Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir.

 

Keçmiş Sovetlər İttifaqına daxil olmuş respublikalar arasında dövlət çevrilişi cəhdlərinin qarşısını almaq üçün ən yaxşı mexanizm Heydər Əliyevin rəhbərliyilə Azərbaycanda yaradılmışdır. Mən fikirləşirəm, dövlət çevrilişinə cəhd etmək istəyənlər gərək başa düşsünlər ki, onsuz da uğursuzluğa düçar olacaqlar. Çünki mən yaxşı bilirəm ki, Azərbaycanda xalq Prezident Heydər Əliyevi dəstəkləyir.

Bənəzir BHUTTO,

Pakistan İslam Respublikasının sabiq baş naziri.

 

Heydər Əlirza oğlu Əliyev XX əsrin ən parlaq siyasətçilərindən biri idi. Böyük siyasi xadimə xas qeyri-adi təfəkkürə malik olaraq, o, Azərbaycanı inkişaf edən sənaye respublikasına, dünya birliyində layiqli yer tutan ölkəyə çevirə bilmişdir.

Valentina TEREŞKOVA,

ilk qadın kosmonavt,

Rusiya Beynəlxalq Elmi və Mədəni  Əməkdaşlıq Mərkəzinin sabiq rəhbəri.

 

Heydər Əlirza oğlu Azərbaycanla Rusiya arasında dostluq, tərəfdaşlıq münasibətlərinin bünövrəsini qoymuşdur. Onun Müstəqil Dövlətlər Birliyinin təşəkkülündə xidməti böyükdür.

Valentina MATVİYENKO,

Sankt-Peterburqun sabiq qubernatoru.

 

Son dəfə Türkiyə Cümhuriyyətinin yaradılmasının 75-ci ildönümü ilə bağlı mərasimdə hörmətli Prezidentlə çox səmimi şəkildə, köhnə dostlar kimi görüşmüşdüm. Bütün türk xalqı kimi, mən də türk dünyasının böyük lideri olan Heydər Əliyevi çox sevmişdim.

Emel SAYIN,

Türkiyə Cümhuriyyətinin sənətçisi.

 

 

Heydər Əliyevlə tanış olandan sonra mən onun xalq arasında nə üçün belə böyük nüfuz sahibi olmasının, belə sevilməsinin səbəbini anladım. Çünki o, Azərbaycan millətinin xeyirxahlıq, ürək genişliyi, mərdlik, qadınlara hörmət, güclü haqq-ədalət hissi, xəyanətə və saxtakarlığa nifrət kimi ən yaxşı xüsusiyyətlərini özündə təcəssüm etdirən dahi şəxsiyyətdir.

İrina Qolubeva,

Ukrayna Qadınları Milli Şurasının sabiq sədri.

 

Sülhsevər, dost, sənətsevər, bütün həyatını ölkəsinin mənafeyinə həsr edən hörmətli Heydər Əliyevi, bütün türk xalqı kimi, mən də əsla unutmayacağam. Daim hörmət, sevgi və minnətdarlıqla xatırlayacağam.

Türkan ŞORAY,

Türkiyənin məşhur kino aktyoru.

 

Heydər Əliyev çox yüksək intellektə malik, heyrətamiz dərəcədə müdrik, heç vaxt xırdalığa varmamış və varmayan insandır. Öz vətəninə, xalqına xidmət onun üçün ülvi amaldır, özünün bütün arzu və niyyətlərini, fəaliyyətini və iradəsini həmişə bu amala tabe etmişdir.

Lyudmila ŞVETSOVA,

Moskva merinin sabiq birinci müavini.

 

Cənab Heydər Əliyevin Azərbaycanın inkişafına töhfəsi ölçüyəgəlməzdir. Biz ömrünü öz xalqının tərəqqisinə, millətin sıx birliyinə və beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmlənməsinə həsr edən belə insanları alqışlayırıq.

 Olqa DERQUNOVA,

"Maykrosoft"un Rusiya üzrə sabiq prezidenti.