“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən
Məktublar

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi - Azərbaycanımızın möhtəşəm Qələbəsinin müəllifini, Ulu Öndərimiz Heydər Əliyevin layiqli varisini doğum günü münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırıram.

Zati-alinizin Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək üçün yürütdüyünüz humanist və sülhsevər siyasət nəticəsində doğma Azərbaycanımızın müstəqilliyinin möhkəmlənməsi, Prezident-Xalq-Ordu həmrəyliyi ilə qazanılan tarixi Zəfər bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda Azərbaycançılıq naminə yeni-yeni nailiyyətlər qazanmağa səfərbər edir.

Azərbaycanda həyata keçirilən islahatları, ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi istiqamətində gördüyünüz işləri, eləcə də diaspor fəaliyyətinin gücləndirilməsinə verdiyiniz dəstəyi yüksək qiymətləndiririk.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla, 

Arif Quliyev

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, professor,

Ukraynanın Əməkdar təhsil işçisi,

Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki