Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 62 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 62 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 62 yoluxma faktı qeydə alınıb, 85 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 808 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 495 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 384, indiyə qədər isə ümumilikdə 7 milyon 428 min 980 test icra olunub.

 

Dekabrın 30-da Azərbaycanda COVID-19 əleyhinə 462 doza vaksin vurulub

Dekabrın 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 462 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 285, ikinci doza vaksinlərin sayı 50, üç və daha çox doza vaksinlərin sayı 103, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 24-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 931 min 574, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 396 min 159, ikinci mərhələ üzrə 4 milyon 875 min 607, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 188, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 620-dir.