Maarifləndirici tədbir
Digər xəbərlər

Maarifləndirici tədbir

"Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar əhali arasında maarifləndirmə işləri aparılır. Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması barədə Ağcabədi rayonu Taxtakörpü ərazisindəki 552 ailəlik qəsəbə sakinlərinin iştirakı ilə maarifləndirici tədbiri keçirilib. Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə aparatın məsul işçiləri, rayon gigiyena və epidemiologiya mərkəzinin və respublika Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları iştrak ediblər.

Tədbirdə qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi, qida zəhərlənmələri və onların fəsadlarının aradan qaldırılması haqqında ətraflı məlumatlar, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib. Bildirilib ki, konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün vacib məqamlara diqqət yetirmək hər kəsin borcudur.

“Respublika”.