Silsilə tədbirlər davam edir
Digər xəbərlər

Silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində noyabrın 15-də partiyanın Ağsu, Biləsuvar, Səbail, Qubadlı, Suraxanı rayon təşkilatları və Gəncə şəhər təşkilatı tərəfindən tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Ağsu rayonunda YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Tahir Rzayev, Biləsuvar rayonunda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Səbail rayonunda YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP İdarə Heyətinin üzvü, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Milli Məclisin deputatı Nigar Arpadarai, partiyanın Qubadlı rayon təşkilatı tərəfindən keçirilən tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Suraxanı rayonunda YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Afət Həsənova, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Gəncə şəhərində YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları Azərbaycan xalqının milli sərvətidir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizin dünyada söz və nüfuz sahibi olan qüdrətli və qalib dövlətə çevrilməsini təmin edib. Vurğulanıb ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası 30 il ərzində şərəfli inkişaf yolu keçib, ümumxalq partiyası kimi milli maraqların qorunmasında müstəsna rol oynayıb.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

X.KOSAYEV,

“Respublika”.