Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 59 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 59 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 59 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 min 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 388 nəfər müalicə olunaraq sağalıb, 10 min 75 nəfər vəfat edib. Aktiv xəstə sayı 275 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 908, indiyə qədər isə ümumilikdə 7 milyon 475 min 435 test icra olunub.      

 

Yanvarın 24-də Azərbaycanda COVID-19 əleyhinə 563 doza vaksin vurulub

Yanvarın 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 563 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 318, ikinci doza vaksinlərin sayı 71, üç və daha çox doza vaksinlərin sayı 137, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 37-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 940 min 465, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 401 min 423, ikinci mərhələ üzrə 4 milyon 876 min 706, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 208, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 128-dir.