Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 121 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 121 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 121 yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 826 min 683 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 min 291 nəfər müalicə olunaraq sağalıb, 10 min 13 nəfər vəfat edib. Aktiv xəstə sayı 379 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 794, indiyə qədər isə ümumilikdə 7 milyon 439 min 300 test icra olunub.     

                                           

Yanvarın 6-da Azərbaycanda COVID-19 əleyhinə 1 242 vaksin vurulub

Yanvarın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 242 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 976, ikinci doza vaksinlərin sayı 103, üç və daha çox doza vaksinlərin sayı 116, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 47-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 933 min 917, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 397 min 866, ikinci mərhələ üzrə 4 milyon 875 min 831, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 513, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 707-dir.