DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ ÇİN ARASINDA TEXNOLOJİ MÜHARİBƏ BAŞLAYIR

ABŞ Çinə qarşı yeni sanksiyalar paketi tətbiq etməyə hazırlaşır. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədəThe Wall Street Journal" nəşrində yayımlanan məqalədə qeyd olunur.

Bildirilir ki, rəsmi Vaşinqton Amerika şirkətlərinə Çinin bir sıra texnoloji sahələrinə yatırım qoymağı qadağan edəcək.

Bununla yanaşı, ABŞ Çinin yarımkeçiricilər sahəsinin inkişafını da əngəlləməyə çalışır. Belə ki, Amerika vətəndaşlarına Çinin texnoloji şirkətlərində işləmək qadağan ediləcək.

Vaşinqtonda hesab edirlər ki, Pekin uzun illər Amerika şirkətlərinin texnoloji kəşflərindən istifadə edərək, Çinin eyni sahədə fəaliyyətini genişləndirib bu naliyyətlərdən ordunun təchizatı üçün istifadə olunub.

Məlumata əsasən, ABŞ-ın əngəllərinə ilk reaksiya Çinin bu ölkədəki səfirliyindən gəlib. Səfirliyin verdiyi açıqlamada heç bir qadağanın Çin elmi texnologiyalarının inkişafına mane olmayacağı bildirilib.

Eyni zamanda, qeyd edilir ki, rəsmi Pekin ABŞ qadağalarına qarşı mübarizə strategiyası hazırlamağa başlayıb. Açıqlamaya görə, Çinin təhlükəsizliyi modernləşdirilməsi üçün lazım olan bütün addımlar atılacaq.

 

FRANSA SENATI PENSİYA İSLAHATI İLƏ BAĞLI QANUN LAYİHƏSİNİ QƏBUL EDİB

Fransa Senatı qalmaqallı pensiya islahatı ilə bağlı qanun layihəsinin yekun versiyasını qəbul edib. “Reportun verdiyi xəbərə görə, bu barədəTASSagentliyi məlumat yayıb.

Bildirilir ki, təqaüd yaşının 62-dən 64-ə qaldırılması haqqında qanun layihəsinin 345 senatordan 193-ü lehinə, 114-ü isə əleyhinə səs verib.

Məlumata əsasən, Senatdan sonra sənədi Milli Assambleya (parlamentin Aşağı Palatası) dəstəkləsə, onda qanun layihəsi qəbul edilmiş sayılacaq.

Eyni zamanda, qeyd edilir ki, Fransa prezidenti Emmanuel Makron Aşağı Palatanın üzvlərini sənədin əleyhinə səs verməməyə çağırıb. O bildirib ki, qanun layihəsinin əleyhinə səs versələr, o halda Milli Assambleyanı buraxacaq.

Xatırladaq ki, Fransada on gündən çoxdur hökumətin pensiya islahatına qarşı etiraz aksiyası keçirilir.

 

LİVİYADA POLİQONDAN 2,5 TON URAN YOXA ÇIXIB

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri Liviya poliqonundan 2,5 ton uranın yoxa çıxmasını aşkar ediblər. “TRTtelekanalının verdiyi xəbərə görə, bu barədə təşkilatın baş direktoru Rafael Qrossi məlumat yayıb.

BAEA rəhbərinin sözlərinə görə, çərşənbə axşamı müfəttişlər yoxlamalar zamanı uran konsentratı şəklində təxminən 2,5 ton təbii uran olan 10 çəlləyin yoxa çıxdığını müəyyən ediblər.

Açıqlamada həmçinin qeyd olunub ki, agentlik uranın qeyd olunan ərazidən çıxarılması mövcud vəziyyətini aydınlaşdırmaq üçün hərəkətə keçib.

Eyni zamanda, BAEA bununla bağlı araşdırma aparmaq niyyətindədir. Agentlikdə hesab edirlər ki, radioaktiv materialların yerləşdiyi yer barədə informasiyanın itirilməsi şüalanma riski nüvə təhlükəsizliyinə ciddi təhdid yarada bilər.

Qeyd edilir ki, Liviyadakı poliqonda təftiş işlərinin ötən il keçirilməsi planlaşdırılsa da, regionda təhlükəsizliklə bağlı vəziyyət səbəbindən təxirə salınmışdı.

 

DÜNYAnın ÇOX YERİNDƏSTARLİNKə QOŞULMAQ MÜMKÜN OLACAQ

Bütün dünyada yüksəksürətliStarlinkpeyk internetinə qoşulmağa imkan verən paket təqdim edilib. “Trendagentliyinin verdiyi xəbərə görə, “Starlinkin saytındakı məlumata görə, artıqRoamportativ qəbulediciləri bütün istehlakçılar üçün əlçatandır.

Məlumata əsasən, internet qəbuledicisini 599 dollara alan istehlakçılar ayda 200 dollar ödəmək şərti iləStarlink Roamabunəçisi olacaqlar.

Açıqlamaya görə, “Roamabunəçiləri sabit ya portativ qəbuledicilər almaqla peyk internetindən istifadə edə biləcəklər. Qeyd edək ki, portativ antenanın qiyməti 599-2500 dollar arasında dəyişir.

Eyni zamanda, verilən xəbərə əsasən, “Starlinkin interaktiv əhatə dairəsi xəritəsinə baxsaq, görərik ki, peyk internet layihəsi Avropa, Şimali Cənubi Amerika Avstraliyada, eləcə Afrikanın kiçik bir hissəsində mövcuddur.

 

İRANIN DÖVLƏT BÜDCƏSİ 224 İRADLA GERİ QAYTARILIB

İran Konstitusiyasına Nəzarət Şurası parlamentin yeni il, 1402-ci il (2023- il) üçün təsdiq etdiyi dövlət büdcəsi haqqında qanun layihəsinə 224 irad bildirərək düzəliş edilməsi üçün geri qaytarıb. Bu barədəReportagentliyinin məlumatında qeyd olunur.

Verilən xəbərə əsasən, İranda yeni il martın 22-dən başlayır. Artıq gələn həftə yeni il daxil olur. Lakin ölkə iqtisadiyyatında yaranmış problemlər inflyasiyanın artması dövlət büdcəsinin qəbulunda ciddi problem yaradıb.

Parlamentlə hökumət arasında bir sıra məhsulların, o cümlədən gündəlik tələbat mallarının qiymətinin qalxması ilə bağlı fikir ayrılığı mövcuddur.

Məlumat üçün qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası ölkənin ali dini lideri ayətullah Seyid Əli Xameneinin başçılıq etdiyi ali rəhbərlik qurumunun əsas idarəetmə institutu sayılır. Şura təsdiqləyəndən sonra sənədi Xamenei imzalayır. Bundan sonra qanun ya qərar icra üçün qüvvəyə minir.

 

TÜRKİYƏDƏ SEL FƏLAKƏTİ ZAMANI ÖLƏNLƏRİN SAYI ARTIB

Türkiyənin cənub-şərqində baş verən şiddətli sel nəticəsində ölənlərin sayı artıq 15 nəfərə çatıb, daha 5 nəfər isə itkin düşüb. “AZƏRTACın verdiyi xəbərə görə, Türkiyənin Təbii Fəlakət Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına əsasən, leysan yağışlar Adıyamanın Tut Malatyanın Doğanşehir rayonlarında çayların məcrasından çıxmasına səbəb olub. Seldən ən çox zərər görən Şanlıurfada 13 nəfər, Adıyamanda isə 2 nəfər həlak olub.

Bununla yanaşı, bildirilir ki, təbii fəlakət nəticəsində yaşayış binaları, xəstəxanalar bəzi müəssisələr, həmçinin zəlzələdən zərər çəkən sakinlərin məskunlaşdığı çadır şəhərcikləri su altında qalıb.

Eyni zamanda, Türkiyənin meteorologiya xidməti yaxın günlərdə ölkənin cənub-şərq regionu üçün narıncı təhlükə səviyyəsi elan edib. Belə ki, Adıyaman, Diyarbakır, Elazığ, Malatya, Kahramanmaraş, Mardin, Sivas, Şanlıurfa, eləcə Kilis vilayətlərində leysan yağışlar yağacağı nəticədə sel təhlükəsi yaranacağı proqnozlaşdırılır.

Agentlik xatırladır ki, 2021-ci ilin avqustunda Türkiyənin Qara Dəniz regionunun şimalı güclü daşqınların təsirinə məruz qalmışdı. Nəticədə Kastamonu, Sinop, Bartın Samsun vilayətlərində 82 nəfər həlak olmuşdu.

 

YAPONİYA KXDR-İN RAKET BURAXILIŞINA ETİRAZ EDİB

Yaponiya hökuməti cümə axşamı həyata keçirilən ballistik raketin buraxılışı ilə bağlı KXDR-ə etiraz edib. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə Yaponiyanın paytaxtı Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bəyan edib.

Biz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etirazımızı bildirdik. Bu cür hərəkətlər ölkəmizin bütün regionun təhlükəsizliyini təhdid edir”, - deyə baş katib vurğulayıb.

Eyni zamanda, Yaponiya Müdafiə Nazirliyi  bu ərəfədə məlumat yayıb ki, Şimali Koreyanın cümə axşamı atdığı ballistik raket qitələrarası olub.

Qeyd olunub ki, Şimali Koreya raketinin maksimal uçuş hündürlüyü 6 min kilometri keçib uçuş təxminən 70 dəqiqə davam edib, uçuş məsafəsi isə bir neçə min kilometr təşkil edib.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.