Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

HEYDƏR ƏLİYEV – 100

Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir.

 

Heydər Əliyev bütün varlığı ilə doğma xalqa bağlı olmuşdur. Dünyaşöhrətli siyasətçi, dövlət xadimi və qüdrətli şəxsiyyət idi.

Qulamrza Səbri TƏBRİZİ,

dünyaşöhrətli yazıçı-alim.

 

Keçmiş Sovet İttifaqının, indiki Rusiya və Azərbaycanın təhsil sisteminə Heydər Əliyevin böyük, müsbət təsiri olmuşdur.

Vladimir KİNİLYOV,

Rusiyanın sabiq ümumi təhsil və peşə təhsili naziri.

 

Heydər Əliyev bütün dünyada tanınmış bir siyasətçi, dövlət xadimi və millət atasıdır.

Heydər Əliyev müstəqil, demokratik, hüquqi bir dövlətin memarıdır. O, doğma xalqın milli şüurunu dirçəldərək onda gələcəyə böyük ümidlərlə baxmaq hissləri yaratmışdır. Biz Heydər Əliyevlə və Türkiyənin böyük qurucusu Mustafa Kamal Atatürklə fəxr edirik.

Ergün YENƏR,

Türkiyənin "Fateh" Universitetinin sabiq rektoru, professor.

 

Bu gün Azərbaycan həqiqəti adlı bir ruzigar dünyanın ən yüksək kürsülərində əsirsə, bu məhz Heydər Əliyevin yenilməz iradəsinin, gərgin əməyinin, müdrik siyasətinin bəhrəsidir.

İlhan AŞKIN,

Hollandiyanın Azərbaycan-Türk

Kültür Dərnəyinin rəhbəri.

 

Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsinə və həmçinin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı ilə səmərəli əməkdaşlığının inkişafına böyük töhfə vermişdir.

Bohdan NAHAYLO,

BMT-nin sabiq rezident-əlaqələndiricisinin əvəzi.

 

 

Heydər Əliyev əsrimizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanm ən çətin anlarında vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.

İhsan DOĞRAMACI,

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq

və Həmrəylik Vəqfinin sabiq sədri.

 

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişafına əvəzsiz töhfə vermişdir.

Oleq KUTAFİN,

Moskva Dövlət Hüquq Universitetinin

sabiq rektoru, akademik.

 

Heydər Əlirza oğlu bütün mənliyi ilə türk oğlu türkdür!

İrfan Ünvər NƏSRƏDDİNoĞlu,

Türkiyə Respublikası, yazıçı.

 

Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir.

Federiko MAYOR,

UNESCO-nun sabiq baş direktoru.

 

UNİCEF-in əməkdaşları və həmkarları ilə görüşə həmişə vaxt tapmış və UNİCEF-in mühüm tədbirlərində daim iştirak etmiş Prezident Heydər Əliyev UNİCEF-in yaddaşında uşaq hüquqlarının güclü müdafiəçisi kimi qalacaqdır.

Karol BELLAMİ,

UNİCEF-in sabiq icraçı direktoru.