Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER —100

Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır.

Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rusdilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur.

O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona sadəcə böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.

Vladimir PUTİN,

 Rusiya prezidenti.

 

Prezident Heydər Əliyevin rəhbərliyi altında Azətbaycan milli müstəqillik yolunda böyük nailiyyətlər qazanmışdır.

Bill KLİNTON,

ABŞ-ın sabiq prezidenti.

 

Prezident Heydər Əliyev yenicə ayağa qalxan Azərbaycan Respublikasının sabitlik və tərəqqiyə qovuşmasında təsirli rol oynamış, gözəl Azərbaycan xalqının rifahı, asayişi naminə səy göstərmiş təcrübəli və məşhur siyasət xadimi olmuşdur. Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir.

Seyid Məhəmməd XATƏMİ,

İranın sabiq prezidenti.

 

 

Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə, beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin "polad iradəli Əliyev" yazdığı kimi, o, həqiqətən də polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək, Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir.

Eduard ŞEVARDNADZE,

Gürcüstanın sabiq prezidenti.

 

Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində. beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu misilsizdir. 

İslam KƏRİMOV,

Özbəkistanın sabiq prezidenti.

 

"Yaroslav Mudrı ordenində belə bir yazı var: "Müdriklik, şərəf-şöhrət". Belə sözləri tam mənası ilə Heydər Əliyevə aid etmək olar. Dövlət başçısı kimi Siz ölkənin inkişafının siyasi və iqtisadi məsələlərində müdriklik göstərirsiniz. Siz Zaqafqaziya regionunda, Avropa qitəsində və dünyada layiqli yer tutan Azərbaycanın şöhrətini öz fəaliyyətinizlə artırırsınız".

Leonid KUÇMA,

Ukraynanın sabiq prezidenti.