Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 131 nəfər müalicə olunaraq sağalıb, 10 min 103 nəfər vəfat edib. Aktiv xəstə sayı 124 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 579, indiyə qədər isə ümumilikdə 7 milyon 514 min 447 test icra olunub.