İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Formula 1: "Gözlənilməzə hazır ol!"

Bakıda yeddinci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da paytaxtda minlərlə F-1 azarkeşini qarşılamağa hazırlaşır.

Builki yarış "Gözlənilməzə hazır ol!" adı altında keçiriləcək. Bakı trekinin uzunluğu 6,003 kilometrdir. Həmçinin, Bakı yarışı ən sürətli şəhər yarışlarından biridir. F-1 trekləri arasında ən uzun sürət düzlüyü (2,2 km) məhz Bakıdadır qeydə alınan rəsmi maksimal sürət (Valtteri Bottas, "Williams" komandası) 366 kilometr/saatdır.

Bakı bu il ilk dəfə olaraq sprint yarışına evsahibliyi edəcək. Aprelin 29-da keçiriləcək sprint yarışı, eyni zamanda cari F-1 mövsümünün ilk sprint yarışıdır.

 

Gimnastımız finalda

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala vəsiqə qazanıb.

27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4- pillədə başa vurub. Bu, N.Simonovun finala adlaması üçün yetərli olub.

 

Güləşçilərimiz xatirə turnirində güclərini sınayacaqlar

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov Nikola Petrovun xatirə turnirinə start veriləcək.

Martın 5-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 9 idmançı təmsil edəcək. Sərbəst güləş üzrə yarışlarda İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli Georgi Meşvildişvili (hər ikisi 125 kq) mübarizə aparacaqlar. Qadın güləşi üzrə ölkəmizi Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) Elis Manolova (62 kq) təmsil edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".