İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Qılıncoynadanımız qızıl medal qazanıb

Bolqarıstanın Sofiya şəhərində keçirilən "Etropolski" turnirində 13 ölkədən 66 idmançı iştirak edib. Qılıncoynatmanın sablya növü üzrə yeniyetmələrdən ibarət milli komandamızın üzvü Abbas Hüseynov qızıl medal qazanıb. 14 yaşadək yeniyetmə oğlanların yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran idmançımız finalda Rumıniya təmsilçisinə 15:7 hesabı ilə qalib gəlib.

 

Beynəlxalq turnirdə uğurlu çıxış

Yeniyetmələr arasında kamandan oxatma üzrə Qazaxıstan Qran-Prisi beynəlxalq turniri başa çatıb. Ölkəmizi yarışda təmsil edən idmançılar Zahid Kazımzadə və Fatimə Hüseynli şəxsi yarışlarda qızıl medal qazanıblar. Zahid Kazımzadə və Fatimə Hüseynli qarışıq komanda yarışında da 1-ci yeri tutublar.

Anar Məmmədov (57 kq) isə finalda Serbiya təmsilçisinə uduzaraq gümüş medalla kifayətlənib.

 

Rapid və blits üzrə Azərbaycan çempionatları keçiriləcək

Dekabrın 2-dən 4-dək kişilər və qadınlar arasında rapid və blits üzrə Azərbaycan çempionatları keçiriləcək. Klassik, rapid və blits üzrə qadınların çempionatında beynəlxalq əmsalı 2100, kişilərin çempionatında isə 2400-dən yuxarı olan şahmatçıların iştirakı gözlənilir.

Çempionatların təşkilində əsas məqsəd dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərinin evsahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.

 

Kikboksçumuz avropanın ən güclüsü olub

Azərbaycan idmançısı Antalyada keçirilən kikboksinq üzrə Avropa çempionatında uğurla çıxış edib. Ötən ay İtaliyada keçirilmiş gənclər arasında dünya çempionu olmuş Elvin Məmmədov (54 kq) "Low kick" versiyasında böyüklər arasında Avropanın da ən güclüsü olub. O, 16 yaşında böyüklər arasında Avropa çempionu olan ilk idmançımız kimi tarixə düşüb.

Nərgiz İSMAYILOVA,

"Respublika".