DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ: ƏSAS DİQQƏTİMİZ BAXMUT ŞƏHƏRİ İSTİQAMƏTİNƏ YÖNƏLİB

Ukrayna prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri istiqamətinin gücləndirilməsinə yönəldiyini açıqlayıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə dövlət başçısı çıxışı zamanı bəyan edib.

Qərargahın toplantısını keçirdim. Əsas diqqət Baxmut üzərindədir. Bütün Qərargahın aydın mövqeyi var: bu istiqaməti gücləndirmək düşməni məhv etmək”, - deyə Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, Baxmut uğrunda döyüşlər hələ ötən ilin avqustunda başlayıb. Cari ilin yanvar ayından döyüşlərin intensivliyi daha da artıb. Şəhərin böyük hissəsi Ukrayna hərbçilərinin nəzarəti altında olsa da, Rusiya qüvvələri tədricən irəliləməyi bacarıblar.

Məlumat üçün qeyd edək ki, şəhər onun ətrafı hər iki tərəf üçün böyük strateji mənəvi önəm daşıyır. Müharibənin ilk günlərindən atəşə tutulmağa başlayan Baxmut faktiki olaraqkabus şəhərəçevrilib.

 

İMRAN XANIN TƏRƏFDARLARI İLƏ POLİS ARASINDA QARŞIDURMA DAVAM EDİR

Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları ilə polis arasında martın 14- başlayan qarşıdurmalar davam edir. “Teleqraf.comun xəbərinə görə, mühakimə olunduğu məhkəmənin iclasına qatılmadığı üçün həbs olunmasına qərar verilən İmran Xanın polis tərəfindən saxlanması cəhdinə qarşı etirazlar gecə boyu davam edib.

Məlumata əsasən, Lahorda baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb çoxlu sayda nümayişçi saxlanılıb.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xan verdiyi açıqlamada polisin təzyiqli sudan istifadə etdiyini evinə gözyaşardıcı qaz bombaları atdığını bildirib.

Təhlükəsizlik qüvvələrinin əsl güllələrdən istifadə etdiyini bildirən İmran Xan boş patronların fotolarınıTvitterdəpaylaşıb.

Bununla yanaşı, Pəncabın polis rəisi Osman Ənvər PTI tərəfdarlarına şiddətin davam edəcəyi təqdirdə kəskin tədbirlər görəcəkləri barədə xəbərdarlıq edib.

 

PARİS ZİBİLYIĞANLARIN TƏTİLİ SƏBƏBİNDƏN ÜFUNƏTƏ QƏRQ OLUB

Fransanın paytaxtı Parisdə zibilyığanlar tətili martın 19-dək uzatmaq barədə qərar qəbul ediblər. Bu barədəReportagentliyi məlumat yayıb.

Verilən xəbərə görə, turistlərin ziyarət etdikləri Parisin ən məşhur küçə meydanlarında 7 min tona yaxın zibil toplanıb. Həşəratlar siçovullar tullantıların üstünə toplaşıb. Ətrafa üfunət yayılıb. Məlumata əsasən, sakinlər zibil dolu torbaların üzərindən atlanmağa məcbur olurlar.

Xatırladaq ki, Parisdə bir həftədir zibilyığanlar tətil edir. Onlar pensiya ilə bağlı yaş həddinin qaldırılmasına qarşı çıxır. Fransa hökuməti pensiya yaşını qadınlar üçün 57, kişilər üçün 59 yaşdan uyğun olaraq 62 64-ə qaldırmaq niyyətindədir.

Eyni zamanda, zibilyığanlar aylıq əməkhaqqı təqaüdün artırılmasını da istəyirlər. Hazırda onların təqaüdü ayda 1200 avro təşkil edir.

 

İRANDA NOVRUZ ŞƏNLİKLƏRİ ZAMANI HƏLAK OLAN VƏ YARALANANLARIN SAYI ARTIB

İranda fevralın 20-dən bu günədək davam edən Novruz şənliklərində baş verən hadisələrdə 27 nəfər həlak olub, 4095 nəfər isə xəsarət alıb. “Trendagentliyinin məlumatına görə, bunu İranın Fövqəladə Hallar Təşkilatının sədri Cəfər Miadfər bildirib.

Təşkilat sədri qeyd edib ki, xəsarət alanlardan 287-si xəstəxanalara yerləşdirilib, onlardan 25 nəfəri reanimasiya şöbələrindədir.

Eyni zamanda, 222 nəfərin bədən üzvü amputasiya edilib, 1357 nəfər gözündən xəsarət alıb, 867 nəfər isə yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, ən çox xəsarət alanlar-Tehran vilayətində 886 nəfər, Şərqi Azərbaycan vilayətində 482 nəfər, Qərbi Azərbaycan vilayətində 402 nəfərdir.

Qeyd edək ki, İranda Novruz şənlikləri, xüsusilə çərşənbələrdə təhlükəli pirotexniki partlayıcı vasitələrdən istifadə olunur.

 

YUNANISTANIN BAŞ NAZİRİ: TÜRKİYƏ İLƏ GƏRGİNLİK MÜHARİBƏ HƏDDİNdƏ iDİ

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Kahramanmaraşda baş verən zəlzələ ölkəsindəki qatar qəzasından sonra Türkiyə ilə yaranan həmrəylik mühitinin iki ölkə arasındakı gərginliyin azalmasına töhfə verdiyini bildirib. “Teleqraf.comun məlumatına görə, baş nazir iki ölkə arasında dostluq mühitinin yarandığını diqqətə çatdırıb.

Kiriakos Mitsotakis ictimai səviyyədə yaşanan bu yaxınlaşmanın təsirinin siyasi səhnədə göründüyünü deyib: “Ölümcül zəlzələlər iki xalqı bir-birinə yaxınlaşdırdı”.

Uzun sürən təxribatlardan aqressiv davranışlardan sonra indi gərginliyin azalması daha müsbət yanaşmalar müşahidə olunur”, - deyə yunan baş nazir vurğulayıb.

Baş nazirin sözlərinə görə, Şərqi Aralıq dənizi Egey adalarının Yunanıstan tərəfindən silahlandırılması ilə bağlı son illərdə yaşanan gərginlik iki ölkə arasında münasibətləri təhlükəli mərhələyə gətirmişdi qaynar qarşıdurma riskini artırmışdı.

 

RUSİYA, ÇİN İRAN BİRGƏ HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIB

Rusiya, Çin İran Oman körfəzində birgə hərbi-dəniz təlimlərinə başlayıb. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya, Çin, İran digər ölkələrin silahlı qüvvələri arasında bağlanmış müqavilələrə uyğun olaraq martın 15-dən 19-na qədər Oman körfəzindəDəniz təhlükəsizlik kəməri-2023” birgə hərbi təlimləri keçirilir”, - deyə Çin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Çin əsasən hava məkanında müşahidələr aparmaq dənizdə xilasetmə kimi praktiki manevrlərdə iştirak etmək üçün əraziyəNanninraket esminesini göndərib.

Bu təlimlər iştirakçı ölkələrin donanmaları arasında praktiki əməkdaşlığın dərinləşməsinə kömək edəcək. Təlimlər onların dəniz təhlükəsizliyini birgə qorumaq, fəal şəkildə dəniz quruculuğuna hazır olduqlarını bacarıqlarını nümayiş etdirəcək, regiona müsbət enerji, sülh sabitlik verəcək”, -  deyə Çin Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

 

ALMANİYA PARLAMENTİNDƏ DEPUTATLARIN SAYI AZALDILA BİLƏR

Almaniya Bundestaqına deputatların sayının 736-dan 630-a endirilməsi ilə bağlı qanun layihəsi təqdim olunub. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədəPoliticonəşri məlumat yayıb.

Yaşıllar Partiyasından olan deputat Till Şteffen qeyd edib ki, qanun layihəsinin məqsədi parlamentinbacarıqlarınıqorumaqdır, çünki dəyişiklik olmadığı halda Bundestaq böyüməyə davam edəcək.

Nəşrin məlumatına görə, Almaniya parlamenti uzun illərdir ölkənin mürəkkəb səsvermə sistemi sayəsində böyüyür. 299 deputat öz dairələrində birinci yeri tutaraq mandat əldə edir, daha 299 deputat Almaniyanın 16 federal torpağında partiya siyahıları üzrə səsvermə nəticəsində parlamentə daxil olur.

Bununla yanaşı, ikinci səsvermənin nəticələrinə əsasən, Bundestaqda müxtəlif partiyalardan olan deputatların sayına nisbət müəyyənləşir, lakin dairələr üzrə səsvermə zamanı bu nisbət pozulduğuna görə onu bərpa etmək üçün parlamentə əlavə deputatlar gedir.

Verilən xəbərə görə, hazırkı qanun layihəsi bu sistemin dəyişdirilməsini, yəni partiya siyahıları üzrə daha az səs toplayacağı halda, dairələrdə qalib gələn namizədlərin heç hamısının mandat almamasını özündə ehtiva edir.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.