir keçirilmişdir.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, DTX-nin rəhbər şəxsləri əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Vüqar İskəndərov, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, Şəki şəhərinin təhsil, səhiyyə mədəniyyət işçiləri iştirak etmişlər.

Öncə qonaqlar Şəki şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

Şəki şəhərinin Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Ulu Öndərin Azərbaycan Respublikasının suverenliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.

Tədbiri açıq elan edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqillik illərində ölkəmizin təhlükəsizlik strategiyasının hazırlanması reallaşdırılmasına, bu kontekstdə Azərbaycan təhlükəsizlik orqanlarının inkişafına verdiyi töhfələrdən, dahi şəxsiyyətin dövlətçiliyimiz ölkəmizin tərəqqisi yolunda göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı bəhs etmiş, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan belə silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.

Tədbirin digər çıxışçıları Ümummilli Liderin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ərzində gördüyü mühüm işlərdən, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlardan, bu orqanların milliləşdirilməsi istiqamətində gərgin səylərindən geniş söhbət açmış, dahi rəhbərin xidmətdə hər zaman nizam-intizama, tabeliyindəki əməkdaşların göstərişləri dəqiq icra etməsinə xüsusi önəm verdiyini vurğulamışlar. Bildirilmişdir ki, Heydər Əliyevin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi bu gün layiqincə davam etdirilir, xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün onun müəyyən etdiyi meyarlar DTX-nin əməliyyat heyəti tərəfindən həmişə rəhbər tutulur.

Natiqlər qeyd etmişlər ki, Ulu Öndərin daim diqqət qayğı ilə əhatə etdiyi təhlükəsizlik orqanlarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi etimad etibar dövlətin təhlükəsizliyinin təmin olunması yolunda qarşıya qoyulmuş vacib tapşırıqların lazımi səviyyədə icrasında böyük əhəmiyyət kəsb edir.

Tədbir DTX-nin Azərbaycan Televiziyası ilə birgə reallaşdırdığı "Konfidensial" layihəsinin ilk buraxılışı olan Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi ilə keçirilmiş "Naturalist" əməliyyatına həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatmışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti.

 

 

Səbail Rayon Prokurorluğu

Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, prokurorluq orqanlarında növbəti "Açıq qapı" Günü keçirilib.

Səbail Rayon Prokurorluğunun inzibati binasında keçirilmiş tədbirdə məqsəd müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin siyasi irsi barədə tədbir iştirakçılarını məlumatlandırmaq, eyni zamanda onları prokurorluğun fəaliyyət istiqamətləri ilə tanış etmək olub.

Tədbirdə müxtəlif vətəndaş cəmiyyəti institutları qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, vətən uğrunda canından keçən şəhidlərin qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan Səbail rayon prokuroru Natiq Əsədov xalqımızın ümummilli lideri Heydər Əliyevin hüquqi dövlət quruculuğu ilə bağlı apardığı islahatlar barədə danışıb.

Daha sonra Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Səbail rayon prokurorunun müavini Ədalət Aslanov prokurorluğun əməkdaşları "Heydər Əliyev milli mübarizə tariximiz", "Prokurorluq orqanlarının fəaliyyətində şəffaflıq", "Qanunların icrasına prokuror nəzarəti", "İstintaq təcrübəsi" digər mövzularda çıxış ediblər.

Çıxışlardan sonra prokurorluq orqanları tərəfindən 2022-ci il ərzində görülmüş işlərlə bağlı videoçarx "Valideynimin peşəsi" adlı qısametrajlı film izlənildikdən sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Vətəndaş cəmiyyəti institutları qeyri-hökümət təşkilatlarının nümayəndələri rayon prokurorluğunun inzibati binası, istifadədə olan kriminalistik texnika, habelə yaradılmış şəraiti ilə əyani olaraq tanış olublar.

Sonda xatirə fotoşəkli çəkilib.

Ülvi QARAYEV,

Respublika”.

 

 

Hacıqabul

Rayonda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası davam etdirilir. Növbəti aksiya Hacıqabul-Muğan avtomobil yolunda həyata keçirildi. Bir gün ərzində yolun sağ sol hissəsində, avtomobil yolu boyunca 500 ədəd ağac, o cümlədən 250 şam 250 sərv ağacı əkildi.

Aksiyada rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri   könüllüləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri, eləcə rayon sakinləri iştirak etdilər. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərildi.

Davamlı olaraq həyata keçirilən aksiyada əsas məqsədlərdən biri ərazidə ekoloji tarazlığı bərpa etmək, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə verməklə insanlara ekoloji mədəniyyət hissini aşılamaqdan ibarətdir.

 

Cəlilabad

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə  respublikamızın hər yerində olduğu kimi, Cəlilabadda da rayon icra hakimiyyətinin  təşkilatçılığı ilə ağacəkmə aksiyası həyata  keçirilib

Aksiyada rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatların rəhbərləriictimaiyyət nümayəndələri  iştirak ediblər. Aksiya  çərçivəsində  500-dən çox şam ağacı əkilib. Təzə əkilən ağaclar suvarılıb dayaqlara bərkidilib. Onlara aqrotexniki qulluq göstərilib.

Təbiətin qorunması, ekoloji vəziyyətin  yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi ulu öndər Heydər Əliyevin  çoxşaxəli  fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ümummilli liderin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev  tərəfindən uğurla davam etdirilir. Cəlilabad Rayon İcra Hakimiyyətinin keçirdiyi ağacəkmə aksiyasının məqsədi ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş  ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.

"Respublika".