Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 92 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 92 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 92 yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 35 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 647 nəfər müalicə olunaraq sağalıb, 9 min 989 nəfər vəfat edib. Aktiv xəstə sayı 399 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1946, indiyə qədər isə ümumilikdə 7 milyon 399 min 992 test icra olunub.                                                                          

 

Dekabrın 14-də Azərbaycanda COVID-19 əleyhinə 304 doza vaksin vurulub

Dekabrın 14-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 304 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 89, ikinci doza vaksinlərin sayı 55, üç və daha çox doza vaksinlərin sayı 134, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 26-dır.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 926 min 542, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 160, ikinci mərhələ üzrə 4 milyon 874 min 821, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 289, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 272-dir.