DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNANI DÖYÜŞ SURSATLARI İLƏ TƏMİN ETMƏK NİYYƏTİNDƏDİR

Avropa İttifaqı bəzi üzv ölkələrin hərbi tədarükləri artırmaq çağırışlarına cavab olaraq Ukraynanı lazımi döyüş sursatları ilə təmin etmək üzrə üç bənddən ibarət plan təklif etmək niyyətindədir. “ReportagentliyininBloombergnəşrinə istinadən verdiyi xəbərə görə, bununla belə, maliyyələşdirmənin həcmi hələ aydın deyil.

Nəşrin jurnalistlərinin tanış olduğu sənədə görə, təklif sursatların, xüsusən mövcud ehtiyatlardan ya icrası gözlənilən sifarişlərdən 155 millimetrlik artilleriya mərmilərinin dərhal göndərilməsini, həmçinin birgə satınalma sistemindən istifadəni nəzərdə tutur.

Bununla yanaşı, təklif cari gələcək silah tələbatını ödəmək üçün -nin hərbi potensialının artırılmasını da əhatə edir.

Hər üç element bizim Ukraynaya davamlı dəstəyimiz üçün çox vacibdir. Hər üç istiqamət paralel təcili surətdə gerçəkləşdirilməlidir”, - deyə sənəddə bildirilir.

Bloombergqeyd edib ki, gələn həftə plan -nin müdafiə nazirləri tərəfindən müzakirə ediləcək daha sonra isə sənəd liderləri tərəfindən təsdiqlənə bilər.

 

İSTANBUL BƏLƏDİYYƏSİNİN ZƏLZƏLƏ İLƏ BAĞLI SƏFƏRBƏRLİK PLANI

İstanbul metrosu bu şəhərdə zəlzələ baş verəcəyi təqdirdə ən təhlükəsiz yerlərdən biridir metro stansiyalarında sahə xəstəxanalarının yerləşdirilməsi planları hazırlanıb. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə İstanbul bələdiyyə baş katibinin köməkçisi Pelin Alpkökin bildirib.

İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu qurumun zəlzələyə hazırlıqla bağlı planlarının təqdimatın zamanı qeyd edib ki, təbii fəlakətin vaxt baş verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil - bu qaçılmazdır.

İstanbul bələdiyyə baş katibinin köməkçisinin sözlərinə görə, təbii fəlakətdən sonra stansiyalar zərərçəkənlərin yerləşdirilməsi üçün logistik mərkəz kimi istifadəyə hazırdır. O qeyd edib ki, 2021-ci ildə başlanan metro estakadalarının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.

Zəlzələ baş verəcəyi təqdirdə İstanbuldakı metropoliten sistemi ən etibarlı təhlükəsiz yerdir. O havalandırma, müxtəlif təxliyə sistemləri ilə təchiz olunub bütün bunlar beynəlxalq standartlara cavab verir”, - deyə Pelin Alpkökin əlavə edib.

 

YUNANISTANDA QATAR QƏZASINDA ÖLƏNLƏRİN SAYI 43 NƏFƏRƏ ÇATIB

Yunanıstanda baş verən qatar qəzasında ölənlərin sayı 43 nəfərə çatıb. “Reportun məlumatına görə, bu barədə Larisa şəhərinin məhkəmə-tibbi ekspertiza xidmətinin başçısı Rubini Leontari açıqlamasında bildirib.

Xidmət rəhbərinin sözlərinə görə, ölənlərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT analizi gərəklidir. Belə ki, meyitlər tanınmaz haldadır.

Yunanıstan yanğınsöndürmə xidmətinin məlumatına görə, toqquşmadan sonra 72 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 15-i sonradan xəstəxananı tərk edib.

Qəza ilə bağlı araşdırmalar çərçivəsində Larisadakı dəmiryol vağzalının rəhbəri saxlanılıb. O, səhvən qatarı düzgün olmayan istiqamətə yönəltdiyini etiraf edib.

Xatırladaq ki, hadisə yerli vaxtla fevralın 28-dən martın 1- keçən gecə baş verib. Afinadan Salonikiyə gedən sərnişin qatarı sürətlə hərəkət edən yük qatarı ilə toqquşub.

 

AES- BAŞ VERƏN QƏZA 20 MİLYON İNSANI İŞIQSIZ QOYUB

Argentinada 20 milyona yaxın insan ya ölkə əhalisinin 40 faizi işıqsız qalıb. Bu barədəReportagentliyiLa Nacionnəşrinə istinadən xəbər verib.

Məlumata əsasən, yanğın onun ardınca yüksək gərginlikli elektrik xəttində baş vermiş qəza nəticəsindəAtuçaatom elektrik stansiyasının birinci enerji blokunun işində nasazlıq yaranıb. Nəşrin məlumatına görə, 6 milyondan çox evdə elektrik enerjisi kəsilib.

Nəşrin məlumata görə, ölkənin digər elektrik stansiyalarında da qəza hadisələri baş verib. Argentinanın Energetika Nazirliyienerji sistemində bir sıra nasazlıqların qeydə alındığınıtəsdiqləyib. Qurumdan aydınlıq gətirilib ki, nasazlıqların səbəbləri araşdırılır aradan qaldırılması üzərində aparılır.

Qeyd edək ki, 2022-ci ilin statistikasına əsasən, Argentinanın əhalisi 46 milyon nəfər təşkil edir.

 

FRANSADA MARTIN 7- ÖLKƏ ÜÇÜN ƏN PİS SSENARİ YAŞANA BİLƏR

Fransa hökumətinin sözçüsü Olivye Veran  martın 7- kütləvi tətil qərarının ölkə üçün ən pis ssenari olacağını bildirib. “Teleqraf.comun verdiyi xəbərə görə, mətbuat katibi pensiya yaşının mərhələli şəkildə  qaldırılmasını nəzərdə tutan islahat əleyhinə tətil qərarı ilə bağlı açıqlama verib.

Eyni zamanda, Olivye Veran hökumətin kütləvi tətillərin qarşısını almaq üçün lazımi danışıqlar apardığını ondan tələb olunan dəyişiklikləri bu çərçivədə etdiyini, lakin həmkarlar ittifaqlarının bununla razı olmadığını diqqətə çatdırıb.

Mətbuat katibi həmkarlar ittifaqlarının enerji, yanacaq nəqliyyat daxil olmaqla bütün sektorlarda fəaliyyəti dayandırma qərarının 2022-ci ilin oktyabrında olduğu kimi ölkədə yanacaq qıtlığına səbəb olacağına ümid etmədiklərini bildirib.

 

ABŞ MÜTTƏFİQLƏRİ İLƏ ÇİNƏ QARŞI SANKSİYALARI MÜZAKİRƏ EDİR

ABŞ yaxın müttəfiqləri ilə Çinin Ukraynadakı müharibədə Rusiyaya hərbi dəstək verəcəyi təqdirdə rəsmi Pekinə qarşı yeni sanksiyaların tətbiqi imkanını müzakirə edir. “Reportxəbər verir ki, bu barədəRöytersagetliyi öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ-nin müttəfiqləri ilə hələ ilkin mərhələdə olan məsləhətləşmələri hər hansı mümkün məhdudiyyətlərə dəstəyi əlaqələndirmək üçün bir sıra ölkələrin, xüsusən G7” dövlətlərinin dəstəyini cəlb etməyə yönəlib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ABŞ rəsmiləri Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra ona qarşı tətbiq edilən sanksiyaları ən çox dəstəkləyən əsas ölkələr qrupu ilə Çinə qarşı potensial fəaliyyət üçün zəmin yaradırlar.

Məlumata görə, ABŞ-ın hansı sanksiyaları təklif edəcəyi hazırda bəlli deyil. “Röytersin mənbələri bildiriblər ki, Vaşinqtonun addımları hələlik Pekinə qarşı hər hansı konkret məhdudlaşdırıcı tədbirlərlə bağlı daha geniş razılaşmaya gətirib çıxarmayıb.

 

İSPAN SEYSMOLOQDAN TÜRKİYƏ ZƏLZƏLƏSİ İLƏ BAĞLI YENİ İDDİA

İspaniyalı seysmoloq Xordi Dias Kusi Türkiyənin Kahramanmaraş vilayətində baş verən şiddətli zəlzələlərin yaratdığı dalğaların Yer kürəsini dörd dəfə dövr etdiyini hər turun 3,5 saat sürdüyünü bildirib. “Teleqraf.comun xəbərinə görə, seysmoloq açıqlamasında təbii fəlakətlə bağlı fərqli məqamlara diqqət çəkib.

Bu sürpriz ya gözlənilən bir hal idi?” sualına seysmoloq belə cavab verib: “Bu, şiddətli zəlzələlərin məlum olan xüsusiyyətidir. Lakin eyni ərazidə iki güclü zəlzələnin olması çox nadir hallarda baş verir”.

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlər böyük dağıntılara çoxsaylı ölümə səbəb olub. Təbii fəlakətdə 45 mindən çox insan həyatını itirib.

Məlumat üçün qeyd edək ki, iki şiddətli zəlzələnin yaratdığı enerji dağıntılar təkcə Türkiyədə deyil, beynəlxalq ictimaiyyətdə müzakirə mövzusudur.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.