Digər xəbərlər

"Heydər Əliyev İli" çərçivəsində tədbirlər

Ağdam

Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyev azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, tarix üzrə fəlsəfə doktoru, professor Azad Bayramov başqaları bildiriblər ki, ulu öndər Heydər Əliyevin fədakar fəaliyyəti, siyasi iradəsi, cəsarəti uzaqgörənliyi sayəsində dövlətçiliyimiz müstəqilliyimiz qorunub saxlanıldı, Azərbaycan böyük fəlakətdən xilas edildi, inkişaf tərəqqi yoluna qədəm qoydu.

Ümummilli lider Heydər Əliyev azərbaycançılıq məfkurəsi ideyasının banisidir. Dahi rəhbərin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edir. Konfransda xüsusilə vurğulandı ki, ümummilli liderimizin ideya prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin dahi şəxsiyyətin siyasətini uğurla davam etdirməsi nəticəsində həmvətənlərimizin birlik həmrəyliyi daha da möhkəmlənib.

 

Mingəçevir

Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində  ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev Azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, bir daha öz ehtiramlarını bildiriblər.

Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərlərişəhid ailələri üzvləri, Birinci İkinci Qarabağ müharibələrinin veteranlarıqazilər, şəhər ictimaiyyətinin nümayəndələri mətbuat işçiləri iştirak ediblər.

Şəhər rəhbəri  İlham İsmayılov  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. 28 noyabr 2022-ci il tarixdə isə "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş Təqvim Planına uyğun olaraq silsilə tədbirlər keçirilməkdədir.

44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş, milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Məhz bu milli birliyimizin təmin edilməsi ölkə Prezidenti tərəfindən həyata keçirildi. "Dəmir yumruq" əməliyyatı nəticəsində torpaqlarımız 30 illik işğaldan sonra  azad edildi.

Heydər Əliyevin müəllifi olduğu milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq bu gün ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədirÖlkə Prezidenti cənab İlham Əliyevin söylədiyi fikrə diqqət edək: "Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi xidmət etməkdədir. Dövlətimizin hazırkı nailiyyətlərinin əsasını ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir".

 

Qax

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan İdarə Heyətinin qərarı ilə təsdiqlənən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi yeni nəslə aşılanması, xalqımız dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatından verilən məlumatda qeyd olunur ki, martın 15- YAP Qax rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil kitablarla tanış olublar.

Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri, partiya həyatında fəal iştirak edən gənclərə isə fəxri fərman təqdim edilib.

Respublika”.