Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

 Hər bir insan öz Vətəninə, millətinə, dininə, dilinə qədər bağlı olursa, mənəviyyatca da o qədər yüksək olur.

 

Prezident Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqına yorulmadan xidmət etmiş dahi lider görkəmli siyasi xadim olmuşdur. Prezident Heydər Əliyevin müdrik uzaqgörən siyasəti sayəsində Azərbaycan yeni dövrə qədəm qoymuş iqtisadiyyatın çiçəklənməsi yolunda mühüm addımlar atmışdır.

Tim SEYKA,

"EkssonMobil Eksploreyşn" şirkətinin

sabiq vitse-prezidenti.

 

Heydər Əlirza oğlu bizim üçün həmişə yüksək siyasi müdriklik, insanlıq, bəsirət uzaqgörənlik nümunəsi olacaqdır.

Mixail LEBEDEV,

Sorbonna Beynəlxalq Siyasət Mərkəzinin

sabiq katibi.

 

Müasir Azərbaycan dövlətçiliyinin banisi ölkənizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafının təşəbbüskarlarından olan cənab Heydər Əliyev Azərbaycan Respublikası ilə Beynəlxalq Ticarət Mərkəzi arasında əməkdaşlığın başlanmasında həlledici çox böyük rol oynamışdır mən bu nailiyyəti yüksək qiymətləndirirəm.

C.Denis BELİSLE,

Beynəlxalq Ticarət Mərkəzinin

sabiq icraçı direktoru.

 

Heydər Əliyev görkəmli dövlət xadimi parlaq siyasətçi olmuşdur bütün həyatını öz ölkəsinə xalqına həsr etmişdir. Onun iqtisadi islahatları tərəqqi Azərbaycanın beynəlxalq nüfuzunun gücləndirilməsi xətti ölkənin gələcək müvəffəqiyyətli inkişafı üçün təməl qoymuşdur. Onun fəaliyyəti liderliyi həm yerli, həm xarici biznes üçün yeni imkanlar yaratmışdır.

Syuzan KRAUÇ,

"Kaspian Ivents Ltd" şirkətinin sabiq sədri.

 

Heydər Əliyev olduqca böyük bir görmüş, xalqı öz ölkəsinin sahibi etmiş bütünlükdə ölkəni dəyişdirmişdir.

Mstislav RASTROPOVİÇ,

görkəmli musiqiçi.

 

 

Heydər Əliyev tarixə öz dövrünün görkəmli şəxsiyyəti, dahi milli lider kimi daxil olmuşdur. Onun rəhbərliyi altında xalqınız çoxlu müsbət dəyişikliklər yaşadı, ölkədə yaratdığı siyasi iqtisadi mühit bir çox xarici şirkətlərin, o cümlədən "ConocoPhillips" şirkətinin Azərbaycana sərmayə qoymasına imkan verdi.

Arne HOLHYEM,

"ConocoPhillips" şirkətinin

Xəzər hövzəsi üzrə sabiq prezidenti.

 

Bizim hamımıza əziz olan Heydər Əlirza oğlu Əliyev Azərbaycan tarixində əbədi qalacaqdır. Böyük şəxsiyyət, öz xalqının ən ləyaqətli oğlu, müdrik siyasətçi nüfuzlu dövlət xadimi Heydər Əliyev əsrlərin epoxaların ayrıcında Azərbaycan Respublikasının müstəqillik, əmin-amanlıq demokratıya yolu ilə inkişafının ən mürəkkəb problemlərinin həllinə çox boyuk töhfə vermişdir.

İqor MAKAROV,

"İTERA" şirkətlər qrupunun sabiq prezidenti.

 

Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən gözəl bilir ona görə ona böyük hörmət ehtiramla yanaşıram.

N.N.BLOXIN.

Akademik.

 

Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını öz arxasınca apara bilir. O, son dərəcə işgüzar ziyalı bir rəhbər kimi zəifləmiş iqtisadiyyata yeni nəfəs gətirdi, Azərbaycanın nüfuzunu yüksəltməyə nail oldu.

Odri ALDSTADT,

amerikalı tarixçi.

 

Prezident Heydər Əliyev zəmanəmizin görkəmli siyasi xadimi idi. Onun böyük iradəsi qayğıkeş rəhbərliyi 1994- ildə Azərbaycana öz tarixinin ən çətin dövrünü yaşamaqda kömək etdi o, Azərbaycan Respublikasını sürətlə tərəqqi iqtisadi inkişaf yolu ilə apardı.

Şoey UTSUDYA,

"Mitsui & Co. LTD"nin sabiq prezidenti.