Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 261 nəfər müalicə olunaraq sağalıb, 9 min 983 nəfər vəfat edib. Aktiv xəstə sayı 268 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 878, indiyə qədər isə ümumilikdə 7 milyon 383 min 253 test icra olunub.

 AZƏRTAC