TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ HƏRRAC ELAN EDİR

1. Hərrac 3 lot üzrə keçirilir.

 

2. Hər lot üzrə material qiymətliləri barədə məlumat:

- Material qiymətliləri doğranmamış şəkildə ADY-nin respublika ərazisində müvafiq müəssisələrində yerləşir.

- Biləcəri dəmir yolu stansiyasında material qiymətliləri tərəzidə çəkilərək alıcıya təhvil verilir.

 

3. Hərrac 01 mart 2023-cü il tarixində, saat 10:00-da Bakı şəhəri Dilarə Əliyeva 230 ünvanında ADY-nin inzibati binasında 359 nömrəli otaqda keçiriləcəkdir.

 

4. İştirak haqqı: hər lot üzrə 20

0 (iki yüz) manat (ƏDV-ilə) təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

5. Material qiymətlilərinin ilkin start qiymətinin 10%-i (on faizi) həcmində behin məbləği hər lot üzrə aşağıdaki kimidir:

LOT 1 üzrə: 782 430 manat

LOT 2 üzrə: 619 850 manat

LOT 3 üzrə: 233 600 manat

 

- İştirak haqqının və behin ödənilməsi üçün bank hesabı məlumatları:

"Azərbaycan Dəmir Yolları" QSC

VÖEN: 9900007721

Hesab nömrəsi: AZ57İBAZ38050019449345061205 (AZN);

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC "Nəqliyyat" filialı

S.W.I.F.T. Code: IBAZAZ2X

Alan bankın müxbir hesabı: AZ03NABZ01350100000000002944

Bankın kodu: 805711

Bankın VÖEN-i: 9900001881

 

6. Hərracda iştirak üçün tələblər:

- Hərrac baş tutduqdan sonra qalib olan alıcı və ADY arasında müqavilə bağlanılır. Müqavilə imzalandığı tarixdən etibarən alıcı 5 (beş) iş günü ərzində alış qiymətinin behdən sonra qalan məbləğinin tam 100%-i (yüz faizi) həcmində məbləği ADY-nin müvafiq bank hesabına köçürməlidir.  Ödəniş tam həyata keçirildikdən sonra malların alıcıya təhvil verilməsinə başlanılacaqdır.

- Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra 10 (on) iş günü ərzində  müqaviləni imzalamadığı təqdirdə verdiyi behi itirir.

 

7. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı ilkin sənədləri təqdim etməlidirlər:

- Hərracda iştirak üçün ərizə (forma əlavə olunur);

- Hərracın nəticələrinə uyğun olaraq, qalib gəldiyi təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu;

- Hüquqi şəxslərin təsis sənədlərinin (nizamnamə, müvafiq dövlət reyestrindən çıxarış, VÖEN-şəhadətnaməsi, təmsil edəcək şəxsin şəxsiyyət vəsiqəsi) surətləri (notarial təsdiq edilmiş) və bank rekvizitləri;

- Fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin, VÖEN şəhadətnaməsinin surətləri (notarial təsdiq edilmiş) və bank rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında vergi orqanından arayış;

- Son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesablardan çıxarış);

- İddiaçının maddi-texniki bazasının olması (zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat, aidiyyəti təsdiqedici sənədlər və vergi orqanından son təqdim edilmiş mənfəət (gəlir) bəyannaməsinin təsdiq edilmiş surəti;

- ADY-nin müəyyən etdiyi hesaba iştirak haqqının köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

- Ərizə nümayəndə tərəfindən verildiyi təqdirdə, müvafiq etibarnamə.

ğGöstərilən sənədlər ADY-nin məsul şəxsi tərəfindən 24 fevral 2023-cü il tarixi saat 16.00-dək Bakı şəhəri, Dilarə Əliyeva 230  ünvanında ADY-nin inzibati binasında qəbul ediləcəkdir.

ğSənədləri qənaətbəxş olan iddiaçılara dəvət məktubu göndəriləcək və arzu edən iddiaçılara satışa çıxarılan material qiymətliləri ilə yerində tanış olmaq üçün şərait yaradılacaqdır.

ğDəvət məktubunu aldıqdan sonra 5 (beş) iş günü müddətində hərracda iştirakını davam etdirmək arzusunda olan iddiaçılar hər lot üzrə start qiymətinin 10 %-i (on faizi) həcmində behin ödənilməsi barədə ödəmə sənədini və qalan müqavilə məbləğində bank zəmanəti məktubunu təqdim edərək hərracda iştirak bileti əldə edəcək.

ğBehi ödəməyən iddiaçılar hərraca buraxılmır. Ən azı 2 (iki) iddiaçı iştirak edən hərrac baş tutmuş hesab olunur.

 

Əlaqələndirici şəxs: Vüsal Ağakişiyev, otaq 234, tel:499-67-84, 055-221-00-00

                                e-mail:[email protected], [email protected]

 

 

MƏRKƏZİ HƏRRAC KOMİSSİYASI

 

HƏRRACDA  İŞTİRAK  HAQQINDA  ƏRİZƏ

 

"______" ___________2023-cü il

 

_________________________________________________________şəxsində

(hüquqi şəxsin adı və ya fiziki şəxsin adı, soyadı, atasının adı, VÖEN\təmsilçinin soyadı, adı və atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mərkəzi Hərrac Komissiyasının "___" ______2023-cü il tarixində, saat 10.00-da keçirəcəyi açıq hərracda iştirak etmək üçün müraciət edirik.

 

Hərracın keçirilməsi haqqında "___"____2023-cü il tarixli elanda qeyd edilən bütün tələblər, şərtlər və qaydalar bizə məlumdur və onlara əməl etmək öhdəliyini üzərimizə götürürük.

 

Hazırkı ərizədə və ərizəyə əlavə edilən digər sənədlərdə təqdim edilən məlumatların düzgünlüyünü təsdiq edirik.

Qoşma: sənədlərin siyahısı və sənədlər,  __ vərəq

 

_____________                              ______________________________________________

(İmza)

(namizədin (onun səalhiyyətli nümayəndəsinin adı və soyadı)

 

MY.    

 

Ərizə ADY-nin səlahiyyətli nümayəndəsi tərəfindən

 

"_____"_________2023-ci il tarixində, saat ____ qəbul edildi.

 

________________________________

                             (ADY-nin səlahiyyətli nümayəndəsinin adı və soyadı, imzası)

 

 

Hərracda iştirak haqqında ərizəyə qoşma

 

Sənədlərin siyahısı

1. Hərracın nəticələrinə uyğun olaraq, qalib gəldiyi təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu;

2. Hüquqi şəxslərin təsis sənədlərinin (nizamnamə, müvafiq dövlət reyestrindən çıxarış, VÖEN-şəhadətnaməsi, təmsil edəcək şəxsin şəxsiyyət vəsiqəsi) surətləri (notarial təsdiq edilmiş) və bank rekvizitləri;

3. Fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin, VÖEN şəhadətnaməsinin surətləri (notarial təsdiq edilmiş) və bank rekvizitləri;

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında vergi orqanından arayış;

5. Son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesablardan çıxarış);

6. İddiaçının maddi-texniki bazasının olması (zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat, aidiyyəti təsdiqedici sənədlər və vergi orqanından son təqdim edilmiş mənfəət (gəlir) bəyannaməsinin təsdiq edilmiş surəti;

7. ADY-nin müəyyən etdiyi hesaba iştirak haqqının köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

8. Ərizə hüquqi nümayəndə tərəfindən verildiyi təqdirdə, müvafiq etibarnamə.