Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Azərbaycan çoxmillətli dövlətdir. Onun bütün vətəndaşları milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidələrindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər.

***

Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.

 

Prezident Heydər Əliyev Cənubi Qafqaz və Xəzər hövzəsi regionunun sabitliyi, Azərbaycanın keçmiş Sovet İttifaqı ölkələri arasında aparıcı olması üçün öz töhfələri ilə nadir irs qoymuşdur. O, Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələri və dostluğu möhkəmləndirmişdir. Bunun nəticəsi kimi, dövlətlərimiz yeni səviyyədə strateji əməkdaşlıq qurmuşlar, Azərbaycan azad və demokratik cəmiyyət istiqamətində inkişafını davam etdirir. Terrora qarşı müharibə, enerji məsələləri üzrə əməkdaşlıq, İpək Yolunun bərpası, GUÖAM-la bağlı səyləri və yardımı, açıq qapı iqtisadi siyasəti onun davamlı irsinin sütunlarıdır.

Kurt UELDON,

ABŞ Konqresinin sabiq üzvü.

 

Həyatım boyu, hələ komsomolda işləyərkən, mənə Heydər Əliyeviçlə yaxın olmaq kimi böyük xoşbəxtlik nəsib olmuşdur. O, cild-cild xatirələr, elmi əsərlər qoyub getməmişdir, lakin hər bir insanın bioqrafiyasında onun öz səhifəsi var. Mənim də bioqrafiyamda belə bir səhifə var. Çünki həyat və fəaliyyətinin bütün mərhələlərində - həm Bakıda, həm də Moskvada mənə həmişə onun tərəfindən qəbul edilmək kimi böyük şərəf nəsib olurdu. Bizim birbaşa işlə əlaqəmiz yox idi, lakin Heydər Əliyeviç mənim məşğul olduğum və özünün də məsul olduğu sahəyə çox böyük təsir göstərirdi.

Vitali İQNATENKO,

İTAR-TASS-ın sabiq baş direktoru.

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.

II İOHANN PAVEL,

Sabiq Roma papası.

 

Bizim şürumuzda bütöv bir epoxa Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı tariximizə minnətdarlıqla yazılmışdır.

Aleksandr KALYAGİN,

Rusiyanın xalq artisti.

 

 

Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.

II ELİZABET,

Böyük Britaniya və Şimali İrlandiya

Birləşmiş Krallığının 12-ci kraliçası.

 

 

Heydər Əliyev hamının nəzərində öz xalqını sevən, bütün qüvvəsini Azərbaycanın tərəqqisinə, dinc həyatına sərf edən müdrik və təcrübəli rəhbər idi. Rus Pravoslav Kilsəsinin Stavropol yeparxiyası Azərbaycan dövlətinin həyatı ilə tarixən bağlıdır. Biz özümüz Heydər Əlirza oğlunun respublikada millətlərarası, dinlərarası sülhün qorunub saxlanması və dəstəklənməsi üçün çox işlər gördüyünü yaxşı bilirik.

FEOFAN,

Stavropol və Vladiqafqazın sabiq yepiskopu.

 

Böyük siyasətçi, görkəmli səxsiyyət Heydər Əliyev öz həyatını Azərbaycan xalqının tərəqqisi və firavanlığına həsr etdi. Onun ideyaları Azərbaycana qulluq etdi, amma bunlar bütün Qara Dəniz regionu üçün çox dəyərli və mühüm oldu.

Valeri ÇEÇELAŞVİLİ,

Qara Dəniz İqtisadi Əməkdaşlıq

Təşkilatının sabiq baş katibi.

 

Heydər Əliyev ideyalarından bir an belə dönməmiş, şəxsi mənfəətlərini bir an belə düşünməmiş, inandığı ideyalara sadiq qalmış, ölkəsinin ən ağır dövrlərində Azərbaycanı böhranlardan xilas etmiş, tarixin yetişdirdiyi nadir bir dövlət adamıdır. XX-XXI əsrlərdə ölkəsinə, bütün türk dünyasına və yer üzündə sülh və inkişafa böyük töhfələri olan Atatürkdən nümunə götürən Heydər Əliyev yaşayan abidədir.

Nikas SAFRONOV,

Rusiyanın əməkdar rəssamı.