“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 zamanı təqdim olunmalı sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığortaçı kimi təsis edilmiş hüquqi şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçı kimi təsis edilmiş hüquqi şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.”;

“57.2-1. Müddətsiz lisenziyanın verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığortaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sığortaçı tərəfindən təmin edilir.”;

“60.3-1. Lisenziyanın yenilənməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar sığortaçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığortaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sığortaçı tərəfindən təmin edilir.”;

“84.1-1. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sığorta vasitəçisi olmaq istəyən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sığorta vasitəçisi olmaq istəyən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.”.

2. 45.2-ci maddəyə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

3. 46.1.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

4. 51.2-ci maddəyə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

5. 52.1.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Qanunun 50.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

6. 57.4-cü maddəyə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 57.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

7. 85.1-ci maddəyə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qanunun 84.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 dekabr 2022-ci il