İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Azərbaycan paracüdoçusu qızıl medal qazanıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnir "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

 

Akrobatika gimnastlarımız birinci olublar

Azərbaycan təmsilçiləri Portuqaliyanın Maya şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıblar. Ağasif Rəhimov Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında birinci olub. Qeyd edək ki, idmançılar ötən il eyni yarışda bürünc medala sahib çıxıblar.

 

Bakı turnirinin qalibləri müəyyənləşib

Azərbaycan Vinq Çun Federasiyası "Heydər Əliyev İli" həsr olunmuş açıq Bakı turniri keçirib. Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə keçirilən yarışda idmançılar iki versiyada - "vinq çun-kontakt" "vinq çun-taolu" üzrə güclərini sınayıblar. Turnirdə federasiyanın üzvü olan klub filiallardan ümumilikdə 200-ə yaxın atlet iştirak edib. Ümumilikdə 21 çəki dərəcəsində uşaq, yeniyetmə, gənclər böyüklər arasında qaliblər müəyyənləşib.

 

Basketbol üzrə rayon çempionatı keçirilib

Abşeron Rayon Gənclər İdman İdarəsinin Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə tədbirlər planına əsasən "Heydər Əliyev İli" həsr olunmuş 17 yaşadək qızlar arasında idmanın basketbol növü üzrə Abşeron rayon çempionatının final mərhələsi keçirilib. 40 komandanın mükafata layiq yerlər uğrunda mübarizə apardığı çempionatın final mərhələsinə 8 komanda vəsiqə alıb. Final yarışında birinci yeri "Xırdalan-1" komandası (Xırdalan şəhər 1 nömrəli tam orta məktəb), ikinci yeri "Pirəkəşkül" komandası (Pirəkəşkül tam orta məktəb), üçüncü yeri isə "Masazır-4" komandası (Masazır kənd 4 nömrəli tam orta məktəb) qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".