Silsilə tədbirlər davam edir
Digər xəbərlər

Silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində noyabrın 14-də partiyanın Sabirabad, Lənkəran, Xaçmaz və Naftalan rayon təşkilatları tərəfindən tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Sabirabad rayonunda YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən Məmməd Nəsirov, YAP İdarə Heyətinin üzvü, professor Tofiq Cahangirov, Lənkəran rayonunda YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Cavanşir Paşazadə, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Xaçmaz rayonunda YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən Sudeyf İmamverdiyev, Milli Məclisin deputatı Sevil Mikayılova, Naftalan rayonunda YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov və başqaları çıxış ediblər.

Çıxışlarda Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəfli inkişaf yolu keçdiyi, ümumxalq partiyası kimi dövlətimizin milli maraqlarının qorunmasında müstəsna rol oynadığı diqqətə çatdırılıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyaları Azərbaycan xalqının milli sərvətidir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi həyata keçirilən siyasət ölkəmizin dünyada söz və nüfuz sahibi olan qüdrətli və qalib dövlətə çevrilməsini təmin edib.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

X.KOSAYEV,

"Respublika".